Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
Tarix : 24-02-2016, 09:09
Koreya universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb



Bakı Qızlar Universiteti ilə Cənubi Koreyanın Dongıluk Qızlar Universiteti arasında qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Müqaviləni Bakı Qızlar Universitetinin rektoru, professor Ağarəhim Rəhimov və Dongıluk Qızlar Universitetinin rektorunun səlahiyyətli nümayəndəsi, doktor Eunkying Oh imzalayıblar.


İşgüzar şəraitdə keçən görüşdə Bakı Qızlar Universitetinin rektoru, professor Ağarəhim Rəhimov universitetin yaranmasını zəruri edən amillərdən və onun keçdiyi tarixi yoldan danışıb. Bakı Qızlar Universitetinin artıq Azərbaycan cəmiyyətində və elm-təhsil sferasında özünə layiqli yer tutduğunu bildirən rektor rəhbərlik etdiyi təhsil ocağının artıq özünün 25 ilik yubileyini qeyd etməyə hazırlaşdığını xatırladıb. Bu illər ərzində milli təhsilin ən qabaqcıl örnəklərindən faydalandıqlarını qeyd edərək qabaqcıl xarici təcrübəyə də hər zaman ciddi diqqət verdiklərini vurğulayıb. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bu yönümlü universitetlərin təcrübələrini mütəmadi olaraq öyrənərək onların müsbət tərəflərindən yararlandıqlarını bildirib. Bu günkü görüşün də yalnız iki universitet arasında deyil, ölkələrimizin və xalqlarımızın bir-birini daha yaxşı tanıması üçün faydalı olacağını diqqətə çatdırıb.
Koreya universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb

İxtisasca türkoloq olan koreyalı qonaq doktor Eunkying Oh bu sahədə ölkəsində tanınmış mütəxəssisdir. Uzun illər Türkiyədə yaşayıb tədqiqatlar aparan alim türk dilini və mədəniyyətini çox sevir. Əksər türkdilli ölkələrdə elmi ezamiyyətdə olub ciddi araşdırmalara aparan xanım Eunkying Oh vətəninə qayıtdıqdan sonra çalışdığı universitetin nəzdində türk dünyasını daha yaxşı öyrənmək üçün elmi mərkəz də yaradıb. Sabahın hazırlıqlı türkoloqlarını yetişdirmək üçün mərkəzdə ciddi tədqiqatlar aparılır.
Görüşdə bir daha vurğulanıb ki, hər iki universitet əməkdaşlığa yüksək önəm verir və gələcəkdə bu əməkdaşlığın daha da dərinləşməsi istiqamətində əllərindən gələni əsirgəməyəcəklər.
Butov.az


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!