20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 30-11-2016, 19:44
Bakıda İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli İşçi Qrupun 4-cü iclası keçirilib

“Bakutel-2016” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində Ümumdünya Poçt İttifaqının dəstəyi (ÜPİ), Regional Rabitə Birliyi (RRB) və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakıda İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli İşçi Qrupun 4-cü iclası keçirilib.

Butov.az xəbər verir ki, Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın rabitə administrasiyalarının, həmçinin RRB-də müşahidəçi statusuna malik olan Əfqanıstan, Bolqarıstan, Latviya, Litva, Sloveniyanın rabitə administrasiyalarının, “İntersputnik” Beynəlxalq Kosmik Rabitə Təşkilatı və “EUTELSAT” hökumətlərarası təşkilatının nümayəndə heyətləri iştirak edib.

İclasda RRB-nin üzvü olan ölkələrin rəqəmsal bazarının formalaşdırılması üçün əsaslar və mexanizmlərə, proqram təminatı bazarında inhisarın ləğv olunmasına dair təkliflərin hazırlanması, “Elektron hökumət”in inkışafı istiqamətində əməkdaşlıq və RRB-nin üzvü olan dövlətlərdə sosial əhəmiyyətli elektron xidmətlərin göstərilməsi üçün əsasların işlənməsi müzakirə olunub.

Eyni zamanda, internetin idarə olunması məsələlərində RRB üzvlərinin əməkdaşlığı, Data mərkəzlərinin qarşılıqlı əlaqələri, yeni informasiya ehtiyatlarının formalaşması və istifadəsi, İKT sahəsində elmi kadr və ixtisaslı mütəxəssislərin yetişdirilməsi məsələlərində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə baş tutan tədbirdə Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin baş direktoru Nurudin Muhitdinov informasiya cəmiyyətinin rolundan söz açıb: “Bu gün İKT-nin inkişaf səviyyəsi və hər yerdə tətbiqi ölkələrin iqtisadi rəqabət qabiliyyətinin artırılmasında həlledici rol oynayır, dövlət idarəçiliyinin effektivliyinə xidmət edir, dövlət, ölkə və biznes arasında əlaqələrin genişlənməsinə şərait yaradır”.

O bildirib ki, ölkədə həyata keçirilən İKT siyasəti Azərbaycana qlobal informasiya infrastrukturunda öz layiqli yerini tutmağa imkan verir:“Azərbaycan Respublikası rabitə administrasiyasının Regional Rabitə Birliyinin bütün fəaliyyət istiqamətlərində aktiv iştirakı təşkilatımızın fəaliyyətinə əhəmiyyətli töhfə verir ki, bu da birlik iştirakçılarının beynəlxalq forumlarda birgə təşəbbüslərinin dəstəklənməsini təmin edir, eləcə də İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin məqsədlərinə nail olmağa kömək edir”.

Daha sonra gündəlik üzrə məruzələrin dinlənilməsinə başlanılıb.

“RRB ölkələrində rəqəmli bazarın əsasları və mexanizmlərinin formalaşması üçün təkliflərin hazırlanması haqda” mövzusunda məruzə ilə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, rəqəmli bazar bütün ölkələr, o cümlədən Azərbaycan üçün aktual məsələdir.

Azərbaycanın bu sahədə Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində müəyyən addımlar atdığını deyən nazir müavini ölkəmizdə İKT sahəsində aparılan islahatlar, həyata keçirilən layihələr və əldə olunan nəticələr haqda məlumat verilib.

Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkov “İnformasiya resurslarının formalaşdırılması və istifadəsi” mövzusunda məruzə ilə çıxış edib. Nazir ölkəsində bununla bağlı həyata keçirilən işlər, o cümlədən ümumilikdə İKT sahəsinin vəziyyəti barədə məlumat verib.

Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov “İnternetin idarəetmə məsələlərində RRB iştirakçılarının əməkdaşlıq üzrə yanaşmaları” adlı məruzəsində sahə üzrə həlli vacib məqamlara toxunub. Qeyd edilib ki, internet transmilli resurs olaraq açıq olmalıdır, eyni zamanda internet infrastrukturunun idarəedilməsi modelinin təkmilləşdirilməsi istiqamətində tədbirlərə ehtiyac var.

Daha sonra Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin departament direktoru Vladimir Averbax “2020-ci ildə Rusiyada Elektron hökumət” layihəsi, bu sahədə strateji plan və məqsədlərlə bağlı iştirakçıları tanış edib.

İclasın gündəliyinə daxil olan digər mövzular üzrə də məruzələr dinlənilib, müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!