EUMA-ya yeni rəhbər TƏYİN EDİLDİ .....                        ABŞ-İran müharibəsinə hazırlıq gedir? .....                        TBMM sədri: Tarixi məsuliyyət yerinə yetiriləcək .....                        Qalatasaray Yuventusu darmadağın etdi .....                        Çox ölkədə Ramazan sabah başlayır .....                        Bakıda torpaq sürüşməsi baş verib - VİDEO .....                        Cenevrədə danışıqların birinci günü başa çatıb .....                        İranla ABŞ barışır .....                        Ukraynanın keçmiş ədliyyə naziri həbs olunub .....                       
Tarix : 3-11-2015, 11:11
Butov.az Axşam.az-a istinadən xəbər verir ki, Norveç Krallığının paytaxtı Oslo şəhərində dünyanın 15 ən yaxşı beynəlxalq musiqi festivalından biri sayılan “Oslo Dünya Musiqi Festivalı” keçirilib. Dünyanın müxtəlif ölkələrindən gəlmiş 300-dən çox musiqiçinin iştirakı ilə altı gün davam edən festivalda Azərbaycan musiqisi də təmsil olunub. Azərbaycan musiqiçiləri bu il ilk dəfə “Oslo Dünya Musiqi Festivalı”na dəvət alıb. Festival çərçivəsində UNESKO tərəfindən dünyanın qeyri-maddi irsi sayılan muğamın ən yaxşı ifaçılarından biri, Azərbaycanın xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın konserti keçirilib.

Konsert Oslonun ən görkəmli məkanlarından biri olan Yakob kilsəsində baş tutub. Konsertin təşkili Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO), Oslo Azərbaycan Evi və “Oslo Dünya Musiqi Festivalı” təşkilat komitəsinin yaxından əməkdaşlığı sayəsində baş tutub.

Oslo Azərbaycan Evinin rəhbəri Ramil Əliyevin verdiyi məlumata görə, anşlaqla keçən konsertdə Norveç Krallığının Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri Baard Ivar Svendsen, yerli musiqiçilər, incəsənət və mədəniyyət xadimləri, Oslodakı Azərbaycan diasporunun nümayəndələri və burada təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

R.Əliyev Azərbaycanın gələcəkdə də “Oslo Dünya Musiqi Festivalı”nda iştirakını təmin etmək, Azərbaycan musiqisinin beynəlxalq festivallarda təqdim etmək üçün rəhbərlik etdiyi təşkilat tərəfindən dəstək göstəriləcəyini bildirib.

Alim Qasımov kilsədə konsert verib - fotolar
Alim Qasımov kilsədə konsert verib - fotolar
Alim Qasımov kilsədə konsert verib - fotolar
Alim Qasımov kilsədə konsert verib - fotolar
Alim Qasımov kilsədə konsert verib - fotolar
Alim Qasımov kilsədə konsert verib - fotolar




Paylaş



Bölmə: Şou Biznes / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!