"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 1-06-2017, 18:09
MEK may ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirdi - FOTOLAR

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) may ayı ərzində MEK-ə daxil olan yeni sənədlərin təqdimatını keçirdi.
MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü fondlarda saxlanılan incilərin, şəxsi kitab kolleksiyalarının, yeni sənədlərin təqdimatlarının ənənəvi olaraq hər həftə keçirildiyini qeyd etdi. M.Göyüşlü keçirilən tədbirlərin və görülən işlərin üç dildə yayımlanan mek.az saytında və kitabxananın sosial şəbəkələrdəki səhifələrində operativ şəkildə işıqlandırıldığını vurğuladı. O, təqdimatlar vasitəsilə ictimaiyyətin, oxucuların diqqətini yeni kitablara cəlb etməyə, fondlardakı ədəbiyyatları tanıtmağa çalışdıqlarını vurğuladı.
Təqdimatçı MEK-in Fondların formalaşdırılması bölməsinin əməkdaşı Aysel İbrahimli daxil olan kitablar, elmi jurnallar və elektron resurslar haqqında slaydlı təqdimatla çıxış etdi. O, bildirdi ki, MEK-in fondları pulsuz məcburi nüsxələr, hədiyyələr, beynəlxalq kitab mübadiləsi və s. üsullarla formalaşdırılır. Təqdimatçı Azərbaycan elminin innovativ inkişafını ölkə hüdudlarından kənarda təbliğ etmək məqsədi ilə MEK-in beynəlxalq kitab mübadiləsi çərçivəsində müxtəlif elmi təşkilatlarla qarşılıqlı əməkdaşlıq etdiyini vurğuladı. A. İbrahimli MEK-in həyata keçirdiyi Milli Rəqəmsal Yaddaş (MRY) bazası haqqında məlumat verdi. MRY-nin məqsədi Azərbaycanın qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçısının istifadəsinə vermək olduğunu bildirdi. Daha sonra təqdimatçı MEK-in may ayı ərzində hədiyyə yolu ilə 259 kitab, 355 jurnal, pulsuz məcburi nüsxə olaraq 180 kitab, 81 jurnal, 93 avtoreferat, 15 dissertasiya, 38 elektron vəsait əldə etdiyini açıqladı və bir sıra kitablar və jurnallar haqqında ətraflı məlumat verdi.
“Multikulturalizm Panaseya yoxsa alternativ” adlı kitabını Mərkəzi Elmi Kitabxanaya hədiyyə edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nicat Məmmədli Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan kitabın multikulturalizm barədə müasir dünya elmi ədəbiyyatındakı müzakirələrlə tanışlıq xarakteri daşıdığını bildirdi. Demək olar ki, dünyanın əksər dövlətlərinin multikultural olduğunu, lakin heç də bütün multukultural dövlətlərdə multikulturalizmin mövcud olmadığını qeyd etdi. Kitabda Azərbaycandakı birgəyaşayış modeli və siyasətinin multikulturalizmin hansı tələblərinə cavab verdiyini, interkulturalizmin bir sıra elementlərinin araşdırıldığından danışdı. N.Məmmədli Prezident İlham Əliyevin “Ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib” fikrini səsləndirərək multikulturalizmin Azərbaycandakı təzahüründən və gələcək inkişaf yollarından söz açdı.
Tarix üzrə elmlər doktoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Abbas Seyidov MEK-in fondlarında saxlanılan və o cümlədən yeni daxil olan kitabların təqdimatının keçirilməsi ənənəsinin elmi ictimaiyyət üçün önəmindən danışdı. Həmmüəllifi olduğu “Azərbaycan tarixi” kitabı haqqında məlumat verdi. Kitabın Rəşid Rzayevin 50 ildən artıq şəxsi kolleksiyasında topladığı, Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən 260 ədəd seçmə qızıl, gümüş və misdən hazırlanmış numizmatik materialdan bəhs etdiyini qeyd etdi. Kitabın əlamətdar cəhətlərindən birinin mətnlərin üç dildə - azərbaycan, rus, ingilis - verilməsi olduğunu xüsusi vurğuladı.
Tarix üsrə fəlsəfə doktoru, AMEA ‎A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi‎ Vaqif Abışov tədbirlə bağlı fikirlərini bölüşərək mədəniyyətimizin, tariximizin təbliğində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı. MEK-ə təqdim etdiyi “Azərbaycan SSR qurulmasının tarixşünaslığı” adlı monoqrafiyada 1917-1920-ci illərdə Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr, Bakı Xalq Komissarları Sovetinin qurulması, AXC-nin devrilməsi, Azərbaycan SSR-in qurulması kimi məsələlərin Türkiyə, Qərb tarixşünaslığında öyrənilməsindən bəhs etdi. AMEA Tarix İnstitutunda toplanan arxiv materiallarının, məlumat, sənəd və faktların MEK-ə təhvil verilməsini təklif etdi.
MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova Mərkəzi Elmi Kitabxananın fondları, beynəlxalq kitab mübadiləsi, Milli Rəqəmsal Yaddaş bazası və yeni daxil olan kitabların 15 gün müddətində sərgilənməsi haqqında məlumat verdi.
Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
MEK may ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirdi - FOTOLAR
MEK may ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirdi - FOTOLAR
MEK may ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirdi - FOTOLAR
MEK may ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirdi - FOTOLAR
MEK may ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirdi - FOTOLAR
MEK may ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirdi - FOTOLAR
MEK may ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirdi - FOTOLAR
MEK may ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirdi - FOTOLAR
MEK may ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirdi - FOTOLAR


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!