İranın hava məkanı yenidən açılır .....                        Məşhur aktyor ürəktutmasından vəfat etdi .....                        Xankəndidəki Zəfər parkından YENİ GÖRÜNTÜLƏR .....                        Rusiya Əfqanıstanı tanıdı .....                        Yenidən Avropa çempionu oldu .....                        Yeniyetmə su anbarında boğulub öldü .....                        3 ölkənin lideri Şahbulaq qalasında - FOTO .....                        Rusiyada azərbaycanlı "qanuni oğru" tutuldu .....                        İsrail "Hizbullah" komandirini öldürdü .....                       
Tarix : 1-03-2017, 19:57
2 ayda 30 bədbəxt hadisə — 10 ölü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin yanvar-fevral ayları ərzində istehsalatla əlaqəli 30 bədbəxt hadisənin (o cümlədən qrup halında baş vermiş 1 istehsalatla əlaqəli bədbəxt hadisənin) qeydiyyatı aparılıb.
Butov.az xəbər verir ki, ƏƏSMN-nin mətbuat xidmətindən "Ölkə.Az"a bildirilib ki, həmin hadisələr nəticəsində 10 nəfər həlak olub, 22 nəfər xəsarət alıb. İstehsalatla əlaqəli bədbəxt hadisələrin əsasən tikinti, mədənçıxarma, emal, enerji, nəqliyyat və s. sektorlarunda baş verdiyi müəyyən edilib. Dövlət Əmək Müfəttişliyi Xidməti baş vermiş istehsalat qəzaları ilə bağlı aidiyyəti üzrə təhqiqat işlərinin aparılmasını təmin edib. Qeyd olunan hadisələrin təhqiqatı zamanı həmin iş yerlərində əməyin mühafizəsi və istehsalatda təhlükəsizlik qaydalarının, işçilərin həyat və sağlamlığının qorunması üçün önləyici tədbirlərin lazımi səviyyədə təşkil olunmadığı, bir sıra hallarda işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və hətta əməyin mühafizəsi ilə bağlı təlimatlandırılmadığı faktları aşkar olunub. Aparılmış təhqiqat işlərinin nəticələri əsasında qanunvericiliyə uyğun şəkildə tədbirlərin görülməsi təmin edilib.

Bildirək ki, ötən ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” elektron xidməti işəgötürənlərin istifadəsinə verilib. Bu e-xidmət istehsalatda baş vermiş bədbəxt hadisələr barədə işəgötürənlər tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilməsi prosesinin elektron qaydada həyata keçirilməsinə, bu sahədə işəgötürənlərin imkanlarının genişlənməsinə, istehsalatla əlaqəli bədbəxt hadisələrlə bağlı təhqiqat işinin operativ şəraitdə və müasir tələblərə uyğun təşkil edilməsinə şərait yaradıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!