Kadırovun oğlu qəzaya düşdü - Vəziyyəti ağırdır .....                        ABŞ niyə İranı vurmadı? - TRAMPDAN AÇIQLAMA .....                        "Neftçi"də bir transfer, iki ayrılıq .....                        40 min nəfər məni İrana çağırır - Pəhləvi .....                        Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edildi .....                        İran XİN başçısı Münhenə dəvət edilmədi .....                        26 siyasi partiya Nazirliyə hesabat verdi .....                        MİQ imtahanı niyə pullu oldu? - NAZİRLİKDƏN CAVAB .....                        Türkiyə-Ermənistan sərhədində işlər başa çatır - Açılış olacaq .....                       
Tarix : 25-11-2015, 08:32
Milli Məclisə keçirilmiş 1 noyabr seçkiləri zamanı hakim Yeni Azərbaycan Partiyasının (YAP) bəzi üzvləri özbaşına deputatlığa namizədliklərini irəli sürdü. Həmin ərəfədə hakim partiyadan bununla bağlı ölçü götürüləcəyi bildirilmişdi.

Lakin seçkilər bitsə də, məsələ ilə bağlı partiyanın mövqeyi ictimaiyyətə açıqlanmayıb.
YAP Elza Seyidcahanı cəzalandırdı




Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Modern.az-a açıqlamasında artıq özbaşına namizədliklərini irəli sürmüş şəxslər barədə ölçü götürüldüyünü deyib.

“Yeni Azərbaycan Partiyası tərəfindən dəfələrlə xəbərdarlıq edilib ki, partiyanın mövqeyi olmadan sərbəst şəkildə seçkilərə qatılıb deputatlığa namizəd kimi iştirak edən partiya üzvlərinə qarşı ölçülər götürüləcək. Bildiyiniz kimi, xəbərdarlıqdan sonra müstəqil şəkildə namizədliyini irəli sürmüş partiya üzvlərinin əksəriyyəti öz namizədliyini geri götürdü. Sadəcə, 10 nəfər partiyanın qərarının əksinə olaraq seçki marafonunda iştirakını davam etdirdi. Düzdür, özbaşına namizədliyini irəli sürənlərin birmənalı olaraq partiyadan kənarlaşdırılacağını deməmişdik. Bizim qərarımız bu idi ki, onların hər birinin məsələsi qeydiyyatda olduqları rayon təşkilatında müzakirə olunacaq, partiya nizamnaməsinə uyğun olaraq ölçülər götürüləcək”.

Hüseyn Paşayevin sözlərinə görə, həmin şəxslərə qarşı müxtəlif cəza növü tətbiq edilib.

“Bu, partiya sıralarından xaricolma da ola bilər, töhmət də. Digər cəza növü ilə də əvəzlənə bilər. Artıq bu addımlar atılıb. Rayon təşkilatlarında deputatlığa namizədliyini vermiş həmin şəxslərin məsələsinə baxılıb”.

Hakim partiyanın sözçüsü əməkdar artist Elza Seyidcahanın partiyadan kənarlaşdırılması məsələsinə də aydınlıq gətirib.

“Elza Seyidcahan YAP-ın Nərimanov rayonunda qeydiyyatdadır. Həmin rayon təşkilatında Elza xanımın iştirakı ilə fərdi qaydada söhbət aparılıb. Elza xanım haqqında da cəza növü tətbiq edilib. Bu, partiya sıralarından qovulma deyil. Digər cəza növü tətbiq olunub”.


Paylaş



Bölmə: Xəbər
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!