Rubinyandan sərt cavab: Solovyov itdir! .....                        İranda saxlanılan etirazçı edam ediləcək .....                        Deputat öz yerinə onu təyin etdi .....                        Ermənistan Solovyova görə Rusiyaya nota verdi .....                        Xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqləndi .....                        İrandakı bu etirazçılar çərşənbə günü EDAM EDİLƏCƏK .....                        Yeni gömrük yığımları tətbiq ediləcək .....                        Xaricdə təhsil üçün universitetlərin siyahısı AÇIQLANDI .....                        Kuba lideri Trampa cavab verdi .....                       
Tarix : 14-12-2015, 11:46
Şura müsabiqənin istiqamətlərini təsdiq etdi


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri, millət vəkili Azay Quliyev gündəlikdə olan ilk məsələnin 2016-ci il birinci maliyyə yardımı müsabiqəsinin elan edilməsi haqqında olduğunu deyib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov müsabiqəyə 10 istiqamət üzrə 56 mövzunun təklif edildiyini bildirib. Katibliyin icraçı direktoru müsabiqənin şərt və qaydaları, texniki tələbləri haqqında danışıb və mövzularla bağlı ətraflı məlumat verib.

F.Qurbanov gündəlikdə olan digər məsələ ilə bağlı arayış verib və “Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabat”ın yenilənməsinə ehtiyac olduğunu və bunun üçün 7 nəfərdən ibarət işçi qrupun yaradılmasını təklif edib.

Katibliyin icraçı direktoru Şuranın beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri haqqında məlumat verib. F.Qurbanov əməkdaşlıq üçün Şuraya müraciət edən beynəlxalq təşkilatlar haqqında danışıb və təklif olunan əməkdaşlıq mövzularını qeyd edib.

Azay Quliyev Şuranın maliyyə dəstəyi ilə həyata keçirilən layihələrin icrasının effektivliyinin artırılması üçün bundan sonra da zəruri addımların atılacağını və QHT-lərin üzərlərinə götürdükləri müqavilə öhdəliklərini tamlıqla yerinə yetirməli olduqlarını deyib.

Sahib Məmmədov, İlqar Məmmədov, Tahir Süleymanov, Əliməmməd Nuriyev, Vüqar Qədirov, Rəna Mirzəzadə və Dilarə Vəliyeva iclasda çıxış edərək rəy və təkliflərini bildiriblər. İclasda Şuranın 2016-cı il birinci maliyyə müsabiqəsinin istiqamətləri təsdiq edilib.

Müzakirələrdən sonra gündəlikdə dayanan məsələlər ayrılıqda səsə qoyularaq qəbul olunub


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!