Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                        Bu müəllimlərin maaşları artırıldı .....                        Rəşad Nəbiyev pakistanlı nazirlə görüş keçirdi .....                        “Solo gənclik” layihəsinə start verilir .....                        İlham Əliyevdən Ağdam paylaşımı .....                        Fatma Mahmudova beyin infarktı keçirib .....                        Ukrayna Rusiyanı bu silahla ilk dəfə vurdu .....                       
Tarix : 10-09-2015, 14:25
Siyavuş Novruzov: "Konkret ad çəksinlər, ümumi danışmasınlar"


Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov YAP Səbail rayon təşkilatı Şurasının üzvü üzvü Əli Əlirzayevin və digər partiya funksioneri Eldar Sabiroğlunun ittihamlarına cavab verib. S. Novruzov APA-ya açıqlamasında Ə. Əlirzayevin deputat seçkiləri ilə bağlı növbəti ittihamlarına bir daha cavab verərək deyib ki, o, iki dəfə YAP-ın siyahısından Milli Məclisə deputat seçilib, partiyanın dəstəyi ilə parlamentdə İqtisadi siyasət komitəsinin sədr müavini olub və ona partiyanın qurucusu kimi hörmət olunur. S. Novruzov deyib ki, Ə. Əlirzayevin 2005-ci ildə YAP-ın onu yox, Gülər Əhmədovanı dəstəkləməsi fikrini də qəbul etməyib: “Partiya o vaxt Gülər Əhmədovanı rəsmən dəstəkləməyib. Gülər Əhmədova ilə yanaşı, Xətaidəki dairələrdən bir neçə şəxs o cümlədən Əli Əlirzayev də namizədliyini vermişdi, amma seçicilər ona səs vermədilər. Baxmayaraq ki, həmin vaxt partiya Əli Əlirzayevin namizədliyini rəsmi qaydada irəli sürmüşdü və bütün dəstəyi ona vermişdi. İqbal Ağazadə onun namizəd olduğu dairədən rəqibi idi. Biz 125 dairədən namizəd irəli sürürük, amma bu o demək deyil ki, bu dairələrin hamısından YAP-ın üzvləri seçilir. Əli Əlirzayevə də YAP hər cür dəstəyi verdi, amma seçicilər onu seçmədi. Partiya ona ancaq dəstək verir, təbliğatını, təşviqatını aparır. Daha gedib seçicinin əvəzindən onun xeyrinə bülleten atası deyil ki? Bir daha təkrar edirəm. Kiminsə alimlik, professorluq titulu ola bilər, amma bu titulu əlində bayraq edib arxayın olmamalıdır ki, seçicilər mütləq onu dəstəkləyəcəklər. Bu, çox səhv düşüncədir. Onda belə çıxır ki, ABŞ-da bütün Nobel laureatları olan alimlər Konqresin üzvü olmalıdır...”.

İcra katibinin müavini E. Sabiroğlunun ittihamlarına cavab olaraq isə deyib ki, hər kəsin fikir və söz azadlığı var, öz sözünü deyə bilər: “Amma əgər onların YAP-da kiminləsə bağlı konkret fikirləri, sözləri varsa, ad çəksinlər, ümumi danışmasınlar. Konkretləşdirsinlər, ittiham etdikləri şəxs də onların iradlarına, suallarına özü cavab versin. Kim kimə maneçilik törədib, kim kimə imkan verməyib, bütün bunları konkretləşdirib demək lazımdır, ümumi danışmaq yox”. S. Novruzov onu da əlavə edib ki, YAP hər bir üzvünün fikrinə hörmətlə yanaşır: “Amma hər bir partiya üzvü də nizamnamə tələblərinə riayət etməlidir. Kimin kimdən xoşu gəlmirsə, bunun partiya siyasətinə aidiyyəti yoxdur. Münasibətlərini başqa yerdə ayırd etsinlər”.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!