Bəzi bölgələrə qar yağır .....                        Bakı yolları yenilənəcək - AAYDA .....                        İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu .....                        İranın ABŞ təyyarələrinə qarşı yeni müdafiə sistemi .....                        Zelenski İstanbulda - Ərdoğanla görüş yekunlaşdı .....                        Qasım Süleymaninin qardaşı qızı və nəvəsi HƏBS EDİLDİ .....                        Kreml Paşinyanla münasibətləri davam etdirmək istəmir - İDDİA .....                        Ermənistan təhlükəsizliyinin təminatçısı Azərbaycandır - Simonyan .....                        Savaş və bölgəmizin taleyi .....                       
Tarix : 14-10-2016, 20:17
Silahlı Qüvvələrin Hərbi Akademiyasının beynəlxalq əlaqələri genişlənməkdədir

"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər İctimai Birliyi"ndən Butov.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası Avropa ölkələrinin hərbi elm və təhsil müəssisələri ilə sıx əməkdaşlığını davam etdirir. Silahlı Qüvvələrin Hərbi Akademiyası və Polşa Respublikasının Varşava Hərbi Tədqiqatlar Universiteti "Beynəlxalq təhlükəsizlik və hərbi tədqiqatlar İSMS 2016" mövzusunda birgə beynəlxalq elmi konfrans keçiriblər.
Silahlı Qüvvələrin Hərbi Akademiyası konfransa telekörpü vasitəsilə qoşulub.
Varşava Hərbi Tədqiqatlar Universitetinin rəhbəri konfransı açaraq bu cür tədbirlərin əhəmiyyətindən danışıb.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev də öz növbəsində konfransın iştirakçılarına uğurlar arzulayıb və birgə əməkdaşlığın perspektivlərindən danışıb.
Konfransda Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru S.Sadıyevin "Silahlı Qüvvələrdə müxtəlifliklərin idarə olunması strategiyası" mövzusunda məruzəsi dinlənilib. Məruzədə Azərbaycan Silahlı Qüvvələrində multikultural dəyərlərin qorunması və müxtəlifliklərin idarə olunması strategiyasından bəhs olunub. Məruzəçi bu sahədə Azərbaycan modelinin özəlliklərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Hərbi Akademiyanın Adyunktura və elm şöbəsinin rəisi polkovnik Elşən Həşimov "CİS texnologiyasından istifadə etməklə görünməyən obyektlərin aşkar edilməsi" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi ArcGis proqram təminatından istifadə etməklə real dağlıq ərazinin 3D modelinin qurulması və onun nəticələri barədə danışıb.
Konfransda hərb elminin digər aktual problemlərinə dair elmi məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!