"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 26-11-2015, 11:50
Azərbaycanda qəzetlər üçün yeni qaydalar qüvvəyə minib



Görkəmli şəxsiyyətlərinin adlarının mətbu nəşrin adında əks olunması üçün yaxın qohumların icazəsi tələb olunacaq, eyni və ya oxşar adlı mətbu nəşrlərin təsis edilməsinə yol verilməyəcək. FaktXəbər-in məlumatına görə, Bu barədə Ədliyyə Nazirliyinin kollegiyası tərəfindən təsdiqlənən «Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydaları»nda bildirilir.


Butov.az-ın Faktxeber.com-a istinadən xəbərinə görə, qaydalara əsasən mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin uçotu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən aparılır. Dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar, ictimai birliklər, idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə dövri mətbu nəşrləri təsis etmək hüququna malikdirlər. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən, habelə fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən şəxslər, dövlət qeydiyyatından keçməyən, yaxud fəaliyyəti qanunla qadağan olunan ictimai birliklər və siyasi partiyalar mətbu nəşr təsis edə bilməzlər. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan ərazisində mətbu nəşr təsis etməsi Azərbaycanın bağladığı dövlətlərarası müqavilə ilə tənzimlənir (xarici dövlətin hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və vətəndaşlarına məxsus olduğu və ya təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür). Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulan hallardan başqa xarici ölkələrin dövlət orqanlarının, hüquqi və fiziki şəxslərinin mətbu nəşrləri maliyyələşdirməsinə yol verilmir. Mətbu nəşr təsis etmək istəyən hüquqi, fiziki şəxs və ya onların səlahiyyətli nümayəndəsi nəşrin çapından 7 gün əvvəl Ədliyyə Nazirliyinə rəsmi müraciət etməyə borcludur. Ərizəyə mətbu nəşr fiziki şəxs tərəfindən təsis olunduqda onun şəxsiyyətini təsdiq edən sənədin surəti, mətbu nəşr hüquqi şəxs tərəfindən təsis olunduqda hüquqi şəxsin (kommersiya və dini qurumlar olduqda) nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti, mətbu nəşrin redaktorunun (baş redaktorunun) şəxsiyyətini təsdiq edən sənədin surəti, mətbu nəşrin redaktorunun (baş redaktorunun) ali təhsilini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, mətbu nəşrin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə edildikdə buna dair həmin qurumların rəhbəri tərəfindən imzalanmış yazılı razılığı, mətbu nəşrin adında Azərbaycanın görkəmli şəxsiyyətlərinin adları əks etdirildikdə buna dair həmin şəxslərin yaxın qohumlarının (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) və ya vərəsələrinin yazılı icazəsi, səlahiyyətli şəxsin səlahiyyətini təsdiq edən sənədin surəti əlavə olunur. Təsisçi fiziki şəxs olduqda ərizədəki imzası notariat qaydasında təsdiq edilməlidir. Təsisçi hüquqi şəxs olduqda ərizə qanuni təmsilçi və ya səlahiyyətli şəxs tərəfindən imzalanır və hüquqi şəxsin möhürü ilə təsdiq edilməlidir. Mətbu nəşrin uçotu üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmətlərin göstərilməsi Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş reqlamentə uyğun olaraq həyata keçirilir. Ərizə daxil olduqdan sonra nəzərdə tutulmuş sənədlərin əlavə edilməsi yoxlanılır. Eyni və ya oxşar adlı mətbu nəşrlərin buraxılışının qarşısını almaq məqsədilə ərizə qəbul edilərkən eyni və ya oxşar adlı mətbu nəşrin mövcudluğu araşdırılmalı, belə hal aşkar olunduqda bu barədə ərizəçiyə məlumat verilərək bunun qanuna müvafiq olaraq yolverilməzliyi izah edilməlidir. Müraciətə baxılarkən “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun tələblərinin pozulması və ya bu Qaydanın tələbləri ilə uyğunsuzluq halları aşkar olunduqda müraciət edən şəxsə 5 gün müddətində onların aradan qaldırılması barədə müvafiq izah verilir. Qaydalarda nöqsanlar aşkar edilmədikdə mətbu nəşr mətbu nəşrlərin reyestrinə daxil edilir və ərizənin hər iki nüsxəsinə mətbu nəşrin reyestrə daxil edilməsini təsdiq edən ştamp vurulur. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi vahid reyestrin aparılması məqsədilə uçota alınmış mətbu nəşrlər və onlarla bağlı reyestrdə edilmiş bütün dəyişikliklər barədə hər yarım il üzrə Ədliyyə Nazirliyinə məlumat təqdim edir. Mətbu nəşrlərin kağız və elektron formada tərtib olunan reyestrinin aparılmasını Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi təşkil edir. Mətbu nəşrin uçota alınması barədə məlumat müvafiq ərizə daxil olduğu gündən etibarən 5 gün müddətində reyestrə daxil edilir. Məlumatlar ərizələrin daxil olma ardıcıllığına və qeydiyyat nömrələrinə uyğun olaraq reyestrə daxil edilir. Reyestr kitabında mətbu nəşrin adı, reyestr nömrəsi, reyestrə daxil edildiyi tarix, məqsədi, dövriliyi, hüquqi ünvanı və digər məlumatlar, fiziki şəxs olan təsisçilərin və baş redaktorun adı, soyadı, atasının adı, vətəndaşlığı, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi, yaşadığı ünvan, hüquqi şəxs olan təsisçilərin (redaksiyanın) adı, dövlət qeydiyyatına alındığı tarix, qeydiyyat nömrəsi və dövlət qeydiyyatını həyata keçirən orqanın adı, təsisçiləri, hüquqi ünvanı, qanuni təmsilçisi, mətbu nəşrin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə edildikdə buna dair yazılı razılığı vermiş qurumun vəzifəli şəxsinin adı, vəzifəsi və razılığı əks etdirən məktubun tarixi və nömrəsi, mətbu nəşrin adında Azərbaycanın görkəmli şəxsiyyətlərinin adları əks etdirildikdə buna dair yazılı icazə vermiş yaxın qohumların və ya vərəsələrin adı, soyadı, atasının adı, qohumluq dərəcəsi əks etdirilir. Reyestrə daxil edilmiş məlumatlar dəyişdiyi halda həmin məlumatların reyestrə daxil edilməsi üçün təsisçi və ya səlahiyyətli şəxs tərəfindənƏdliyyə Nazirliyinə müraciət olunur. Mətbu nəşrin reyestrə daxil edilməsini təsdiq edən ştamp vurulmuş ərizə itirildikdə və ya yararsız hala düşdükdə təsisçinin və ya səlahiyyətli nümayəndəsinin arzusu ilə onun dublikatı və ya surəti verilir. Mətbu nəşrlərin istehsalı və yayımı yalnız təsisçinin və ya məhkəmənin qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.

Mətbu nəşrin təsisçisinin arzusu ilə istehsalının və yayımının müvəqqəti dayandırılması üçün təsisçinin imzası təsdiq olunmuş ərizə ilə müraciət edilir. Ərizədə mətbu nəşrlərin istehsalının və yayımının müvəqqəti dayandırılma müddəti və səbəbi qeyd edilməlidir. Mətbu nəşrlərin istehsalının və yayımının müvəqqəti dayandırılması ilə bağlı təqdim olunmuş sənədlərə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən baxılaraq, müvafiq qeyd 5 gün müddətində reyestrə daxil edilir və bu barədə reyestr kitabında qeyd aparılır.

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə, kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılır.

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən kütləvi informasiya vasitəsinin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirilməsini aşkar etmiş qurumların məlumatları daxil olduqda, kütləvi informasiya vasitəsi məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində iki dəfə məsuliyyətə cəlb edildikdə mətbu nəşrin istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılır.

Mətbu nəşrin təsisçisiƏdliyyə Nazirliyinə rəsmi müraciət etmədən yayıldıqda, yaxud mətbu nəşrin təsis edilməsi barədə təqdim edilmiş məlumatların yanlış olması və ya mətbu nəşrin buna hüququ olmayan şəxslər tərəfindən təsis edilməsi haqqında sonradan məlumat daxil olduqda Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi həmin nəşrin fəaliyyətinə xitam verilməsi barədə müvafiq məhkəmə qarşısında məsələ qaldırır.

«Mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin qəbulu və uçotunun aparılması Qaydaları» ilə buradan tanış olmaq mümkündür.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!