Türk Dünyası Mediatorlar Birliyi təsis edildi .....                        Ersin Tatar Qəbələ zirvəsindən danışdı .....                        Bakı metrosunda yenilik: Qatarın nə vaxt gələcəyi ekranlarda görünür .....                        Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş .....                        Bakı Avrasiya Universitetində əcnəbi tələbələrlə "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib .....                        Yardımlıda müəllim şagirdi döyüb? - Araşdırma başladı .....                        İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI .....                        Tramp Ərdoğandan nə xahiş edib? - Türkiyə lideri açıqladı .....                        Tramp Çikaqonu “işğal edəcək”? .....                       
Tarix : 1-06-2016, 14:55
Prezident Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisini qəbul etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi Baronessa Nikolsonu qəbul edib.
Baronessa Nikolsonun Bakıda keçirilən XXIII Beynəlxalq "Xəzər Neft və Qaz 2016" sərgisinin açılışında iştirakını yüksək qiymətləndirən dövlətimizin başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun sərgi iştirakçılarına ünvanlandığı məktubuna və məktubda dostluq münasibətləri ilə bağlı fikirlərinə görə minnətdarlığını bildirdi. Azərbaycan ilə Böyük Britaniyanın çox yaxşı ikitərəfli münasibətlərinin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, ölkələrimiz arasında qarşılıqlı anlaşma və qarşılıqlı dəstək yüksək səviyyədədir. Azərbaycan ilə Böyük Britaniyanın enerji sahəsində uğurlu əməkdaşlıq etdiyini deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin bir çox digər sahələri də əhatə etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkəmizin Böyük Britaniyanın kənd təsərrüfatı, texnologiyalar, infrastruktur layihələri və digər sahələr üzrə fəaliyyət göstərən şirkətləri ilə daha fəal əməkdaşlıqda maraqlı olduğunu bildirdi, bu baxımdan birgə işçi qrupun fəaliyyətinin əhəmiyyətindən danışdı. Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi Baronessa Nikolson Baş nazir Devid Kemeronun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. XXIII Beynəlxalq "Xəzər Neft və Qaz 2016" sərgisinin açılış mərasimində iştirakından məmnunluğunu ifadə edən Baronessa Nikolson ölkəsinin Azərbaycanın vacib tərəfdaşı olmasından şərəf duyduğunu bildirdi. Baronessa Nikolson Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi kimi ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd etdi. Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Böyük Britaniyanın Baş nazirinə çatdırmağı xahiş etdi.


Teleqraf.com


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!