Zelenski Alyaska görüşünə niyə dəvət edilməyib? - Ağ Evdən CAVAB .....                        Azərbaycan və Ermənistanla sülh sazişi buna misaldır - Rubio .....                        Çin Çexiya Prezidenti ilə əlaqələri kəsdi .....                        Kür çayında kritik vəziyyət .....                        Elmar Məmmədyarov İrəvana səfir gedə bilər: "Necə məsləhətdir..." .....                        Zəngəzur dəhlizi qədim İpək yolunun bərpası deməkdir - Deputat .....                        Müəllimlərin sertifikasiyasının müsahibəsi nə vaxt başlayır? - RƏSMİ .....                        Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdən imtina edə bilər .....                        Tarix dərsliklərində Zəngəzur dəhlizindən BƏHS EDİLƏCƏK - RƏSMİ .....                       
Tarix : 10-04-2017, 12:23
Gecikdirilən sosial ödəniş işçilərə ödənilib

Cari ilin birinci rübü ərzində vətəndaş müraciətləri ilə əlaqədar görülən tədbirlər nəticəsində işəgötürənlər tərəfindən ümumilikdə 56 516 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.

Butov.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, həmin vəsaitin 96,3%-ni əmək haqları, 1,8%-ni işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib.

Müraciətlərin araşdırılması zamanı əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş işçilərin də yenidən əvvəlki işlərinə bərpa edilmələri təmin olunub. Görülən tədbirlərlə bərabər, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları aidiyyəti məsələlərlə bağlı işəgötürənlərə əmək qanunvericiliyinin tələbləri barədə ətraflı hüquqi izahatlar veriblər.

Hesabat dövründə xidmətin cari il üçün İş planına uyğun olaraq, ayrı-ayrı orta məktəblərin yuxarı sinif şagirdləri arasında əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri də həyata keçirilib. Tədbirlərdə uşaq əməyinin istismarının qanunla qadağan olunduğu vurğulanıb, ölkəmizin əmək qanunvericiliyində uşaq əməyindən istifadə ilə bağlı təsbit olunmuş normalar, yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin hüquqi prinsipləri, onlar üçün nəzərdə tutulan təminatlar və s. barədə yuxarı sinif şagirdlərinə geniş məlumatlar verilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!