Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 6-06-2017, 12:02
Azərbaycanlı bacılar Türkiyə universtetində birinci oldular - FOTOLAR

Əcnəbi tələbə sayı yüksək olan Türkiyənin Baxçeşəhir Universitetində bir neçə gün bundan əvvəl məzun günü keçirilib. Məzun gününə 3min 100 tələbə qatılıb. 57 ölkədən 288 əcnəbi tələbə məzun olub. Məzun törəninə azərbaycanlı tələbələr də qatılıb.

Butov.az-ın Modern.az-a istinadən məlumatına görə, Bahçeşəhir Universitetinin Beynəlxalq Maliyyə və İqtisad fakultəsinin azərbaycanlı məzunu Günel Musayeva universitet birincisi olub və “Altun beyin” ödülü qazanıb. Günel Musayeva 106 ölkə təmsilçisi içərisində universitet birincisi olub. O, özünü çox xoşbəxt hiss etdiyini deyib.

“Universiteti yüksək nəticə ilə bitirdiyimə görə çox xoşbəxtəm. Baxçeşəhir Universitetində oxuyan hər kəs çox fərqli düşüncəyə sahibdir. Hər bir insan uğura nail olursa, bu təsadüf deyil. Uğurun əldə edilməsində yüzdə əlli faiz bizim əməyimiz varsa, 100-də əlli faizində təhsilin və müəllimlərin əməyi var”.

Baxçeşəhir Universitetinin Beynəlxalq maliyyə və Menecment fakultəsinin azərbaycanlı məzunu Xeyransa Musayeva isə yüksək nəticə göstərərək universitet üçüncüsü olub. Xeyransa Musayeva Günel Musayevanın bacıdır.

O, Universitetə daxil olduğu gündən yüksək göstərici ilə bitirəcəyini hiss etdiyini deyir.

“Bu gün 5 il bundan öncəki arzularımı gerçəkləşdirə bildiyim üçün çox xoşbəxtəm. Universitet mənə təkcə təhsil və bu sahədə uğurlar vermədi, həm də yaxşı dostlar 106 fərqli ölkədən olan insanlarla birgə olmaq şansını verdi”.

Günel və Xeyransa Musayeva bacılarının təhsil aldığı Xalid Quliyev adına 62 saylı məktəbin direktoru Mətanət Cabbarlı Modern.az-a açıqlamasında Musayeva bacılarından söhbət açıb. Onların məktəb vaxtı da çox çalışqan şagird olduqlarını söyləyib.

“Günel və Xeyransa Musayeva bacıları eyni sinifdə oxuyublar. 5 il bundan qabaq məktəbi bitiriblər. Həmin il 3 qızıl medalın ikisinə bu bacılar sahiblənmişdi. 11-ci sinfin ortalarında təsadüfən Baxçeşəhir Universitetinin təhsil işçisi Ənvər Yücel məktəbimizin qonağı olmuşdu. Bu qızlar orda Zəlimxan Yaqubdan 2 şeir dedilər. Bundan əlavə, bacılar respublika olimpiadalarında, Heydər Əliyev adına müsabiqələrdə hər zaman qalib olublar. 1-ci sinifdən 11-ci sinfə qədər bu qızların “4” qiyməti belə, olmayıb. Qızların istedad və savadına heyran qalan Ənvər Yücel onların Baxçeşəhir Universitetində oxuması ilə bağlı mənə müraciət etdi. Beləliklə, bu qızlar Baxçeşəhir Universitetinə daxil oldular və 5 il ərzində çox yüksək nəticə göstərdilər. Bu il onların məzuniyyət günü oldu. Hər iki bacı ən yüksək nəticə göstərdilər. Musayeva bacıları magistr təhsilini də orada davam etdirəcək. Təsisçi onları universitetdə saxlamaq qərarına gəlib. Bu qızlar haqqında ancaq xoş sözlər söyləmək olar”.
Azərbaycanlı bacılar Türkiyə universtetində birinci oldular - FOTOLAR
Azərbaycanlı bacılar Türkiyə universtetində birinci oldular - FOTOLAR


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!