Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 30-11-2015, 12:29
Deputatdan əcaib AÇIQLAMA: "Nardaran dinimizin paytaxtıdır"


Ötən həftə Nardaran qəsəbəsində baş verən silahlı insidenti ictimaiyyət birmənalı olaraq pisləyib. Azərbaycan Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Modern.az-a açıqlamasında Nardaran hadisələrinə münasibət bildirib.

O deyib ki, Nardaranda baş verənləri bütöv qəsəbə camaatı ilə əlaqələndirmək yanlışdır:

“Nardaran camaatı inanclıdır. Azərbaycan qanunlarına tabe olmaqla yanaşı, Azərbaycan hakimiyətini də tanıyırlar. Gərək həmin dəstə lap əvvəldən Nardaranda yerləşməyəydi.

Ümumiyyətlə, hər kəs bilməlidir ki, Azərbaycanda qanunlar işləyir. Düzü, silahlı dəstənin Nardaranda yerləşdirilməsindən çox narahat oldum.

Silahlı dəstə nə deməkdir?! Dövlət varsa, silahlı dəstə zərərsizləşdirilməlidir. Bu, bütün dövlətlərdə belədir. Ümumiyyətlə, belə hadisə olmamalı idi”.

Deputatın sözlərinə görə, dövlətin qanunlarına sayğı ilə yanaşılsaydı, bu hadisə də olmazdı: “Bakı Kəndlər Birliyində şöbə müdiri olduğum dönəmlərdə Nardaran camaatı ilə sıx təmaslarımız olub.

Bilirəm ki, Nardaran kəndinin ağsaqqalları hakimiyyətin hərəkətlərini başa düşürlər. Eyni zamanda, bu dəstənin hərəkətləri təəssüf doğurur. Nardaranda silahlı insident olmamalı idi. Dövlətin, istintaqın çağırışına məhəl qoymaq lazım idi. Hacı Taleh Bağırzadə istitaqın çağırışına getməli və cavab verməli idi”.

Tahir Kərimli kənar qüvvələrin təsirini də istisna etməyib: “Şübhəsiz ki, Nardaran hadisələrində başqa dövlətlərin maraqları var. Nardaranda İranın müəyyən qədər təsirləri var. Amma o camaatı çox yaxşı tanıyıram. Dindar olmaqlarına şübhə yoxdur. Eyni zamanda, dövlətə, xalqa bağlı camaatdır. Nardaran bir növ dinimizin, muğamatımızın paytaxtıdır.

O kənddən çox görkəmli insanlar çıxıb. Naradaran kəndini bütövlükdə pis işlərə aid etmək olmaz. Tez-tez nardaranlılarla söhbət edirəm. Onlar vətənini sevən insanlardır”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!