Bu gündən yaxın qohumlar evlənə bilməyəcək .....                        Macarıstan Ermənistana yardım ayrılmasını bloklayır .....                        “Paşinyandan xahiş etdik ki, müharibəni dayandırsın” .....                        Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılıb .....                        Azərbaycanda sammit keçiriləcək - Liderlər ölkəmizə gəlir .....                        Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi .....                        Qukasyandan yeni etiraflar .....                        Paşinyan Kallasla görüşdü .....                        Səfərov qardaşlarının nəşi Bakıya gətirildi - FOTO .....                       
Tarix : 30-11-2016, 10:46
İlham Əliyev “Bakutel 2016” sərgisi ilə tanış oldu


Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları “Bakutel 2016” sərgisi ilə tanış olublar.

Butov.az APA-ya istinadən xəbər verir ki, Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan prezidentinə sərgi barədə məlumat verib.

Bildirilib ki, regionun ən böyük tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır. İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib.

Qeyd olunub ki, builki sərgidə Azərbaycan, ABŞ, Almaniya, Türkiyə və digər ölkələri təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçıların 40%-i “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alır. Ənənəvi olaraq, sərgidə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur.

Dövlətimizin başçısı sərginin pavilyonları ilə yaxından tanış olub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!