Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular .....                        Ərdoğan konsulluğa hücumdan danışdı .....                        Baş nazir hökumət üzvlərini topladı - Nefti müzakirə etdilər .....                        Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır .....                        Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı .....                        İran ABŞ ilə bütün danışıqları dayandırıb .....                        Hava küləkli olacaq - XƏBƏRDARLIQ .....                        Azərbaycanda bu qanun dəyişdi .....                        Rusiya İrana kəşfiyyat dəstəyi verib? – İDDİA .....                       
Tarix : 16-09-2015, 12:21
“ADAM BIR VƏZIFƏ DAŞIMALIDIR” - ABEL MƏHƏRRƏMOV


Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov noyabrın 1-nə təyin olunan parlament seçkilərində namizədliyini irəli sürməyəcəyi məsələsinə münasibət bildirib.

Butov.az xəbər verir ki, A.Məhərrəmov publika.az-a açıqlamasında deyib ki, rektor-deputatlar seçim etməlidirlər – ya ali məktəb rəhbəri, ya da millət vəkili:

“Bu, doğru qaydadır, özü də çox doğru qaydadır. Belə bir təcrübə dünyada da mövcuddur. Adam bir vəzifə daşımalıdır, biz də bu qayda ilə tamamilə razıyıq. Mən rektor olaraq öz vəzifəmi icra edəcəm, bu il keçiriləcək parlament seçkilərində YAP-ın deputatlığa namizədi olmayacam. Partiyadan mənə belə məsləhət olundu və mən də razılaşdım. İndi belə bir seçim qoyulub. Deputatlığa namizəd kimi gənclər irəli sürülüb. Hesab edirəm ki, YAP-ın yeni deputat üzvləri köhnələrdən heç də pis işləməyəcək. YAP-ın tanınmış gənclərinin namizədlikləri irəli sürülüb”.

YAP-ın İdarə heyətinin bu gün keçirilən iclasına da toxunan A.Məhərrəmov iclasın çox yüksək səviyyədə keçdiyini bildirib:

“Yeni Azərbaycan partiyası öz namizədlərini irəli sürdü. Biz namizədlərin əksəriyyətini yaxşı tanıyırıq. Onların əksəriyyəti hazırkı deputatlardır. Namizədlərin təqribən 20 faizi yenilənib. Bu isə gəncləşməyə doğru atılan addımdır”.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!