Qeyri-sabit hava aprelin 17-dək davam edəcək .....                        Finişə çatanların sayı artıb - Fərid Qayıbov .....                        Ersin Tatardan türk dövlətlərinə çağırış .....                        Qəbələ-Xankəndi ultramarafonu başa çatdı - FOTO .....                        İrandan narkotik gətirilməsinin qarşısı alındı .....                        Yaponiyada Azərbaycan milli pavilyonu açıldı - FOTO .....                        Hakan Fidan İsrailə çağırış etdi .....                        Yollarda görünüş məhdudlaşacaq .....                        51 min şagird imtahan verib - YENİLƏNİB .....                       
Tarix : 19-05-2017, 11:47
Daha bir universitet təhsil haqlarını aşağı saldı

Son vaxtlar Qərb Universitetindəki yeniliklərlə bağlı xəbərlərə tez-tez rast gəlirik. Universitet genişlənir, yeni ixtisasları tədris proqramına daxil edir. Universitetin illik təhsil haqlarını aşağı salması barədə xəbər də maraqla qarşılandı.

Butov.az xəbər verir ki, universitetdən “Qafqazinfo”a bildirdilər ki, hazırda universitet infrastrukturunun müasirləşdirilməsi üçün əsaslı işlər aparır, maddi-texniki bazanın gücləndirilməsi təmin edilir və nəhəng kompleks, yeni binalar və müasir kampusun tikintisi həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar qurulur. Qərb Universitetinin Qəyyumlar Şurasının mövqeyi bundan ibarətdir ki, universitet regionun aparıcı universitetinə çevrilməlidir.

Tələbə sayının ciddi şəkildə artacağını nəzərə alaraq universitet illik təhsil haqlarını aşağı sala bilib. Bundan əlavə, universitet təhsil müddətində fərqlənən tələbələrə təqaüdlər ayırır və bundan sonrakı dövrdə bu imkanlar daha da genişlənəcək.

Məlumat üçün bildirək ki, Qərb Universiteti ABŞ və Avropanın aparıcı universitetləri ilə ayrı-ayrı proqramlar çərçivəsində əməkdaşlıq edir, nüfuzlu təhsil ocaqlarının mütəxəssisləri mühazirələr üçün universitetə dəvət olunur. Universitetin beynəlxalq əməkdaşlıq şəbəkəsi dünyanın 200-dən artıq təhsil müəssisəsini əhatə edir.

Eyni zamanda universitetdə bütün region üçün unikal hesab edilə biləcək laboratoriyalar qurulur. Xüsusilə mühəndislik istiqamətləri üzrə ixtisaslarla bağlı müasir standartlara cavab verən laboratoriyalar formalaşdırılıb və bu laboratoriyaların təşkilinə bu sahədə böyük təcrübəsi olan ABŞ və Avropa şirkətləri cəlb edilib. Mexatronika və robototexnika mühəndisliyi, maşınqayırma, həmçinin meşəçilik, ağac emalının texnologiyası ixtisasları üzrə də laboratoriyalar təşkil edilib. Ağac emalı ilə bağlı istifadə olunacaq qurğular ölkədə ilk dəfə Qərb Universitetində tətbiq olunacaq.

Universitetdə daha bir unikal laboratoriya - genetik analizlərin aparılmasına imkan verən laboratoriya da qurulmaqdadır. Ekologiya mühəndisliyi sahəsi üzrə qurulmaqda olan laboratoriyanı da xüsusilə vurğulamaq olar. Burada aparılacaq bir sıra proseslər ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!