İranda SEPAH generalının oğlu öldürülüb .....                        Bu rayonlara qar yağır .....                        Türkiyədə məşhur aktyor saxlanılıb .....                        İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        Fazil Mustafa teleaparıcının müdafiəsinə qalxdı .....                        Tehranda 200-dən çox etirazçı öldürülüb - “Time” jurnalı .....                        Paşinyan II Qareginin fərmanını rədd etdi .....                        Elçibəyin qardaşı oğlu: "Ərturquta dedim ki, o kimdi axı, məhkəməyə verirsən?!" .....                        ABŞ İranın cəsur xalqını dəstəkləyir! - Marko Rubio .....                       
Tarix : 21-09-2015, 13:26
Yüksək vəzifə tutan idmançılar - SİYAHI


I Avropa Oyunları idman ölkəsi olaraq, ölkəmizin beynəlxalq miqyasda nüfuzunu daha da artırdı. Çox sevindirici haldır ki, azərbaycanlı idmançılar idmanın müxtəlif növlərində böyük nailiyyətlər qazanır, Azərbaycanımızı beynəlxalq idman yarışlarında layiqincə təmsil edirlər. Nəzərə alanda ki, idman gənclərin sahəsidir, müəyyən yaşdan sonra artıq idmançılar öz sevimli peşələri ilə vidalaşmalı olurlar.

Butov.az Trend-in məlumatına əsasən bildirir ki, ölkəmizi müxtəlif beynəlxalq yarışlarda uğurla təmsil etmiş, Azərbaycanın bayrağını zirvələrə qaldırmış, hazırda isə müxtəlid dövlət qurumlarında yüksək vəzifə tutan idmançılarımızın siyahısını təqdim edir.

İdmanın karate növü üzrə dünya və qitə çempionu olmuş Ülvi Quliyev hazırda Milli Məclisin deputatıdır. Yasamal seçicilərini parlamentdə təmsil edən deputat paralel olaraq Azərbaycan Azərbaycan Karate do Federasiyaları Assosiasiyasının prezidentidir.

Dəfələrlə dünya çempionu olan və əfsanəvi güləşçilərdən sayılan Xəzər İsayev hazırda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentidir.

Ölkəmizin ən çox medal qazanan idmançıları siyahısında yer alan Eduard Məmmədov daxili işlər orqanlarında çalışır. Polkovnik-leytenant rütbəli idmançı bu gün də kikboksinq üzrə keçirilən beynəlxalq idman yarışlarında iştirak edir.

Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Namiq Abdullayev də polis orqanlarında çalışır. Polkovnik-leytenant rütbəsi daşıyan idmançı "Şöhrət" ordeni ilə təltif olunub.

Azərbaycanın və MDB-nin ən güclü qadın şahmatçısı sayılan Aynur Sofiyeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinidir. Bir müddət Milli Məclisin deputatı və Azərbaycan Şahmat Federasiyasının prezidenti olub.

Doqquzqat dünya çempionu, qadınlar arasında cüdo yarışı üzrə ölkəmizin şərəfini ləyaqətlə qorumuş Zülfiyyə Hüseynova hazırda Dövlət Gömrük Komitəsində məsul vəzifə tutur. O, komitənin Bakı şəhər idarəsində inspektor vəzifəsində çalışır.

Sambo üzrə dəfələrlə dünya çempionatının qalibi olmuş Ceyhun Məmmədov daxili işlər orqanlarında çalışır. Pokovnik-leytenant rütbəli idmançı "Tərəqqi" medalı ilə təltif olunub.

Pekin Olimpiadasının qaibi olmuş Elnur Məmmədli Dövlət Yol Polisi İdarəsində çalışır. Kapitan rütbəli idmançı bu günlərdə mətbuata açıqlama verərək, bizneslə də məşğul olduğunu, "Nömrə 1" adlı supermarketlər şəbəkəsi işlətdiyini deyib.

Doqquzqat dünya çempionu Araz Musayev Fövqəladə Hallar Nazirliyində çalışır. Mayor rütbəli idmançı kikboksinq üzrə ölkəmizin şərəfini qoruyub.

İkiqat dünya çempionu Güloğlan Cabbarov Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidentidir. Bundan öncə "Neftçi" futbol klubunun komanda rəhbəri olub.


Butov.az


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!