Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                        Kürdə suyun səviyyəsi yüksəldi .....                        Türkiyədə polis əməliyyatları - 722 nəfər saxlanıldı .....                       
Tarix : 23-09-2015, 12:13
Tələbələr BP-də qalib oldu - FOTO



Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə IV kursda təhsil alan 2 tələbəsi - Fidan Səlim-zadə və Riyad Muradov, o cümlədən “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi İnsafəli Səmədov iyulun 2-dən sentyabrın 10-dək BP şirkətində yay istehsalat təcrübəsində olublar. Butov.az Modern.az-ın məlumatına görə bildirir ki, tələbələr BP-nin yay təcrübə proqramına qoşularaq, şirkətin keçirdiyi “Texno Fest” adlı müsabiqədə qalib olublar. Belə ki, Fidan Səlim-zadə I yeri, Riyad Muradov isə, III yeri qazanıblar. Yay təcrübəsində olarkən onlar öz layihələri ilə çıxış ediblər. Layihələrin qiymətləndirilməsində əsas kriteriyalar texniki üstünlük, təhlükəsizlik, əməliyyat riskləri və biznesin təsiri olub. Tələbələr sözügedən kriteriyalara görə seçiliblər.

Məlumat üçün bildirək ki, BP-nin hər il həyata keçirdiyi “Texno Fest” adlı müsabiqə qlobal bir müsabiqədir və texniki sahədə innovasiyalara yönəlmiş ideyaların dəstəklənməsinə xidmət edir. BP-də çalışmaq arzusunda olan və BP-də yay təcrübəsi keçənlər, o cümlədən tələbələr üçün hər il şirkətdə “Texno Fest”yarışı təşkil olunur. Hər il gənc mühəndislər öz layihələrini təqdim etmək, təcrübə və nəticələri ilə bölüşmək imkanı qazanırlar.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!