Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 24-05-2017, 17:53
''QOLAT CUP"da SON oyunlar...

QOLAT CUP da qrup mərhələsinin son turunda çox maraqlı oyunlar oldu, həll edici mərhələdə bəzi komandalar gözlənilməz məğlubiyyətlə qarşılaşdılar. Turnirdə favorit hesab edilən bəzi komandalar son göstərdikləri oyunla azərkeşlərini məyus etdilər, bunun əksinə isə bir neçə komanda əzmkarlıq göstərərək qrupdan çıxmağı bacardılar. Böyük həyacanla davam edən turnirdə, son 16 komanda bəlli oldu. Eləcədə oyunlardan sonra alınan müsahibələri olduğu kimi təqdim edirik.

Amil (“Hydrosun”) : Gələn oyun gücümüzü göstərərik

Niyə böyük hesablı məğlubiyyət ?

-Bizdə müdafiə və hücumda bir az zəiflik var idi.

Özünüzü turnirin favoriti kimi görürsünüz ?

-Niyə də görməyək ?! Sadəcə bizim bəzi futbolçularımız bu gün iştirak edə bilmədilər. Zəif çıxışımız onunla bağlı idi. İnşallah gələn oyun gücümüzü göstərərik

Fərid (“Vəhdət”): Oyuna hazırlıqsız gəlmişdik.

Oyun haqqında fikirlərin necədir ?

-Oyunumuz alınmadı.

Bəs nəyə görə alınmadı ?

-Yəqin ki, oyuna hazırlıqsız gəlmişdik.

Keçən turda “Armada” ilə başa baş mübarizədən sonra “Vəhdət”in “Paşa İnşaat”ı məğlub edəcəyini düşünmək olardı. “Paşa İnşaat”da ilk turda “Armada”ya 11-0 məğlub olmuşdu. Siz o qədər zəif idiz ya rəqib çox güclü idi ?

-Zəiflik yox sadəcə oyunumuz alınmadı. Biz onları udurduq birinci hissə. Sonradan uşaqlarda yorğunluq oldu. Qol buraxdıqdan sonra həvəsdən düşdülər, oynamadılar.

Turnirin favoriti kimi hansı komandanın adını çəkə bilərsən ?

-Bu barədə heç nə deyə bilmərəm. Çünki bizim qrupdakı komandaları tanıyıram. Düzdü başqa iddialı komandalrın da adını eşitmişəm.Ancaq onları tanımıram. Öz qrupumuzdan inanmıram hansısa komanda çempion olsun.

İlqar (“Baker Wireline”) : Biz turnirdə ikinci heyətlə oynadıq

Oyun haqqında nə deyə bilərsiz ?

-10-9 biz udduq. Yaxşı oynadıq. Rəqib də yaxşı idi.

Qrupda qalmağınızı nə ilə əlaqələndirərdiniz ?

-İlk oyunlarımızı uduzmağımızın səbəbi o idi ki, bizim oyunçularımız dəniz işçiləridir deyə tam heyətlə oynaya bilmədik. Ondan sonra da şansımız çox az qaldı.

Sizin yer aldığınız qrup da ağır idi. Digər bir qrupda oynasaydınız sizcə növbəti mərhələyə çıxa bilərdiniz?

-Öz qrupumuzdan da çıxa bilərdik. Sadəcə tam heyətlə oynamadığımıza görə belə alındı. Komandamızın digər əsas oyunçuları başqa bir turnirdə də çıxış edir. Belə deyək biz turnirdə ikinci heyətlə oynadıq.

Turnirin favoriti kimi hansı komandanı görürsüz ?

-“Ayaks Baku Team”

Turnir haqqında fikirləriniz necədir ?

-Yaxşı turnirdi. Yəqin ki, növbəti dəfə də bu turnirə qatılacağıq.



Kənan (“Royal Flush”): Mini futbolda hər kəs favoritdi

Oyun necə alındı ?

-Oyun çox maraqlı alındı. Təşkil edənlərə çox sağ ol deyirik. Hakimlikdən də razıyıq normal, düzgün qərarlar verirlər.

Nə üçün qrupda qaldınız ?

-Bizdə hər kəs fərdi olaraq güclüdür. Sadəcə bir-birimizi başa düşməkdə çətinlik çəkirdik. Qrupda qalmağımızı bununla əlaqələndirərdim. Ünvanlı ötürmələrdə bu üzdən rəqiblərimiz bizdən daha üstün idi.

Favorit kimi hansı komandanı görürsüz ?

-Mini futbolda elədir ki, hər kəs favoritdi. Düzgün oynasa hər komanda qalib gələ bilər. Fərdi ustalıq burada elə də önəmli deyil. Çünki bizdə də fərdi ustalığı olanlar var idi.

Nazim (AXDG) : Bir-birimizi başa düşmədik

Bu günki oyun haqqında fikirlərin necədir ?

-Rəqib güclü idi məğlub olduq. Nə deyə bilərəm ki.

Səncə bu gün qələbə üçün sizə nə mane oldu ?

-Təcrübəsizlik. Komanda yeni qurulan kollektivdi. Bir-birimizi başa düşmədik.

Turnirdə favorit kimi hansı komandanı görürsüz ?

-Mən gördüyüm komandalardan “Balkan”ın adını çəkə bilərəm. Başqa komandaları çox görməmişəm. Ona görə deyə bilmərəm.



Nicat (“Pullman”) : Hər iki komanda birinciliyə layiq idi


Oyun necə keçdi ?

-Hər iki komanda birincilik üçün oynayırdı.Qrupda son oyun idi.

“Ayaks Baku” daha istəkli oynadı və qalib gəldi. Biz də bu oyuna bütün heyəti çağırmışdıq. Bundan sonra səhv etməyə artıq haqqımız yoxdur. Oyunçularımızı yoxlayırdıq. Bundan sonra hansı heyətlə oynayacağıq onu müəyyənləşdirirdik. Maraqlı oyun oldu. Hər iki komanda birinciliyə layiq idi.

Oyunda bəxtiniz də gətirmədi...

-Oyun idi. Oyunda epizodlarımız da oldu ancaq istifadə edə bilmədik. Sonda da 5-0 məğlub olduq. Komandada qrupdan çıxdığımıza görə bir rahatlıq var idi. Bundan sonra maksimum gücümüzü qoyub birincilik üçün oynayacağıq.



Orxan (“Gobustone”) : Onlar qaçdılar biz udduq

Oyunla bağlı fikirləriniz necədir ?

-Əla oyun keçdi. Komandamı təbrik edirəm. Qələbəyə layiq idilər. Güclü qalib gəldi. Gələn oyunlarda bütün komandlara uğurlar arzulayıram.

Sizcə hesab oyuna görə oldu ?

-Hesab oyuna görə oldu deyəndə ki, yenə deyirəm güclü qalib gəldi. Amma rəqib komanda çox perspektivli, cavan kadrlardı. Yəni onlar qaçdılar biz udduq. Bunu deyə bilərəm. Gözəl oyuna görə rəqib komandanı və öz komandamızı təbrik edirəm.

Ozal (“Roma”): Bizdən qorxsunlar

Oyun haqqında nə deyə bilərsiz ?

-Oyunu çox gərgin gözləyirdik. Düzü belə asan qələbə qazanacağımızı düşünmürdük. Hələ təzə komandayıq. Düşünürəm ki, bu bizim əsl gücümüz deyil. Bundan yaxşı, bundan da güclü olacağıq. Bəlkə hələ turnirdə adımız çəkilmir amma bu çempionatın gizli favoriti bizik. Bizdən qorxsunlar.

Rəqib çox zəif idi ?

-Rəqib güclü komanda idi. Sadəcə bizim oyunumuz super alındı. Gördüyünüz kimi nəticə də göz qabağındadır.

Turnirdə neçə qol var ?

-Beş qol bu gün vurdum. Səkkiz qol da varım idi. Ümumilikdə on üç qol oldu.

Turnirin bombardirlərindənsən. Səncə qolları sıralıya biləcəksən ?

Əlbəttə bundan da gözəl nəticələr olacaq. Çempionatın təşkilatçılarına da minnətdarlığımı bildirirəm. Çox gözəl turnir təşkil olunub.



Rahid (“Abşeron”) : “Balkan” çox güclü idi”

Oyun haqqında nə deyə bilərsiz ?

-Çox gözəl, yaxşı oyun keçdi. “Balkan” çox güclü rəqib idi. Biz hesabda öndə idik. Rəqib oyunu vermədi. Axıra qədər mübarizə apardı. Sonda oyun 5-5 bitdi. Onları da təbrik edirik. Çox yaxşı oynadılar.

Növbəti mərhələdə kimlə qarşılaşmaq istəyərsiz ?

-Rəqiblər surpriz komnadalardı. Oynamadan deyə bilmərik.



Rauf (“Armada”): Rəqib bizlə başa baş oyun apardı

Oyun haqqında nə deyə bilərsiz ?

-Oyun yaxşı keçdi. Maraqlı keçdi. Birinci yarı bizim üstünlüyümüz ilə keçdi. Rəqib də zəif deyildi. Güclü idilər və bizlə başa baş oyun apardılar. Belə də qismətdi. Allah qoysa 1/8 ə hazırlaşırıq. Yəqin bundan sonra da yaxşı olar. Hamıya uğurlar.

1/8 də kimlə qarşılaşmaq istəyərsiz ?

-Qismətimizə kim düşsə onunla da qarşılaşacağıq. O zaman sözümüzü deyəəcyik Allah qoysa.

Bu gün neçə qol vurdunuz ?

-Komanda yoldaşlarımın sayəsində 2 qol vurdum çempionatdakı qollarımın sayını üçə çatdırdım. İnşallah ardı gələr.



Hazırladı : Səbuhi Allahverdizadə


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!