İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 17-07-2017, 18:35
AMEA Mərkəzi Elmi Kitabxanasında təlim keçirilib


Butov.az xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasında Vahid  Qeydiyyat Sisteminin (VQS) təşkili və Milli Rəqəmsal Yaddaş (MRY) layihəsinin tətbiqi ilə bağlı təlim keçirilib.


Təlim MEK-in Elektron kataloqun koordinasiya bölməsinin rəhbəri Günel Əhədova tərəfindən aparılıb. Təlimin məqsədi avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin komplektləşdirmə və kataloqlaşdırma modullarında edilən yeniliklərlə bağlı əməkdaşları təlimatlandırmaq olub.

Əsasən Kitabxana-xidmət şöbəsinin və Proqramçılar bölməsinin əməkdaşlarının iştirak etdiyi təlimdə kataloqlaşdırma modullarında edilən yeniliklərdən, MRY-da iş sisteminin xüsusiyyətlərindən bəhs edilib. MRY-a daxil edilən kitabların siyahısını açıqlayan G.Əhədova elektron kataloqlaşdırma prosesindəki ardıcıllığı izah edib, dəqiqliyin vacib şərt olduğunu vurğulayıb. Sonra seçilmiş sənədlərin MRY-a daxil edilməsi ilə bağlı məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallara aydınlıq gətirilib. Xatırladaq ki, Mərkəzi Elmi Kitabxana tərəfindən həyata keçirilən MRY-ın məqsədi Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa daxil etmək, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçısının istifadəsinə verməkdir.

Mərkəzi Elmi Kitabxanada 2016-cı ilin sonlarından həyata keçirilməyə başlamış Milli Rəqəmsal Yaddaş layihəsində əsasən, Azərbaycanın qədim mədəniyyətini, tarixini, etnoqrafiyasını, arxeologiyasını, dövlətçiliyinin qanunvericiliyini, demoqrafik və statistik durumunu əks etdirən sənədlər yerləşdirilir. Vahid Qeydiyyat Sistemi (VQS) isə 2016-cı ilin mart-aprel aylarından, MEK-in əməkdaşları tərəfindən hazırlanaraq istifadəyə verilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!