“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 2-06-2017, 17:45
"QOLAT CUP" da 1/8 final başa çatıb

“QOLAT CUP”da 1/8 finala yekun vurulub.

“QOLAT CUP” Mini Futbol Turnirdə 1/8 final mərhələsinə yekun vurulub. Günün ilk qarşılaşmasında “Favorit” və “Come Back” komandaları üz-üzə gəliblər. Oyunun əsas vaxtında qapılara altı qol vurulub ki, ümumi hesab 3-3 lük bərabərlikdə yekunlaşıb. Belə olduqda qalibə penalti zərbələrində aydınlıq gəlib. Günün ilk qarşılaşmasında “futbolun lotereyasından” “Come Back” üzü ağ çıxmağı bacararaq adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, “Come Back” D qrupunu birinci yerdə, rəqibi “Favorit” komandası isə C qrupunun üçüncüsü kimi ən yaxşı üçüncü yerdən biri olaraq növbəti -1/8 finala adlayıb.

“Gobustone” və “Hydrason” komandaları arasında görüş də bol qolluğu ilə seçilib. Qapılara ümumilikdə on bir topun vurulduğu görüşdə “Gobustone” futbolçuları rəqibləri “Hydrason” kollektivini 7-4 hesabı ilə məğlub etməyi bacarıblar.

Xatırladaq ki, "Gobustone” F qrupunu birinci yerdə başa vurubsa, rəqibləri isə B qrupunun ikincisi olmağı bacarıblar.

“Balkan”-“Pullman” görüşündə “balkanlılar” rəqiblərinə layiqli müqavimət göstərsə də, sonda meydanı başı aşağı tərk etməli olublar. Belə ki, “Pullman” gərgin keçən görüşdə rəqiblərinə cüzi üstünlüklə 3-2 hesabı ilə qalib gəliblər. Qeyd edək ki, “Balkan” A qrupunu birinci olaraq başa vurubsa, “Pullman” turnirin “ölüm qrupu olan” G qrupundan ikinciliklə çıxmağı bacarıb.

“Piramida" və “Soccer Team Jerseys” cütündə “Piramida”futbolçuları rəqiblərinə aman belə verməyiblər. Ümumilikdə görüşdə qapılara vurulan səkkiz qoldan ikisini öz aktivinə yazan “Soccer Team Jerseys” sonda meydanı 2-6 hesablı məğlubiyyətlə tərk edib. Qeyd edək ki, “Piramida” F qrupunun ikincisi, “Soccer Team Jerseys” isə C qrupunun birincisi kimi adlarını 1/8 finala yazdırıblar.

“Abşeron”-“Ajax Baku” görüşündə ikincilər sensasiya yaşanmasına imkan verməyiblər. Belə ki, “Abşeron” kollektivi rəqiblərinə müqavimət göstərsələr də sonda “Ayaks”ın 4-1 hesabı ilə qələbəsinə mane ola bilməyiblər. Xatırladaq ki, “Abşeron” A qrupunun ikincisi, “Ajax Baku” isə G qrupunun birincisi kimi 1/8 finalda iştirak hüququ qazanıblar.

Günün son görüşü “Roma”-“FutbolPlanet.az” qarşılaşmasında meydana əsl “qol yağışı” yağıb. Belə ki, “Roma” rəqibini sözün əsl mənasında “qol atəşinə” tutub. Asanlıqla rəqibinə qalib gələn “Roma” oyundan 7-1 hesabı ilə qalib ayrılıb. Qeyd edəki ki, “Roma” B qrupunu ikinci, “FutbolPlanet.az” isə E qrupunu ikinci kimi başa vurublar.

Hazırladı: Səbuhi Allahverdizadə


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!