Nərimanovda bina yanır .....                        CHP-də qurultay - Kılıçdaroğlu qatılmadı .....                        ABŞ Donbası Rusiyaya verir? .....                        Dünyanın ən hündür 10 teleqülləsi .....                        Binəqədidəki yanğın söndürüldü .....                        Abşeronda evlərdən və marketlərdən oğurluq edildi .....                        Tacikistan-Əfqanıstan sərhədində hücum: 3 çinli öldürüldü .....                        Ehtiyatda olan hərbçilər təlimə çağrıldı - VİDEO .....                        Bakı məktəblərində istiliklə bağlı SON VƏZİYYƏT .....                       
Tarix : 18-09-2013, 09:45
Almaniya parlament seçkilərinə hazırlaşır


Almaniyada həftə sonu parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə türk seçiciləri maraqlandıran ən əhəmiyyətli mövzulardan biri də ikili vətəndaşlıqdır. Buna isə siyasi partiyalardan yalnız hökumətdəki Xristian Birlik Partiyası qarşı çıxır.

ANS PRESS-in "Trthaber.com"-a istinadən verdiyi xəbərə görə, partiyanın aparıcı simalarından sayılan Armin Lasçet, partiyasının mövqeyinin zamanla dəyişəcəyini deyir. Onun sözlərinə görə, ölkədə yaşayan əcnəbilərin 50 %-i ikili vətəndaşlıq hüququna malikdir.

Yeni seçiləcək hökumətdən bu məsələdə islahatlar gözlədiyini deyən Lasçet bildirib ki, XDP-nın bəzi üzvləri də ikili vətəndaşlığa dəstək verir. Almaniyada türk seçicilərinin daha çox İctimai Demokratlar və Yaşıllar partiyalarını dəstəklədiyini deyən Lasçetin sözlərinə görə, bununla belə türklərlə əlaqədar araşıdrmalarda partiyası türk seçicilərin seçimində ikinci yerdə dayanır.

XDP-nin ailə siyasətinin türk ailələrin həyatına çox uyğun gəldiyini söyləyən Lasçet qeyd edib ki, onların yalnız 20 faizi bu partiyanı seçir: "Bu çox aşağı rəqəmdir. Türk mənşəli seçicilərin dəstəyini böyük nisbətdə qazanmadan seçkidə qalib gələ bilmərik. Buna görə də türk mənşəli miqrantlar seçkilərdə təyinedici ünsürə çevrilirlər".

O, partiyasının türk və miqrant mənşəli namizədlərin azlığı səbəbində çox tənqid olunduğunu bildirib. Onun dediyinə görə, bu vəziyyət partiya üzvləri arasında türk mənşəli şəxslərin azlığı ilə bağlıdır.

Qeyd edək ki, XDP, bu seçkidə ilk dəfə Şimali Reynin Vestfaliya əyalətindən türk mənşəli Cemilə Yusufini namizəd kimi göstərib. Əgər Yusufi seçilərsə, bu partiyadan Almaniya parlamentinə gedən ilk türk mənşəli millət vəkili olacaq.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!