Zurabişvili gecəni prezident sarayında qalacaq .....                        Qəzada həlak olanların cənazəsi Bakıya gətirildi .....                        Narinin işində qərar: atası, qardaşı və əmisinə ömürlük həbs .....                        Goranboyda ağır qəza - 6 nəfər yaralandı .....                        Azərbaycan təyyarəsinin vurulması ilə bağlı cinayət işində yenilik .....                        Lavrov Bayramovla təyyarə qəzasını müzakirə etdi .....                        Əhliman Əmiraslanov təyyarə qəzasında xəsarət alanları ziyarət etdi .....                        Putin Tokayevə də zəng etdi - Təyyarə qəzasına görə... .....                        Milli Qəhrəmanın oğlunun toyudur .....                       
Tarix : 1-02-2017, 10:14
ABŞ-da Azərbaycanla bağlı təqdimat keçirilib

Yanvarın 31-də ABŞ-ın Milli Müdafiə Universitetinin dəvəti ilə səfir Elin Süleymanovun Universitetin Cənub və Mərkəzi Asiya Proqramının (SCAP) müəllim və tələbə heyəti üçün Azərbaycanla bağlı təqdimatı keçirilib.

Butov.az xəbər verir ki, bu barədə AzVision.az-a səfirlikdən məlumat verilib.

E.Süleymanov dinləyicilərə Azərbaycanın strateji coğrafi mövqeyini izah etmiş, müəyyən çağırış və çətinliklərlə yanaşı, onun Qərblə Şərqin, Şimalla Cənubun kəsişməsində yerləşməsinin vəd etdiyi imkanları göstərmişdir. Həmçinin səfir iştirakçılara ölkəmizin tarixi barədə məlumat vermiş, 1918-ci ildə Azərbaycanda müsəlman dünyasında ilk demokratik dövlətin qurulmasının tarixi əhəmiyyəti barədə danışmış və Azərbaycanda hətta bir sıra qərb dövlətlərindən əvvəl qadınlara səsvermə hüququnu verdiyini vurğulamışdır.

E.Süleymanov ötən əsrin sonunda dövlət müstəqilliyinin bərpasından sonra Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəinki ölkəmizin, bütövlükdə regionun – qonşu Gürcüstan və qardaş Türkiyənin iqtisadiyyatına əsaslı töhfə verdiyini bildirmişdir. Diplomat vurğulamışdır ki, Avrasiya məkanında ən müstəqil siyasət yürüdən Azərbaycan Respublikası bu nailiyyəti ilk növbədə Ümummilli lider Heydər Əliyevin strateji baxışı və xüsusi liderlik qabiliyyəti əsasında 90-cı illərdə qəbul etdiyi qərarlar, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu və ardıcıl siyasəti nəticəsində əldə etmişdir.

Bundan əlavə, E.Süleymanov Azərbaycandakı tolerantlıq mühiti və ölkəmizin sivilizasiyalararası dialoqa töhfəsi barədə danışmışdır. Ölkəmizin bu sahədə xüsusi rolunun göstəricisi kimi səfir E.Süleymanov Azərbaycanın həm 2015-ci ildə birinci Avropa Oyunlarına, həm də bu il keçiriləcək İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsini, eləcə də İsrailin Baş naziri Benyamin Netanyahunun və Roma Papası Fransiskin ölkəmizə səfərlərini göstərdi.

E.Süleymanov son illərdə müşahidə olunan, qərb dövlətlərinin müəyyən dərəcədə aydın olmayan siyasi yanaşmalarına işarə edərək, Azərbaycanın öz tərəfdaşlarının, o cümlədən rəsmi Vaşinqtonun praqmatik xarici siyasət yürütməsinə ümid etdiyini bildirdi. Qeyd edildi ki, Azərbaycan kimi qabaqcıl və mütərəqqi siyasət yürüdən və əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan dövlətlərlə tərəfdaşlıq əlaqələrinin inkişafı ilk növbədə ABŞ-ın öz maraqlarına uyğundur və bu cür tərəfdaşlıq radikalizm və ekstremizmlə mübarizə səylərinə töhfə verəcəkdir. Təəssüf ki, son illərdə bu məqama lazımi diqqət yetirilməmiş, əksinə Azərbaycan əsassız və qərəzli təzyiqlərə məruz qalmışdır.

Daha sonra E.Süleymanov Azərbaycanın enerji siyasəti, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın enerji strategiyasının qurulması, ölkəmizin təşəbbüsü və aparıcı rolu əsasında icra olunan layihələr barədə məlumat vermiş və bu layihələrin enerji təhlükəsizliyi baxımından əhəmiyyətini izah etmişdir. Həmçinin Azərbaycanın Çindən Avropaya doğru uzanan tarixi İpək yolunun bərpasına dəstəyinə və onun həyata keçirdiyi iri miqyaslı nəqliyyat infrastruktur layihələrinə toxunulmuşdur.

E. Süleymanov Azərbaycanın qlobal terrorçuluq əleyhinə səylərə verdiyi töhfələri və beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı, xüsusən də Əfqanıstanda təhlükəsizliyin bərqərar edilməsi üçün koalisiya qüvvələrinə tranzit imkanlarını təmin etməsi, eləcə də Əfqanıstana ölkəmizin ikitərəfli dəstəyi barədə də danışmışdır.

Tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın yürütdüyü destruktiv siyasət və onun sülhün təşəkkül tapmasına mane olan fəaliyyəti barədə dinləyicilərə ətraflı məlumat verilmişdir. Səfir təəssüflə qeyd etmişdir ki, faktiki olaraq öz müstəqilliyini itirmiş Ermənistan hazırda bütövlükdə region üçün təhdidə çevrilmişdir. Ermənistanın ərazisində yeni müasir raket sistemlərinin yerləşməsi bunun göstəricisidir.

Sonda səfir E.Süleymanov dinləyicilərin İpək yolunun bərpasına Azərbaycanın töhfələri, Cənubi Qafqazda və Yaxın Şərq regionunda təhlükəsizlik, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar kimi məsələlər barədə suallarını cavablandırmışdır.

Qeyd edək ki, Milli Müdafiə Universiteti müdafiə və təhlükəsizlik sahəsində strateji səviyyədə ABŞ-ın müvafiq strukturlarının əməkdaşları üçün ali təhsil və təlim xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmışdır.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!