Paşinyan: “Açığı, mənim bu suala cavabım yoxdur” .....                        Prezidentin Rusiyaya səfəri başa çatdı .....                        Sülhməramlılar Ermənistanın bu bölgələrinə yollanır .....                        Paşinyan Bakı və İrəvan arasında imzalanan sazişdən danışdı .....                        Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə getdi .....                        BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir .....                        Prezidentlər BAM-ın veteranları və işçiləriylə görüşdülər - ViDEO .....                        Peskov süıhməramlılarla bağlı önəmli açıqlama verdi .....                        Gürcüstan Bakı və İrəvanın razılaşmasını alqışlayır .....                       
Tarix : 19-06-2017, 10:44
MEK GEORQ HAZAİ KOLLEKSİYASININ RƏQƏMSALLAŞDIRILMASI MÖVZUSUNDA TƏQDİMAT KEÇİRDİ - FOTOLAR

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) macar türkoloq alimi Georq Hazainin kolleksiyasının rəqəmsallaşdırılması mövzusunda təqdimat keçirdi.
Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova fondlarda saxlanılan incilərin, şəxsi kitab kolleksiyalarının, yeni sənədlərin təqdimatlarının həftədə iki dəfə keçirildiyini, amma rəqəmsallaşdırılmış materialların təqdimatının MEK təcrübəsində ilk olduğunu bildirdi. Direktor bu günlərdə Macarıstanın paytaxtı Budapeştdə Hazainin ev muzeyinin kitabxanasının açılışında iştirak etdiyini qeyd edib. O, dahi macar yazıçısı İmre Madaçın “İnsan faciəsi” əsərinin (azərbaycan dilində) və “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” adlı elmi konfransın materiallarının da daxil olduğu rəqəmsallaşdırılmış kolleksiyanın 3 cilddən ibarət nüsxəsini kitabxanaya təqdim etdiyini vurğuladı. L.İmanova açılışda Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, macar türkoloqu Maria Kenneşinin də iştirak etdiyini açıqladı. MEK rəhbəri kitabxana əməkdaşlarının ev muzeyi kitabxanasından ödənişsiz istifadə edə biləcəklərini qeyd etdi. MEK-in Rəqəmsallaşdırma şöbəsinin fəaliyyətindən danışan L.İmanova əməkdaşların komanda ruhunu, fədakar əməyini xüsusi qiymətləndirib. O, qeyd edib ki, əməkdaşlar məhdud imkanlarla rəqəmsallaşdırmanı müxtəlif praktiki əhəmiyyətli çeşidlərdə apararaq beynəlxalq səviyyəyə çıxa biləcək işlər ortaya qoyublar. MEK-in Rəqəmsallaşdırma şöbəsinin istənilən sənədin rəqəmsallaşdırılmasını paket şəklində PDF və Word formatlarda rəqəmsallaşdırılması, bulud serverdə yerləşdirilməsi, müvafiq linkin təqdim olunması, əsərin video formatda vərəqlənməsi, Power Point formatında təqdimatının hazırlanması, tam həcmdə avtomat və manual rejimdə təqdimatı və s. formatlarda təqdim etdiyi vurğulandı.
MEK-in Rəqəmsallaşdırma şöbəsinin müdiri Elmar Quliyev Georq Hazainin kolleksiyasının nümunəsində sənədin rəqəmsallaşdırılma prosesini əhatəli şəkildə izah etdi. O, qeyd etdi, ilk öncə kitablar seçilərək qruplaşdırılır, yüksək keyfiyyətli avadanlıqla skan olunur, kompyuterlərə köçürülür, rəqəmsallaşdırılır, kitablar əl izi və sairədən təmizlənir, üz qabığı üzərində iş aparılır. Sonda tam hazır materiallar elektron kataloqa daxil edilir. Təqdimatçı rəqəmsallaşdırılmış sənədlərin ümümi statistikasını açıqladı. Belə ki, Nadir fonddan 1000 kitab, Milli Rəqəmsal Yaddaş bazasından - 250 kitab və jurnal, Həsən Əliyev, Vilayət Quliyev, Georq Hazainin şəxsi kolleksiyaları, kitabxananın 18 ən qədim kitabı, 2500-ə yaxın avtorefarat və dissertasiyalar olmaqla, ümumilikdə 5000 sənəd rəqəmsallaşdırılıb. Bunlardan 450 kitab və sənəd FTP serverə köçürülüb.
MEK GEORQ HAZAİ KOLLEKSİYASININ RƏQƏMSALLAŞDIRILMASI MÖVZUSUNDA TƏQDİMAT KEÇİRDİ - FOTOLAR
MEK GEORQ HAZAİ KOLLEKSİYASININ RƏQƏMSALLAŞDIRILMASI MÖVZUSUNDA TƏQDİMAT KEÇİRDİ - FOTOLAR
MEK GEORQ HAZAİ KOLLEKSİYASININ RƏQƏMSALLAŞDIRILMASI MÖVZUSUNDA TƏQDİMAT KEÇİRDİ - FOTOLAR
MEK GEORQ HAZAİ KOLLEKSİYASININ RƏQƏMSALLAŞDIRILMASI MÖVZUSUNDA TƏQDİMAT KEÇİRDİ - FOTOLAR
MEK GEORQ HAZAİ KOLLEKSİYASININ RƏQƏMSALLAŞDIRILMASI MÖVZUSUNDA TƏQDİMAT KEÇİRDİ - FOTOLAR
MEK GEORQ HAZAİ KOLLEKSİYASININ RƏQƏMSALLAŞDIRILMASI MÖVZUSUNDA TƏQDİMAT KEÇİRDİ - FOTOLAR
MEK GEORQ HAZAİ KOLLEKSİYASININ RƏQƏMSALLAŞDIRILMASI MÖVZUSUNDA TƏQDİMAT KEÇİRDİ - FOTOLAR


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!