Azərbaycan futbolu adına çox sevinirəm - Qurban Qurbanov .....                        Mən sehrbaz deyiləm... .....                        İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ .....                        Ukrayna Azərbaycana təşəkkür etdi .....                        Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanıldı .....                        Ağcabədidə 10 kiloqram narkotik aşkarlanıb .....                        Bakıda 2 nəfər prokurorluqdan, 1-i vəzifəsindən xaric edildib .....                        Dünyada taxıl qıtlığı gözlənilir - Proqnoz .....                        Ziya Bunyadov prospektindəki yanğın tam söndürülüb .....                       
Tarix : 19-09-2013, 12:39
Nazirlik kredit təşkilatının maliyyələşdirilməsi meyarlarını müəyyən edib


Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu müvəkkil kredit təşkilatının seçilməsi meyarlarının ilkin variantını Müşahidə Şurasına təqdim edib. Sənədə əsasən, seçimdə müvəkkil kredit təşkilatı kimi Azərbaycan bankları və bank olmayan kredit təşkilatları iştirak edə bilər.

ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bank olan kredit təşkilatlarında kreditlərin verilməsi ilə bağlı əməliyyatların aparılmasına dair Azərbaycan Mərkəzi Bankının lisenziyası olmalıdır.

Bank Mərkəzi Bankın müəyyən etdiyi prudensial normativlərə riayət etməli, kredit əməliyyatları ilə bağlı müntəzəm fəaliyyət həyata keçirməlidir. Bank olmayan kredit təşkilatlari son 3 il ərzində kredit əməliyyatları ilə bağlı müntəzəm fəaliyyət göstərməli, son 2 ilin bütün hesabat rüblərində Mərkəzi Bankın müəyyən etdiyi prudensial normalara tam riayət etməli, öhdəlikləri qarșılamağa hazır olmalıdır.

Kredit təşkilatının kapitalı 300 min manat səviyyəsində və yuxarı olmalıdır. Üzvlərinin sayı azı 150 nəfər və daha çox olmalı, 200 manatdan așağı paya malik olan üzv sayı bütün üzvlərin sayının 50%-dən çox olmamalıdır.

Təşkilatın vaxtı keçmiș borcları olmamalı, eləcə də, kapital ehtiyatının nizamnamə fonduna olan nisbəti 0.1-dən çox olmalı, sənədlərin tərtibi və hesabatların hazırlanması üçün müvafiq kompüter və digər elektron vasitələri, aidiyyəti proqram təminatı olmalıdır. Müvafiq struktur və kreditlərlə sərbəst ișləmək qabiliyyətli olan kadrlar olmalı, təqdim olunan iqtisadi tənzimləmə normativləri (prudensial normativlər) Mərkəzi Bank tərəfindən təsdiq edilməlidir.

Müşahidə Şurasının üzvləri qeyd edilən meyarlarla tanış olaraq yaxın zamanda öz rəylərini bildirəcəklər. Meyarların 15 gün ərzində təsdiqlənməsi nəzərdə tutulub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!