“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                       
Tarix : 6-06-2016, 14:14
İtaliyadakı səfirimiz italyan şirkətlərini Azərbaycana dəvət etdi


Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın Ticarət Agentliyinin (ICE) aylıq elektron xəbər bülletenində və “Notiziegeopolitiche” geosiyasət və xarici siyasət üzrə elektron portalında Azərbaycanın iqtisadi potensialı, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığı və iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri barədə müsahibələri dərc edilib.

Butov.az xəbər verir ki, İtaliyadakı səfirliyimizdən Publika.az-a verilən məlumata görə, müsahibələrdə M. Əhmədzadə Azərbaycanın yerləşdiyi geostrateji coğrafi mövqeyi, iqtisadiyyatın sürətli inkişafı, regional liderliyi, ölkə iqtisadiyyatına yatırılan sərmayələr, Azərbaycanda həyata keçirilmiş və həyata keçirilməkdə olan strateji əhəmiyyətli enerji, nəqliyyat və infrastruktur layihələri barədə məlumat verib.

İtaliya-Azərbaycan əlaqələrinə toxunan M. Əhmədzadə bu əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını, bunun 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı İtaliyanın Baş naziri cənab Matteo Renzi ilə birgə qəbul etdiyi strateji tərəfdaşlıq haqqında bəyannamədə təsbit edildiyi, İtaliyanın uzun müddət Azərbaycanın birinci ticarət tərəfdaşı olması, ölkəmizin İtaliya üçün əsas neft təchizatçılarından biri olması, bir çox italyan şirkətlərinin Azərbaycanda investor və podratçı kimi cəlb olunması, son bir il ərzində İtaliyanın “Maire Technimont”, “Technip” və “Saipem” şirkətləri ilə önəmli müqavilələrin imzalanmasını qeyd edib.

TAP layihəsinin reallaşması ilə Azərbaycan təbii qazının İtaliyaya çatdıralacağını qeyd edən səfir, bu layihənin qaz mənbələrinin diversifikasiyası, İtaliyanın Avropada önəmli qaz mərkəzinə çevrilməsi, habelə bu boru kəmərinin tikintisinə İtaliya şirkətlərinin podratçı kimi cəlb edilməsi nöqteyi-nəzərdən əhəmiyyətini vurğulayıb.

M. Əhmədzadə Azərbaycanda aparılan iqtisadi islahatlar, ölkə iqtisadiyyatının şaxələndirilməsi, iqtisadiyyatda neft sektorunun payının minimuma endirilməsi və qeyri-neft ixracatının artırılması istiqamətində atılan addımlar barədə danışıb.

Səfir Azərbaycanda Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı kimi yeni infrastruktur-logistika mərkəzlərinin yaradıldığı, kənd təsərrüfatı, turizm, nəqliyyat, İKT, inşaat kimi sahələrdəki imkanlar barədə məlumat verib, həmçinin, italyan şirkətlərini qeyd olunan sahələrə sərmayə qoymağa dəvət edib.

M. Əhmədzadə Azərbaycanın coğrafi əhəmiyyəti, Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizlərindəki önəmli rolu barədə də danışaraq, İtaliya şirkətlərinə Azərbaycana daha geniş bazarlara çıxış üçün körpü kimi baxmağı da tövsiyə edib.

13 iyun tarixində Roma şəhərində İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın növbəti iclasının və Azərbaycan-İtaliya Biznes Forumunun keçiriləcəyi barədə məlumat verən səfir, bu tədbirlərin Azərbaycana italyan sərmayələrinin cəlb edilməsi, ölkəmizin qeyri-neft ixracının artırılması və iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətindən danışıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!