Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 20-05-2017, 20:13
Müsahibələrlə, - son tur həyacanı..

QOLAT CUP-da son tur həyacanı davam edir, əslində çempionatımızı həyacanlı edən, məhz elə sizlərsiziniz əziz komandalar.

QOLAT press olaraq sizlər üçün yeni bir müsahibə hazırladıq, ən son kapitanlar görüşündə iştirak etmiş bəzi komanda kapitanları çox iddialı açıqlamalar verdilər. Biz də olduğu kimi sizlərlə paylaşırıq və xəbərin sonunda öz fikirlərinizi yazmağınızı çox istərdik.

Əhməd (“Romalılar”): Gücümüzü oyunda göstərmək istəyirik

Qrupdakı durumunuz necədir ?

-Biz ilk oyunda “Futbol Planet” komandası üzərində qələbə qazandıq. İkinci oyunda isə “Böyükşor”la oyunda altı altılıq bir nəticə çıxdı. Halbuki 6-3 öndə idik. Oyunda hakim səhvləri olur. Hakim bizim əleyhimizə penalti verdi. Ancaq oyunçumuzun özü də dedi ki, top onun əlinə dəyməmişdi. Amma dediyim kimi bu futboldu. Hakim səhvləri olur. Hakimlərdən də razıyıq. İkinci oyunu heç-heçə başa vurduq. İnşallah üçüncü oyunda qələbə qazanıb qrupdan lider çıxmağı düşünürük.

Sizcə növbəti oyunda qalib gələ biləcəksiz ?

-İnşallah. Futboldu. Futbolda hər şey olar. Arxayınlıq lazım deyil. Ancaq inanırıq ki, böyük üstünlüklə qələbə qazanacağıq.

Sizdən çempionluq gözləmək olar ?

-Vallah böyük danışmaq istəmirəm. Gücümüzü oyunda göstərmək istəyirik. Çempion ola biləcəyimizə inanıram.



Əli (“Armada”): Bütün komandalarla qarşılaşmağa hazırıq

Keçən oyun haqqında nə deyə bilərsiz ?

-Keçən oyun gərgin keçdi ancaq qalib gəlməyi bacardıq.

Sizcə “Armada” qrupdan lider kimi çıxmağı bacaracaq ?

-Bizim tək hədəfimiz qrupdan lider çıxmaqdır.

Qrupdan çıxdıqdan sonra siz hansı komanda ilə qarşılaşmaq istəyərsiz ? Sizcə turnirdə hansı mövqeyə qədər irəliləyə bilərsiz ?

-Biz finala qədər getmək istəyirik. Bütün komandalarla qarşılaşmağa hazırıq.

Keçən tur meydanda bir az gərginlik oldu..?

-Bir az hakim tərəfdən oldu bir az da biz aqressiv olduq. Sonra komanda yoldaşlarımızla danışdıq ki, gələn oyunlarda daha diqqətli olmalı və öz oyunumuzu oynamalıyıq.



İlqar (“Hydrosun”): 1/8 olmasa da, 1/4 də “Ayaks Baku” ilə oynamaq istəyərik

Keçən oyununuz haqqında nə deyə bilərsiz ?

-Keçən oyun maraqlı oyun oldu sözün açığı. Rəqib komandanı güclü komanda hesab edirəm. Ehtiyat futbolçuların olmamağı öz sözünü dedi. Oyunu qələbə ilə başa vurmağımıza səbəb o oldu. “Royal Flush” doğurdan da güclü komandadı. İlk və sonuncu hissəni də rəqibin ehtiyat futbolçularının olmamağından rahat oynayıb başa vurduq. Ümidvaram ki, belə də davam edər finala kimi yolumuz açıq olar.

Gələn oyun siz “Roma” ilə qarşılaşacaqsız. Həmən oyun sizcə necə bitəcək ?

-Qalibiyyət üçün oynayacağıq təbii ki. Heç-heçə də bizə sərf edir. Top fərqi ilə liderlik bizim əlimizdədir. Təbii ki, “Roma”da liderliyi ələ keçirmək üçün gələcək. Keçən dəfə onlar da öz fikirlərini bildiriblər. Ümidvaram ki, maraqlı oyun olar. Layiq olan komanda qalib gələr. Təbii ki, hər iki komanda qalibiyyət üçün oynayacaq.

Qrup mərhələsi adladıqdan sonra hansı komanda ilə qarşılaşmaq istəyərsiz ?

-Biz və digər komanda qrup lideri olarsa bu mümkün olmayacaq.1/8 də olmasa da, 1/4 də “Ayaks Baku” ilə oynamaq istəyərik. İddialı komandadırlar. Biz də iddialı komandaları sevirik.

Sizcə həmən komanda ilə oynaya biləcəksiz ?


-Çalışıb oynayarıq (gülür). Problem yoxdur.Güclü komandalara qarşı oyunlarımız olub. Nəticələr də ürəkaçan olub. Təbii ki, gedişatı bilmək olmaz. Bir sonrakı turda necə olacağını bilmək olmaz. İddialı oyun göstərməyə çalışarıq.

Sizcə hansı mövqeyə qədər gedə bilərsiz ?

-Sözün açığı çempionata başlayanda bu fikir formalaşmamışdı. Turnirdə güclü komandalar çoxdur. Özüm turnir cədvəlinə də nəzər salıram. “Gobustone”, “Böyükşor”, “Pullman”, “Ayaks Baku”, “Piramida” və “Armada” komandaları güclü iddialı komandalardı. AXDG-i də güclü komanda kimi görürəm. İnşallah onlar da layiqli yerlərə gedib çatarlar.Güclü komandalar çoxdur. Ancaq gedişatı bilməz olmaz. Son oyunumuz “Royal Flush” idi biz onları güclü bilirdik. Oyun da onu göstərdi. Ancaq futbolda hər an hər şey dəyişə bilər. Bizim məqsədimiz finaldı, çempionluqdu İnşallah.

Turnirin favoritlərindən biri ilə qarşılaşmaq istədiyinizi dediniz. Əslində bu cəsarətdi. Amma sizin çəkindiyiniz komanda varmı ?

-Çəkindiyimiz yox belə deyim sonrakı mərhələlərdə qarşılaşmaq istədiyimiz komandalar var. Güclülərlə qarşılaşmaq bir tərəfdən avantajdı digər tərəfdən dez avantajdı. Dez avantajdı ona görə ki, iddialıdı, güclüdü. Məğlub olub turnirdəki çıxışınızı dayandıra da bilərsiz və ya qalib gəlib bir güclü rəqibinizi sıradan çıxarıb sonrakı mərhələlərdə daha rahat irəliləyə bilərsiz. Ümumilikdə bizim üçün fərqi yoxdur. Güclü komanda ilə əvvəl-axır qarşılaşmalısan. Ancaq güclü ilə finalda qarşılaşmaq daha yaxşıdı. Çünki məğlub olsan belə ikinciliyi qazanırsan.

Bu günki püşk atmadan necə ? Razısınızmı ?


-Razıyam. Günorta saatlarında olacaq oyunumuz bu vaxt bizə əl verir. Bizim üçün vaxt etibarı ilə yaxşı zamandı.



Rafiq (“ Soccer Team Jerseys”): Tam əminliklə deyirəm. Növbəti oyunumuzu da qələbə ilə başa vuracağıq

Qrupdakı vəziyyətiniz necədir ?

-Qrupda vəziyyətimiz hal-hazırda qənaətbəxşdir. “Favorit”lə eyni xala malikik. İnanıram ki, qrupdan birinci yerlə biz çıxacağıq. Belə də, gücünə görə “Ayaks Baku”nu, “Armada”nı özümüzə rəqib görürük. İnşallah maraqlı olacaq.

Bir oyununuz qalıb. Onu da qələbə ilə başa vura biləcəksiz ?


-Tam əminliklə deyirəm. Həmin oyunu da qələbə ilə başa vuracağıq.

Qrupdan çıxdıqdan sonra sizcə hansı yerə qədər gedə biləcəksiz ?

-Sözsüz ki, finala kimi (gülür)

Bəs çəkindiyiniz komanda var ?

-“Ayaks Baku”. İnşallah yaxşı olar. Görək də.

Bəs sizdən “Soccer Team Jerseys”dən çəkinən hansısa komanda var ?


-Biz elə də tanınmış komanda deyilik. Amma hamını təəccübləndirəcəyik. Hamı bizdən danışacaq.

-Ümumiyyətlə turnir və təşkilatçılıq haqqında fikirləriniz necədir ?

-Çox gözəl. Bütün təşkilatçılığa turniri təşkil etdikləri üçün minnətdarlığımı bildirirəm. Ümumiyyətlə reklam işi, hər bir şey yüksək səviyyədədir.

Samir (“Los Kombatientes”): Ən yaxşı iki üçüncüdən biri bizdən çıxacaq

Keçən oyun heç-heçə oynadınız. Ondan əvvəlki qarşılaşmada isə böyük hesablı məğlubiyyətlə üzləşmişdiniz. Siz əzmkarlıqla 4-4 bərabər oynayan komanda idinizsə, birinci mərhələdəki böyük hesablı məğlubiyyət nə ilə bağlı idi ?

-Birinci oyunda bəzi oyunçularımız iştirak edə bilmədi. Mən böyük hesablı məğlubiyyəti buna bağlayıram. İkinci oyunda isə bütöv komanda olaraq orada idik. Və mübarizə aparıb dörd dördlük bərabərliklə oyundan ayrıldıq. Son oyunda şansımız çox olmasa da axıra qədər mübarizə aparacağıq. Qalib gələcəyimizə inanıram. Çalışacağıq qalib gələk.

Sizcə qrupdan çıxa biləcəksiz ?

-Qrupdan çıxmağımız tam özümüzdən asılı deyil. Digər oyunlar istədiyimiz kimi getsə biz də qələbə qazanıb qrupdan çıxmağı hədəfləyirik.

Sizcə sizin qrupdan kimlər çıxacaq ?

-Məncə biz çıxa bilməsək “Diabet”lə “Piramida” çıxacaq.

Bu dəqiqə turnirdə ən həyəcanlı qrup sizin qrupdur. Ən yaxşı iki üçüncü yeri tutan komandadan biri sizin qrupdan çıxa bilər. Səncə bu mümkün ola biləcək ?

-O digər qrup oyunlarına baxır. Hər şey oradakı nəticələrdən asılıdır. Elə görünür ki, ən yaxşı iki üçüncüdən biri bizim qrupdan çıxacaq.

Sizcə neçənci yerə qədər yüksələ biləcəksiz ?

-İndi bizim üçün əsas hədəf qrupdan çıxmaqdı. Qrupdan çıxandan sonra oyun-oyun baxacağıq. Gedə biləcəyimiz maksimum yerə kimi getmək istəyirik.

Ziya (“Ayaks Baku”): İngilislər demişkən-Never give up

Keçən oyun haqqında nə deyə bilərsiz ?

-Keçən oyun rəqibimiz –“Baker Wireline” meydana sonuncu oyun kimi çıxmışdı. Çünki onlara üç xal ən azından heç-heçə lazım idi. Biz buna imkan vermədik. Gücümüzü göstərib qələbə qazandıq. Düzdü tam əsas heyətimiz deyildi. Amma yenə də bir çox əsas heyət oyunçuları meydanda idi. Rəqibə uğurlar arzulayıram üçüncü turda. Şansları hələ də var. Qalib gəlib ən yaxşı iki üçüncüdən biri kimi növbəti mərhələyə çıxa bilərlər.

Bəs gələn oyun haqqında nə deyə bilərsiz ?

-Qrupu birinci yerdə başa vurmaq üçün bizə görə prinsipial oyundu. Növbəti oyun da qələbə qazanmağa çalışacağıq.

Əgər siz hiss edirsinizsə, turnirdə bir çox komandalar favorit kimi “Ayaks Baku”un adını çəkirlər. Hətta sizə qarşı hirs, aqressiya var. Hətta çəkinirlər sizin komandadan. Bəs “Ayaks Baku”un çəkindiyi komanda var turnirdə ?

-Belə deyim “Ayaks Baku”un çəkindiyi komanda yoxdur. Çünki heç bir komandanı yaxından tanımırıq. Birinci dəfədir ki, bu çempionatda iştirak edirik. Sadəcə xəbərim var ki, üç-dörd yaxşı komanda var. Kimin güclü kimin zəif olduğunu oyunlardan sonra görəcəyik. Turnirdə iddialıyıq. Ən azı özümüzü ən yaxşı dörd komandanın içində sayırıq. İnşallah oyunlardan sonra nəticələri görəcəyik.

Qrup mərhələsi bitdikdən sonra hansı komanda ilə qarşılaşmaq istəyərsiz ?

-Bütün qruplara, ikinci yerə çıxa biləcək komandalara nəzər salmışam. Hamısı ilə qarşılaşmağa hazırıq. Konkret olaraq ad çəkə bilmərəm. Çünki hələ də bir tur var. Bilinmir kim düşəcək.

Turnirdə ən güclü üç, dörd komandanı gözaltı etdiyinizi dediniz. “Ayaks Baku”dan onların adını eşitmək maraqlı olardı...

-Əslində onların adını çəkməkdən çəkinirəm. Əslində ad çəksəm intriqa yaranacaq. Ən azı bu turda onların gizli qalmağını istəyirəm. İnşallah növbəti açıqlamalarda onların adını çəkəcəm.

Siz bundan əvvəl də bu tipli tutnirlərdə iştirak etmisiniz və çempion da olmusuz. Sizcə bu turnirdə də çempion ola biləcəksiz ?

-Bundan əvvəl bizim bombardir Zaurun açıqladığı kimi biz finala yox çempionluğa gəlmişik. Var gücümüzü qoyacağıq ki, çempion olaq. Axıra kimi mübarizə aparacağıq İnşallah. İngilislər demişlkən: Never give up.



Qeyd: bizim sizlərdən gözlədiyimiz dəstək isə xəbərlərimizi, facebook postlarımzı daima izləmək, bəyənmək və paylaşmaqdır. Əmin olun ki, bu bizi daha da həvəsləndirir.



Hazırladı: Səbuhi Allahverdizadə

http://qolat.com/news/read-news-176


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!