İstefa verməyə hazıram - Zelenski .....                        Ərdoğan onlara partiyada yüksək vəzifə verdi .....                        Pakistanın Baş naziri Azərbaycana gəldi .....                        Bu gün avtobuslar 21:00-a kimi işləyəcək .....                        Rusiyada çoxmərtəbəli binanın yanında partlayış .....                        Yataqxanada yanğın - VİDEO .....                        Su anbarında batan 26 yaşlı gəncin meyiti tapıldı .....                        Ərdoğan yenidən AK Partiyanın sədri seçildi .....                        Külək güclənəcək - XƏBƏRDARLIQ .....                       
Tarix : 27-09-2016, 12:30

Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın nümayişi - “ADEX-2016” II Azərbaycan Beynəlxalq Müdafiə sərgisinin açılışı olub.

Butov.az-ın "Report"-a istinadən xəbərinə görə, sərgidə iştirak edən müdafiə sənayesi naziriYavər Camalov bildirib ki, ölkənin müdafiə qüdrətinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır: "Bugünkü sərgi də bunun bariz nümunəsidir. Bu gün Azərbaycan ordusu regionda ən güclü ordular sırasındadır. Bu il sərgidə 260 məmulat nümayiş olunur. İlk dəfə mina əleyhinə ildırım zirehli maşın və digər texnikalar nümayiş etdirilir. 125 yeni məmulatın hazırlanması istiqamətində işlər davam etdirilir. 45 ölkədən 250 şirkət burada iştirak edir. Eyni zamanda, 20 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edir".

Baş nazirin birinci müavini Yaqub Eyyubov isə çıxışında prezidentin sərgi iştirakçılarına ünvanladığı təbrik məktubunu diqqətə çatdırıb.

Qeyd olunub ki, “ADEX” sərgisi müdafiə sənayesi sahəsində ən yeni və unikal məhsulları peşəkarlara təqdim etmək, eləcə də təcrübə mübadiləsi aparmaq üçün imkan yaradır.

Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonunu ölkənin milli müdafiə kompleksini təqdim edir. Burada Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələri nümayiş etdirilir. Ümumilikdə, sərgidə aşağıdakı istiqamətlər üzrə əldə olunan nailiyyətlər nümayiş etdirilir: quru qoşunları və hərbi-hava qüvvələri üçün texnika və silahlar, hərbi aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı avadanlıq və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı.

Bu sərgi layihəsinin özəl xüsusiyyətlərindən biri, mühafizə və müdafiə vasitələri, xilasetmə, mühafizə texnikası, sənaye və nəqliyyat təhlükəsizliyi sistemləri, eləcə də informasiya və rabitənin mühafizəsi, müasir yanğın təhlükəsizliyi vasitələri üzrə geniş məhsul spektrinin vahid konsepsiya çərçivəsində tammiqyaslı nümayişidir.

Sərgini dolğun işgüzar proqram müşayiət edəcək. Bura seminar və təqdimatlarla yanaşı, sənaye təyinatlı nazirliklər, istehsalçı şirkətlərin rəhbərləri və sifarişçilərlə çoxsaylı ikitərəfli görüşlər daxildir.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi və “Caspian Event Organisers” “CEO” şirkəti “ADEX” sərgisinin təşkilatçıları qismində çıxış edirlər. Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir.

Bakıda “ADEX-2016” II Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçirilir - FOTOLAR

Paylaş

Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!