İsrail Livanı bombaladı .....                        Bakıda qəzalı vəziyyətdə olan məktəblə bağlı AÇIQLAMA .....                        Qarabağda İLK - xüsusi dronlar minalanmış ərazilərin radiasiya təhlükəsizliyini yoxlayır .....                        Zəngilan şəhərində görülən bərpa-quruculuq işləri açıqlandı .....                        Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - FOTO .....                        Metronun bu stansiyalarında interval 5 dəqiqə azaldıldı .....                        Zığ dairəsi-Hava Limanı yoluna birləşdirən yanaşma yolları tikilir - VİDEO .....                        Sabirabadda erkən nikahla bağlı araşdırma başladı .....                        Spiker Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxış etdi .....                       
Tarix : 2-06-2017, 18:09
MƏRKƏZİ ELMİ KİTABXANADA “EBSCO” MƏLUMAT BAZASININ NÖVBƏTİ SEMİNARI KEÇİRİLİB - FOTOLAR

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK),AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu və EBSCO nəşriyyatının təşkilatçılığı ilə "EBSCO məlumat xidmətlərinin tammətnli məlumat bazasında yerləşən elektron jurnallar və elektron kitablardan istifadə qaydaları” mövzusunda növbəti seminarkeçirilib.
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (AKİK) respublika üzrə koordinatoru Cəmilə Yusifova konsorsiumun fəaliyyətindən və "EBSCO” ilə əməkdaşlığından danışıb. Bildirib ki, AKİK-nin məqsədi üzvlər arasında informasiya mənbələrini bərabər paylamaq, əldə olunan elektron ehtiyatların miqdar və keyfiyyətini artırmaq, eləcə də üzvlərin sayını daim çoxaltmaqdır. C.Yusifova onu da qeyd edib ki, bazanın məlumat mənbələrindən yararlanmaq və sərfəli abunə haqqı ilə əlaqədar məsələləri həll etmək üçün AMEA-nın elmi müəssisə və təşkilatları vahid sistemdə birləşməlidirlər. Konsorsiumunun ölkə üzrə milli əlaqələndiricisi bundan sonra da konsorsium tərəfindən akademiyanın institut və təşkilatlarından olan istifadəçilərə "EBSCO”nun elektron nəşrlərindən sərbəst istifadə edə bilmək və onları dünyada qlobal miqyas almış informasiya bazaları ilə tanış etmək üçün treninqlər təşkil olunacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra EBSCO-nun Azərbaycan Respublikası üzrə təmsilçisi İrina Kreyçarova slaydlı təqdimatla çıxış edib. ABŞ-ın nüfuzlu şirkətlərindən olan "EBSCO”nun qısa tarixindən danışan İ. Kreyçarova xatırladıb ki, şirkət aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. EBSCO təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərində nəşr olunan sənədlərin elektron variantlarını ingilis, fransız, ispan, alman, italyan və s. dillərdə oxuculara təqdim edir. Ümumilikdə EBSCO məlumat bazası 20-yə yaxın mövzunu özündə birləşdirir. Təqdimatçı "EBSCO Discovery Service”in texnoloji xüsusiyyətlərini, bazanın axtarış sisteminin iş prinsiplərini nümayiş etdirib. Region ölkələrdən alim və tədqiqtaçıların "EBSCO” ilə əməkdaşlığından da danışan İ.Kreyçarova bildirib ki, Azərbaycanla region ölkələri arasında müqayisədə Qazaxıstan və Gürcüstandan olan istifadəçilər üstünlüyü ilə fərqlənir. Təmsilçi şəxsi qovluğun yaradılması, elektron kitabların axtarışı və yüklənməsi prosedurlarını da ətraflı izah edib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
MƏRKƏZİ ELMİ KİTABXANADA “EBSCO” MƏLUMAT BAZASININ NÖVBƏTİ SEMİNARI KEÇİRİLİB - FOTOLAR
MƏRKƏZİ ELMİ KİTABXANADA “EBSCO” MƏLUMAT BAZASININ NÖVBƏTİ SEMİNARI KEÇİRİLİB - FOTOLAR
MƏRKƏZİ ELMİ KİTABXANADA “EBSCO” MƏLUMAT BAZASININ NÖVBƏTİ SEMİNARI KEÇİRİLİB - FOTOLAR
MƏRKƏZİ ELMİ KİTABXANADA “EBSCO” MƏLUMAT BAZASININ NÖVBƏTİ SEMİNARI KEÇİRİLİB - FOTOLAR
MƏRKƏZİ ELMİ KİTABXANADA “EBSCO” MƏLUMAT BAZASININ NÖVBƏTİ SEMİNARI KEÇİRİLİB - FOTOLAR


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!