Türk Dünyası Mediatorlar Birliyi təsis edildi .....                        Ersin Tatar Qəbələ zirvəsindən danışdı .....                        Bakı metrosunda yenilik: Qatarın nə vaxt gələcəyi ekranlarda görünür .....                        Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş .....                        Bakı Avrasiya Universitetində əcnəbi tələbələrlə "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib .....                        Yardımlıda müəllim şagirdi döyüb? - Araşdırma başladı .....                        İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI .....                        Tramp Ərdoğandan nə xahiş edib? - Türkiyə lideri açıqladı .....                        Tramp Çikaqonu “işğal edəcək”? .....                       
Tarix : 3-06-2016, 15:11
Natiq Əliyev Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi ilə görüşüb


XXIII Beynəlxalq "Xəzər Neft və Qaz 2016" sərgisində iştirak etmək məqsədilə Bakıda səfərdə olan Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi xanım Baronessa Nikolsonla energetika naziri Natiq Əliyev arasında görüş keçirilib.

Butov.az xəbər verir ki, Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Böyük Britaniya - Azərbaycan əlaqələrinin uzun tarixə malik olduğunu deyən N. Əliyev tərəfdaşlıq münasibətlərini nümunə kimi qiymətləndirib. Nazir iki ölkə arasında münasibətlərin inkişafında, xüsusilə də enerji sahəsində əməkdaşlıqda BP şirkətinin 20 ildən artıq bir müddətdə Azərbaycanda neft və qaz sənayesinin inkişafına verdiyi töhfələrin, Xəzər regionunda nəhəng hasilat və nəqletmə sisteminin yaradılmasında, yeni texnologiyaların regiona gətirilməsində xidmətlərinin mühüm rol oynadığını vurğulayıb.

Baronessa Nikolson isə ölkəsinin Azərbaycanın vacib tərəfdaşı olmasından məmnunluğunu ifadə edərək, Avropanın enerji təchizatının şaxələndirilməsi istiqamətində həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən danışıb. İki ölkə arasında əməkdaşlığın inkişafı üçün enerji sektoru ilə yanaşı, turizm, maliyyə, bank, kənd təsərrüfatı kimi sahələrdə də geniş imkanların olduğunu diqqətə çatdırıb. O, həmçinin qlobal enerji siyasətində müşahidə edilən dəyişikliklər kontekstində Xəzər regionu ölkələrinin gələcəyə hədəflənmiş prioritetləri ilə də maraqlanıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!