Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                        Avropa İttifaqından 2 Azərbaycan vətəndaşına SANKSİYA .....                       
Tarix : 17-05-2017, 20:03
Bu il istehsalatda bədbəxt hadisə zamanı 13 nəfər ölüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin yanvar-aprel aylarında istehsalatla əlaqəli 43 bədbəxt hadisə (o cümlədən istehsalatla əlaqəli qrup halında baş vermiş 2 hadisə) qeydə alınıb.
Butov.az xəbər verir ki, bunu "APA-Economics"ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Şöbə müdiri bildirib ki, daha çox tikinti və nəqliyyat, emal sənayesi, mədənçıxarma sahələrində, həmçinin özəl sektora aid müəssisələrdə baş verdiyi müəyyən olunan bu hadisələr nəticəsində 13 nəfər dünyasını dəyişib.

“Bu dövrdə istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı isə 33 nəfər təşkil edib. Dövlət Əmək Müfəttişliyi Xidməti istehsalatla əlaqəli bədbəxt hadisələrlə əlaqədar təhqiqat işləri apararaq, nəticələri əsasında qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbirlər görüb”, - deyə şöbə müdiri vurğulayıb.

E.Babayevin sözlərinə görə, qeyd olunan dövrdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməyin mühafizəsi, texniki təhlükəsizlik, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, habelə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsinin təmin olunması və s. ilə bağlı işəgötürənlər arasında məlumatlandırma işlərini də davam etdirib. İşəgötürənlərə əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi ilə bağlı norma və standartların tətbiqi barədə metodiki köməkliklər göstərilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!