Böyük marağa səbəb olan "QOLAT CUP"da qrup mərhələsindən sonrakı oyunları müəyyənləşdirmək üçün püşk atmalar oldu. Bir neçə komanda son turda özlərini növbəti mərhələyə yazdırmağı bacardılar. Beləki dörd ayrı səbətdə yer alan komandalar, püşk atmadan sonra aşağıdakı kimi qarşılaşdılar.
1. COME BACK - FAVORIT
2. SOCCER TJ - PIRAMIDA
3. ROMA - FUTBOLPLANET.AZ
4. BALKAN - PULLMAN HOTEL
5. KOLONYA - BOYUKSHOR
6. HYDRASAN - GOBUSTONE
7. ARMADA - ROMALILAR
8. AJAX BAKU - ABSHERON
Püşkatmalardan sonra komanda kapitanlarından alınan müsahibələri sizlərə olduğu kimi təqdim edirik.
Asim (“Armada”): Nə özümüzə, nə də rəqibə üstünlük verirəm
Püşkatmanın nəticəsini necə qiymətləndirirsiz ?-Püşkatma qənaətbəxşdir. Hər iki komandanın şansları var. Hər iki komandaya uğurlar arzulayıram.
İlk baxışda özünüz “Armada”nın üzvü deyil bir azarkeş kimi hansı komandaya üstünlük verərdiniz ?-İlk baxışdan hansısa komandaya üstünlük vermək olar. Ancaq oyunda hər şey olur. Elə hal yaşanıb ki, düşünmüşük ki üstünlük bizim tərəfimizdədir. Ancaq həmən oyunda sonda tərsinə olub. Ona görə mən hansısa komandaya üstünlük vermirəm.
Rəqibdən qorxmursuz ?-Rəqibdən qorxmaq deyəndə ki, qorxmuruq. Çıxıb oyunumuzu oynayacağıq. İki komandadan biri udub, digəri uduzacaq.
Oyunun vaxtından razısızmı ?-Razıyıq. Bizim üçün fərqi yoxdur. Rəqib vaxtı dəyişmək istəyirdi amma dəyişsələr də bizim üçün fəqi yoxdur. Bütün komandalara da uğurlar.
Bəhruz (“Roma”): Gücümüzü göstərmək istəyirik
Oyunun vaxtında problem yoxdur ?-Hər bir vaxtla razılaşırıq. Sadəcə “FutpolPlanet”də alınmır oynamaq. Ən yaxşı variant hansıdırsa onunla razılaşıram. İstəmərəm ki, texniki məğlubiyyət olsun. Biz də oynayıb gücümüzü göstərmək istəyirik.
“Roma” “FutbolPlanet”lə qarşılaşmada hansı nəticəyə ümid edir ?-Biz final üçün oynayırıq. Qrupda 3/3 etmişik. Çempionatın favorit komandalarından biriyik.
Püşkatmanın keçirilmə şəraitindən razısınızmı ?-Çox razıyam. Ürəkdə qaranlıq və şübhə doğuracaq heç nə yoxdur . Səmimi şəkildə oldu hər şey. Çempionatın təşkilatçıları da səmimi, mehriban insanlardır.
Mehman (“Abşeron”): Biz öz oyunumuzu oynayacağıq
Püşkatma ilə bağlı nə deyə bilərsiz ?-Çox gözəl. Ədalətli.
Rəqibiniz çətin deyil ?-Hər işdə bir çətinlik var. Biz öz oyunumuzu oynayacağıq.
Güclü rəqiblə qarşılaşmada “Abşeron” nəyə ümid edə bilər ?-Qələbə.
Oyunun vaxtı ilə bağlı problem yoxdur ?-Xeyr. Hər şey normaldır.
Turnirlə bağlı hansısa irad və ya təklifiniz varmı ?-Son oyunumuzda top məsələsi pis oldu. Udduğumuz oyunu heç-heçə etdik. Qələbəyə biz layiq idik. Biz o topa öyrəşməmişdik. Rəqibin xətrinə dəyməmək üçün biz həmişə istəyirik ki, hər şey normal olsun. Heç-heçə etsək də yenə qrupdan çıxdıq. Yenə deyirəm hər şey normaldır.
Rahim (“Romalılar”): Məncə onlar özlərinə çox da güvənməsinlər
Püşkatmanın nəticəsi haqqında nə deyə bilərsiz ?-Hər kəs fikirləşir ki, “Armada” qalib gələcək amma mən elə düşünmürəm. Bütün yarış və çempionatlarda gördüyümüz kimi nisbətən zəif görünən komanda qalib, favorit görünən komanda isə məğlub ola bilir. Əsas oyundan asılıdır hər şey. Mən düşünürəm ki, hər kəs öz gücünə uyğun mübarizə aparsa, biz onlara qalib gələ bilərik. Baxmayaraq ki, onlar çox iddialı danışırlar. Məncə onlar özlərinə çox da güvənməsinlər. Hər şey oyunda həll olur.
Səncə oyunda onlara çətin olacaq ?-Əlbəttə. Mən fikirləşirəm ki, onlar bizi məğlub etsələr belə, çox çətin məğlub edəcəklər. Onlara çox problem yaradacağıq.
Oyunun vaxtından razısız ?-Razılaşdıq. Amma bir az axşam çağı etmək istəyirdik. Dedilər ki, orucluğa görə səhər olsa lap əlverişli olar. Amma yenə də bu vaxt bizim üçün ideal vaxtdır.
Sona qalan 16 komandaların hər biri öz komanda oyunlarıyla seçilən komandalardır və bizə görə isə hazırda mütləq qalib komanda yoxdur, bərabər səviyyəli oyunçular var bütün komandalarda. Bu bazar günü ən güclü 8 komanda müəyyən olacaqdır, çempionatımızda həyacan hər həftə daha da artmaqdadır. Bizə dəstək olan bütün izləyicilərimizə və oxucularımıza dərin təşəkkürlərimizi bildiririk.
Sonda isə QOLAT SPORT SERVİCE adından bütün komandalara uğurlar arzu edirik , hər zamankı kimi : "Güclü olan qazansın!" .
Hazırladı: Səbuhi Allahverdizadə