Rubinyandan sərt cavab: Solovyov itdir! .....                        İranda saxlanılan etirazçı edam ediləcək .....                        Deputat öz yerinə onu təyin etdi .....                        Ermənistan Solovyova görə Rusiyaya nota verdi .....                        İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                       
Tarix : 28-10-2016, 18:44
Fövqəladə Hallar Nazirliyinin qurumları arasında voleybol çempionatı keçirilib


Oktyabrın 24-dən 28-dək Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun və FHN işçiləri həmkarlar ittifaqının birgə təşkilatçılığı ilə voleybol çempionatı keçirilib.

Butov.az xəbər verir ki, idman-sağlamlıq klubundan AZƏRTAC-a bildiriblər ki, FHN-in qurumları arasında keçirilən çempionatın ilk üç günü nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında, yarımfinal və final mərhələsi isə Azərbaycan Voleybol Federasiyasının bazasında təşkil edilib. Ümumilikdə 170-dək idmançının təmsil olunduğu yarışda 14 komanda qüvvəsini sınayıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın final qarşılaşması FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Dövlət Yanğından Mühafizə Xidmətinin komandaları arasında olub. Agentliyin komandası qələbə qazanaraq yarışın qızıl medalına layiq görülüb. Üçüncü yerə isə Qarabağ Regional Mərkəzinin təmsilçilərini məğlub edən Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası layiq görülüb.

FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov və FHN İdman-sağlamlıq klubunun rəsmisi Bəxtiyar Mirzəliyev yarış iştirakçılarını təbrik edərək onlara uğurlar arzulayıb.

Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim edilib.

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında voleybol çempionatı keçirilib
Fövqəladə Hallar Nazirliyinin qurumları arasında voleybol çempionatı keçirilib


Yarışın baş hakimi Səbuhi Əliyev olub.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!