Rubinyandan sərt cavab: Solovyov itdir! .....                        İranda saxlanılan etirazçı edam ediləcək .....                        Deputat öz yerinə onu təyin etdi .....                        İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                       
Tarix : 27-09-2013, 13:54
2015-ci ildən ali məktəblərə qəbul qaydaları dəyişdiriləcək


“2015-ci ildən etibarən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları dəyişəcək. Yeniliklər müzakirə olunduqdan və Ədliyyə Nazirliyində qeydiyyata götürüləndən sonra elan olunacaq”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, 2015-ci ildən etibarən Azərbaycanın orta məktəblərində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən buraxılış imtahanlarında fənlərin sayı artırılacaq. Onun sözlərinə görə, müəyyən fənlər əvvəldən elan ediləcək və şagirdlərin onlardan 2-3-nü seçmək imkanı olacaq: “Bununla da şagirdlər 4-5 fəndən imtahan verəcəklər. Bunlardan 2-si əvvəldən TQDK-nın müəyyənləşdirdiyi Ana dili və Riyaziyyat olacaq, digər 2 və ya 3 fənni isə şagirdlər özləri seçəcək. Seçiləcək fənlərə Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, biologiya, kimya, fizika, xarici dil daxil ediləcək. Artıq hüquqi müstəvidə fənlərin artırılması həll olunub”.

TQDK sədri qeyd edib ki, gələn ildən Azərbaycanda orta məktəblərdə keçirilən buraxılış imtahanlarının vaxtında dəyişiklik ediləcək. Onun sözlərinə görə, əvvəlki illərin məzunları gələn il buraxılış imtahanlarını yayda yox, aprel ayının axırında verəcəklər: “Onlar tədris materiallarını mənimsədikləri üçün imtahanlara aprel və ya iyun ayında gəlməsinin fərqi yoxdur. 2014-cü ildə buraxılış imatahanlarına o uşaqlar gələcək ki, onlar 9-cu sinifdən imtahanda iştirak ediblər. Buna əsasən də biz müəyyən edəcəyik ki, onlar son 2 ildə hansı nəticələr əldə ediblər”.

M.Abbaszadə qeyd edib ki, 2014-cü ildən etibarən ediləcək daha bir yeniliyə əsasən, əvvəlki illərin məzunları buraxılış imtahanlarında göstərdikləri nəticələrdən sonra 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul ola biləcəklər. 11 illik bazadan orta ixtisas təhsili bazalarına qəbul olmaq istəyənlər isə əvvəlki illərdə olduğu kimi imtahan verəcəklər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!