İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 29-01-2016, 13:10
Nail Naiboğlu: “Elza Seyidcahan səhnəmizin dəli sənətkarıdır”


Əməkdar artist Elza Seyidcahanın yaradıcılığı haqqında çox danışılıb, yazılsa da, yenə də diqqət mərkəzindədir. Bu dəfə isə Elza Seyidcahan haqqında maraqlı məlumatlar açıqlanıb.


Redaksiyamıza daxil olan məlumata görə, rejissor Nail Naiboğlunun “ChatBox” kanalında yayımlanan “Stop” layihəsinin qonağı olan Hacı Quliyev, Elza Seyidcahanla dostluq münasibətlərindən tutmuş, bir çox məqamlara aydınlıq gətirib.
O, E.Seyidcahanla birmənalı qarşılanmayan münasibətləri barəsində bunları deyib:
“Bir daha üzümü kameralarınıza tutaraq, açıq-aşkar, səmimi etiraf edirəm ki, Hacı Quliyev və Elza Seyidcahan çox səmimi dostdurlar.”
Bundan başqa, N.Naiboğlunun “Deyirlər ki, Elza Seyidcahan səhnəmizin dəli sənətkarıdır...” fikrinə, H.Quliyev belə cavab verib:
“Hər zaman sənətə yenilik getirmək istəyən sənət adamlarımız qınaq obyektinə çevriliblər. Cazmen Vaqif Mustafazadəni zamanında xalq necə qəbul edirdi və yaxud Habilin kamada fərqli tərzdə ifasini...? Bəs xalq artisti, ustad xanəndə Alim Qasımov muğma gətirdiyi yeniliklərin ziyalılar tənqid atəşinə tutmurdular? Amma bu gün Vaqif Mustafazadə, Alim Qasımov nəinki Azərbaycanda, dünyada öz sözünü deyib. Amerikada olanda, musiqi disklərləri satılırdı. Sözsüzki ilk olaraq bizim sənətçilərin diskləri ilə maraqlandım. Dünya ulduzları arasında Alim Qasımovun da disklərini görəndə, təbii ki, sevincimin həddi-hüdudu yox idi.
Bu gün Elza Seyidcahan da qəbul olunmaya bilər. Lakin, Elza xanımın çox məntiqli düşüncələri var. Hətta deyərdim bir çoxlarından fərqli olaraq, o, gələcəyini də sığortalayıb. Bildiyimiz kimi, elə bəstəkarlarımız var ki, mahnı bəstələyirlər, amma heç bir nota köçürmürlər. Həmin əsərlərdə zaman keçdikcə unudulub, gedirlər. Elza Seyidcahan isə zamanında çox böyük əsərlər yazıb, notlaşdırıb, arxivləşdirib və özündə saxlayıb. Elə əsərləri var ki, bu gün ortaya çıxmayıb. Zamanı gələndə həmin əsərlər ortaya çıxacaq. Bax o zaman əminəm ki, zaman öz sözünü deyəcək...”


Paylaş



Bölmə: Şou Biznes / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!