Azərbaycanla bağlı proqnoz dəyişmədi .....                        ABŞ İranın 10 gəmisini məhv etdi .....                        Rusiyalı diplomatlar partlayış nəticəsində yaralandılar .....                        İranda müharibə nə vaxt başa çatacaq? .....                        "Qalatasaray" tarixi qələbə qazandı .....                        Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                       
Tarix : 8-12-2016, 12:03
Bakıda Beynəlxalq Əmək Təşkilatının ekspertləri ilə birgə treninq keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri – BƏT-in baş əmək administratoru, əmək inspeksiyası və əməyin mühafizəsi üzrə mütəxəssisi Valentin Mocanu və BƏT-in mütəxəssisi Roman Litvyakovla görüş olub.

Butov.az xəbər verir ki, Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, BƏT ekspertlərinin səfərində məqsəd sosial tərəfdaşların (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası) nümayəndələrindən ibarət üçtərəfli İşçi Qrupu üçün “Əmək müfəttişliyinin potensialının artırılması, üçtərəfli İşçi Qrupu tərəfindən mövcud leqal və institisional çərçivədə situasiyanın təhlil olunması” mövzusunda treninqin keçirilməsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə ölkəmizdə əmək siyasətinin mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirilməsi, əmək hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ekspertlərə məlumatlar verib. Əmək münasibətlərinin elektron qeydiyyat sistemindən bəhs edən F.Əlizadə bu sistemin əmək bazarının əhatəli uçotunun aparılmasında, əmək hüquqlarının müdafiəsində üstünlüklərini qeyd edib, təkcə bu ilin 11 ayında bu sistemdən 1 milyon 925 min 253 dəfə, son bir ayda isə 203 628 dəfə istifadə edildiyini bildirib. O, cari ilin sentyabrında ölkəmizdə sosial tərəfdaşlar arasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edildiyini, bunun üçtərəfli sosial dialoq üzrə institusional strukturun inkişafında önəmini diqqətə çatdırıb.

Xidmət rəisi bildirib ki, BƏT-in ekspertləri tərəfindən sosial tərəfdaşların üçtərəfli İşçi Qrupu üçün treninqin təşkil edilməsi Təşkilatla fəal əməkdaşlığın uğurlu davamıdır. Treninq əmək müfəttişliyinin potensialının gücləndirilməsində, İşçi Qrupun peşəkar fəaliyyətinin təşkilində, İşçi Qrupu tərəfindən leqal və institisional çərçivədə situasiyanın təhlil olunmasında əhəmiyyətlidir.

V.Mocanu və R.Litvyakov birgə əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıblar. Onlar üçtərəfli İşçi Qrupun fəaliyyətinin daha səmərəli təşkili baxımından keçiriləcək treninqin faydalı olacağını, ümumən qarşıdakı dövrdə müvafiq mövzularda seminarların davam etdiriləcəyini bildiriblər.

Daha sonra V.Mocanu və R.Litvyakov tərəfindən üçtərəfli İşçi Qrupun iştirakı ilə “Əmək müfəttişliyinin potensialının artırılması, üçtərəfli İşçi Qrupu tərəfindən mövcud leqal və institisional çərçivədə situasiyanın təhlil olunması” mövzusunda treninqə başlanılıb. Tədbir çərçivəsində İşçi Qrupu üçün iki illik treninq proqramının tərtib olunması da nəzərdə tutulur. Həmin dövrdə “BƏT materiallarının və vasitələrinin milli dilə tərcümə edilməsi, əməyin mühafizəsi qaydalarının və əmək qanunvericiliyinin təkmilləşdirilməsi planının inkişafı və icrası”, “Sosial dialoqun, beynəlxalq əmək standartlarının, gender bərabərliyinin təbliği və diskriminasiyanın qarşısının alınması”, “İşçi qrupu üçün texniki dəstək və konsultasiyalara dair” və s. mövzularda seminarların təşkili planlaşdırılır.
Bakıda Beynəlxalq Əmək Təşkilatının ekspertləri ilə birgə treninq keçirilir


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!