Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                       
Tarix : 23-05-2016, 10:20
Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi Menq Jianzun ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi, bu səfərin iki ölkə arasındakı dostluq münasibətlərinin gələcəkdə daha da möhkəmlənməsi işinə töhfə verəcəyini dedi. Əməkdaşlığımızın bir çox sahələri əhatə etdiyini deyən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi, nəqliyyat, ticarət sahələrində və humanitar sahədə əlaqələr uğurla inkişaf edir. Hüquq mühafizə və təhlükəsizlik sahələrində də əməkdaşlığımızın genişləndirilməsi ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə töhfə verə bilər.

Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən xüsusi nümayəndə Menq Jianzu Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı. Qeyd etdi ki, Azərbaycana səfərə gələn nümayəndə heyətinin tərkibinə Çinin bütün hüquq mühafizə, təhlükəsizlik orqanlarının və Xarici İşlər Nazirliyinin rəhbər nümayəndələri daxildir. Çin xalqının ulu öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə böyük hörmət bəslədiyini bildirən Menq Jianzu dedi: "Heydər Əliyev sözün əsl mənasında Azərbaycan xalqının ümummilli lideridir. Siz onun siyasətini uğurla davam etdirirsiniz. Azərbaycanda Sizin rəhbərliyinizlə iqtisadiyyat sürətlə inkişaf edir, ictimai-siyasi sabitlik tam təmin olunub, əhalinin əhval-ruhiyyəsi yüksəkdir".

Çinin Azərbaycan ilə təhlükəsizlik, hüquq mühafizə sahələrində, terrorizmə, transmilli iqtisadi cinayətkarlığa, kibercinayətkarlığa qarşı mübarizə, Böyük İpək Yolu boyunca təhlükəsizliyin təmin olunması və digər sahələrdə əməkdaşlığı genişləndirməsində maraqlı olduğunu deyən Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi bildirdi ki, təhlükəsizlik sahəsində əməkdaşlıq regional əməkdaşlığa da töhfəsini verə bilər. Menq Jianzu Böyük İpək Yolunun perspektivli layihə olduğunu vurğuladı.


Azərbaycan Prezidentinin Çinə dövlət səfərinin uğurlu keçdiyini, gələcək əməkdaşlığın genişləndirilməsi istiqamətində səfər zamanı mühüm sənədlərin imzalandığını xatırladan və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Azərbaycan Prezidenti arasında dostluq əlaqələrinin yarandığını deyən Menq Jianzu vurğuladı ki, Azərbaycan Çin üçün dost və qardaş ölkədir. O, bildirdi ki, səfərinin əsas məqsədi Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı iki ölkə liderləri arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə təkan verməkdir. Menq Jianzu dedi ki, Azərbaycana səfərdən əvvəl o, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb. Si Cinpin onunla söhbətində Azərbaycanın gözəl ölkə olduğunu söyləyib və özünün də Azərbaycana səfər etmək arzusunda olduğunu deyib.

Ulu öndər Heydər Əliyev və ölkəmiz haqqında xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Ümummilli Lider Çin ilə ikitərəfli münasibətlərin təməl prinsiplərinin qurulmasında müstəsna rol oynayıb. Dövlətimizin başçısı bildirdi ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət, eləcə də Çin ilə münasibətlərin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasət bu gün uğurla davam etdirilir. Çinin Azərbaycan üçün dost və qardaş ölkə olduğunu və Çin ilə münasibətlərin inkişaf etdirilməsinin xarici siyasətimizdə əsas istiqamətlərdən biri olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, bu ölkəyə dövlət səfəri zamanı keçirilən görüşlər və aparılan səmərəli danışıqlar bunu bir daha təsdiq etdi.

Dövlətimizin başçısı Azərbaycandan keçərək Çindən Avropaya dəmir yolu ilə yük daşınması sahəsində əməkdaşlığımızın yaxşı perspektivlərinin olduğunu vurğuladı və bu sahədə fəal iş aparıldığını dedi. Azərbaycan ilə Çin arasında terrorizm, ekstremizm və separatizmlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin erməni terrorizmi və separatizmi ilə üzləşdiyini bildirdi və qeyd etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Dövlətimizin başçısı Azərbaycanın Çinin ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğuladı.

Prezident İlham Əliyev Çinin daha çox şirkətlərinin Azərbaycanın iqtisadiyyatında iştirakında və turizm sahəsində əməkdaşlığın genişləndirilməsində ölkəmizin maraqlı olduğunu dedi. Dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycana dialoq üzrə tərəfdaş statusunun verilməsində Çinin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi və bu təşkilatla fəal əməkdaşlığın aparılmasının Azərbaycanın xarici siyasətində prioritetlərdən biri olduğunu vurğuladı.

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çin Xalq Respublikasının Sədrinə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Si Cinpini onun üçün münasib vaxtda ölkəmizə rəsmi səfərə dəvət etdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vyanada keçirilən son görüşün nəticələri müzakirə olundu. Çin tərəfi münaqişənin tezliklə sülh yolu ilə həllində maraqlı olduğunu bildirdi. Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi Menq Jianzu qeyd etdi ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istiqamətindəki səylərinə hörmətlə yanaşır.


AzNews.az
“Ölkəmiz erməni terrorizmi ilə üzləşib” - İlham Əliyev


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!