Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 10-05-2017, 12:15
Bolqarıstanda Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın Sviştov şəhərində yerləşən Dimitr Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mühazirə ilə çıxış edib.
Butov.az xəbər verir ki, bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Səfir N.Qurbanova Dimitr Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasının rektoru İvan Marçevskinin dəvəti əsasında Bolqarıstanın Sviştov şəhərinə səfər edib. Səfər çərçivəsində səfir İ.Marçevski, Sviştov şəhərinin meri Qenço Qençev, Sviştov şəhərinin Bələdiyyə Şurasının sədri Kristian Kirilov ilə görüşlər keçirib və Bolqarıstanın üçüncü ən böyük universiteti olan Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mühazirə ilə çıxış edib. Mühazirə çərçivəsində həmçinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyevin kəlamları” kitabının təqdimatı keçirilib. Görüşlərdə ölkələrimiz arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

İ.Marçevski ilə görüşdə N.Qurbanova ölkələr arasında uğurlu inkişaf edən əlaqələrdən söz açaraq cari ilin ikitərəfli münasibətlərdə əlamətdar olduğunu vurğulayıb. Cari ildə Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini əlavə edib.

İki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrlə yanaşı, təhsil sahəsində də əlaqələrin inkişaf etməsindən məmnunluğunu bildirib. Ötən il 29-30 sentyabr tarixində Bakıda keçirilmiş Azərbaycan və Bolqarıstan Hökumətləri arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasında digər məsələlərlə yanaşı, təhsil sahəsində əməkdaşlıq imkanlarının müzakirə olunduğunu xatırlayıb. N.Qurbanova tərəflərin ali təhsil müəssisələri arasında bilik və təcrübə mübadiləsi, eləcə də tələbə və müəllim mübadiləsi sahəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu qeyd edib.

İ.Marçevski rəhbərlik etdiyi ali təhsil ocağının tarixi və fəaliyyəti barədə məlumat verərək bildirib ki, Dimitr Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasının əsası 1936-cı ildə qoyulub. Rektor ötən il 80 illiyi qeyd olunan təhsil müəssisəsinin Misir, Mərakeş, Rusiya, Rumıniya, Ukrayna, Braziliya, Cənubi Koreya, Vyetnam və digər ölkələrin ali təhsil müəssisələri ilə əlaqələr qurduğunu bildirib. İ.Marçevski Akadamiyanın Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə əməkdaşlıq haqqında saziş imzaladığını, cari ildə ADAU ilə birgə Avropa İttifaqının (Aİ) Erasmus proqramı çərçivəsində mübadilə proqramına müraciət edildiyini söyləyib.

Rektor Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıqda, rəhbərlik etdiyi Akademiyaya azərbaycanlı tələbələrin cəlb edilməsində maraqlı olduğunu ifadə edib.

Aİ çərçivəsində əməkdaşlıq imkanlarından söz açan səfir 2014-cü ildə Aİ və Azərbaycan arasında imzalanan Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokolun ötən il iyul ayında Avropa Parlamenti tərəfindən ratifikasiya olunaraq qüvvəyə mindiyini diqqətə çatdırıb. Protokolun Azərbaycanın 20-ə yaxın Aİ proqramında iştirakına imkan yaratdığını vurğulayan səfir Azərbaycan və Bolqarıstan universitetləri arasında bu çərçivədə əməkdaşlığın genişləndirilməsinin ikitərəfli münasibətlərə töhfə verəcəyini bildirib.

Daha sonra səfir Dimitr Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasının tələbə və akademik heyəti qarşısında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mühazirə ilə çıxış edib. Səfir müsəlman şərqində ilk dünyəvi, demokratik dövlətin 1918-ci ildə Azərbaycanda yaradıldığını söyləyib. XX əsrin sonunda Azərbaycanın ikinci dəfə müstəqillik bayrağını qaldırdığını bildirən səfir 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında konstitusiya qanunu qəbul olunduğunu bildirib.

Müstəqilliyimizin ilk illərində Azərbaycanın çətin iqtisadi vəziyyət, vətəndaş müharibəsi ilə üzləşmişdiyini qeyd edən N.Qurbanova bu vəziyyətin Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazilərinin 20 faizinin işğalı və bir milyondan çox insan öz doğma yurdlarından didərgin düşməsi ilə daha da ağırlaşdığını diqqətə çatdırıb. Ölkənin belə çətin vəziyyətdə güclü bir rəhbərə ehtiyacı duyduğunu və bu baxımdan 1993-cü il Azərbaycan xalqının tarixində dönüş ili olduğunu əlavə edib. O davam edib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan tarixində inkişaf və sabitlik dövrü başladı, onun hakimiyyətdə olduğu illər ərzində Azərbaycan bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atdı. Belə ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkənin gələcək inkişafının istiqamətlərini müəyyən edən strateji qərarlar qəbul edildi. Azərbaycanın bazar iqtisadiyyatına malik müasir demokratik ölkəyə transformasiyası yolunda geniş siyasi və iqtisadi islahatlar həyata keçirildi.

Səfir hazırda ümummilli lider Heydər Əliyevin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O əlavə edib ki, ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanı Cənubi Qafqazın lider ölkəsinə çevirib. Son illər ölkənin sosial-iqtisadi və mədəni inkişafını əks etdirən rəqəmlər də bunun əyani təsdiqidir. Təkcə bir məqamı qeyd etmək kifayətdir ki, Cənubi Qafqazda iqtisadiyyatın 80 faizi Azərbaycanın payına düşür.

Səfir nəhəng nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın regionda bütün tranzit layihələrin əvəzolunmaz iştirakçısı olduğunu vurğulayıb. N.Qurbanova ölkəmizin “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin vacib iştirakçısı olduğunu, ölkə daxilində, eləcə də regionda müasir infrastrukturun yaradılmasında əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Azərbaycanın trans-regional layihələrdə uğurlu inkişafında bəhs edən səfir ildə 1 mln sərnişin və 20 mln ton yük daşımaq həcmi olan Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinin yekunlaşmaq üzrə olduğunu qeyd edib. O əlavə edib ki, Bakı-Tbilisi-Qars layihəsi yekunlaşdıqdan sonra Çinlə Avropa arasında olan yükdaşımaların müddəti 40 gündən 12 günə qədər qısaldılacaq. Beynəlxalq dəniz ticarət limanı və logistika mərkəzi olan Ələt limanından söz açan N.Qurbanova limanın yükdaşıma qabiliyyətinin 25 milyon ton yük və 1 milyon TEU konteyner olacağını əlavə edib.

Bundan əlavə, səfir Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkə kimi tanınması, ölkəmizdə multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsi barədə məlumat verib. O, 2008-ci ildə əsası qoyulan və nüfuzlu beynəlxalq təşkilatları birləşdirən nadir qlobal platforma olan “Bakı prosesi”nin mədəniyyətlərarası dialoq sahəsində müxtəlif istiqamətlər üzrə Avropa Şurası (AŞ) ölkələri arasında, eləcə də AŞ ilə qonşu bölgələr arasında əməkdaşlığı ehtiva etdiyini diqqətə çatdırıb.

N.Qurbanova Azərbaycanda tolerantlıq mühitinin hər zaman ən yüksək səviyyədə olduğu üçün ölkəmizdə multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər keçirildiyini vurğulayıb. O əlavə edib ki, 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bolqarıstanın hər zaman bu forumlarda yüksək səviyyədə iştirakından söz açan səfir 2017-ci il 5-6 may tarixində keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti İliyana Yotovanın iştirakından məmnunluğunu ifadə edib.

Çıxışında səfir Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın bütün sahələrdə - siyasi, iqtisadi, mədəni və s. sahələrdə uğurla inkişafından söz açıb. İntensiv qarşılıqlı səfərlərin ölkələrimiz arasında yaxın münasibətlərin yaxşı göstəricisi olduğunu bildirən səfir 2015-ci il 3-5 mart tarixində Azərbaycan Respublikası Prezidentinin Bolqarıstana rəsmi səfəri imzalanan “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə ilə münasibətlərin yeni müstəviyə qalxdığını söyləyib. Energetika sahəsində səfir yaxın illərdə Azərbaycandan Bolqarıstana ildə 1 milyard kubmetr qazın nəql olunacağını, bu rəqəmin Bolqarıstanın qaz istehlakının üçdə birini təşkil edəcəyini bildirib.

Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko Tırnovo şəhərində “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa olunmasının ikitərəfli mədəni əlaqələrə yeni töhfə verdiyini vurğulayan səfir bu layihənin Heydər Əliyev Fondunun Cənub-Şərqi Avropada mədəniyyət sahəsində ən böyük sərmayəsi olduğunu diqqətə çatdırıb. Qoruğun 22 sentyabr 2016-cı il tarixində baş tutan açılış mərasimində tarixdə ilk dəfə Azərbaycan-Bolqarıstan birgə poçt markası dövriyyəyə buraxıldığını əlavə edib.

Səfir BSU-da fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzi, universitetdə bolqarşünaslıq ixtisasının tədris edilməsi, bu ixtisas üzrə 50 tələbənin təhsil alması barədə məlumat verib. Səfir həmçinin 2013-cü ildən Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində BSU-nun Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başladığı barədə məlumat verərək bu Mərkəzlərin ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsinə töhfə verdiyini söyləyib.

N.Qurbanova BSU-nun müəllim heyəti tərəfindən bolqar dilinə tərcümə edilmiş və Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreskanın redaktorluğu ilə BSU tərəfindən çap olunmuş “Heydər Əliyevin kəlamları” kitabı barədə tədbir iştirakçılarına məlumat verib.

Mühazirənin sonunda N.Qurbanova universitetin tələbə və müəllim heyətinin ölkəmizin iqtisadi inkişafı, beynəlxalq əməkdaşlığı, enerji siyasəti barədə suallarını cavablandırıb və iştirakçılara “Heydər Əliyevin kəlamları” kitabları hədiyyə olunub.

Səfir N.Qurbanovanın Sviştov şəhərinə səfəri Bolqarıstan KİV-lərində geniş işıqlandırılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!