Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 24-11-2016, 07:44
Bu gün "Qarabağ" tarixi uğura imza ata bilər

Bu gün futbol üzrə Avropa Liqasında V turun oyunlarını keçiriləcək.
Butov.az-ın "Report"a istinadən məlumatına görə, Azərbaycan təmsilçilərinin çıxış etdiyi qruplarda növbəti mərhələ iştirakçıları müəyyənləşə bilər.
"C" qrupunda mübarizə aparan "Qəbələ" Belçika "Anderlext"ini qəbul edəcək. Belçika təmsilçisi Bakıdan qələbə ilə dönəcəyi təqdirdə adını növbəti mərhələyə yazdıracaq. Qrupun digər oyununda Fransa "Sent-Etyen"i Almaniyanın "Maynts" klubunu sınağa çəkəcək. Meydan sahibləri 3 xal əldə edəcəkləri təqdirdə son tur oyunu onlar üçün formal xarakter daşıyacaq.
"J" qrupunda növbəti mərhələyə ən real namizəd İtaliya "Fiorentina"sıdır. Yunanıstan PAOK-unu qəbul edəcək Florensiya klubu qələbə və ya heç-heçə sayəsində növbəti mərhələni rəsmiləşdirəcək. "Qarabağ" klubu isə Çexiyada Slovanın qonağı olacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda səfərdən qələbə ilə dönəcəyi təqdirdə bu qrupdan növbəti mərhələyə "Fiorentina" və "Qarabağ" yüksələcək. Ağdam klubu "play-off"a heç-heçə sayəsində də çıxa bilər. Bunun üçün PAOK-un" Fiorentina" ilə səfər matçında qalib gəlməməsi lazımdır. "Qarabağ" bunadək 2 mövsümdə qrupda iştirak etsə də, 1/16 finala çıxmaq şansını son turda əldən verib.
"A" qrupunda çıxış edən "Fənərbağça" və "L" qrupunda mübarizə aparan "Osmanlıspor" komandaları da adlarını növbəti mərhələyə yazdırmağa çox yaxındırlar. Hər iki komanda bu gün qələbə qazanacağı təqdirdə Avroliqada yoluna davam edəcək.
Artıq bir neçə komanda qrup oyunlarının bitməsinə 2 tur qalmış növbəti mərhələni təmin edib. "D" qrupunda mübarizə aparan Rusiya "Zenit"i 4 oyundan maksimum nəticə toplayaraq növbəti mərhələyə çıxıb. Qarşıdakı iki oyunun nəticəsindən asılı olmayaraq Rusiya təmsilçisi Avroliqada yoluna davam edəcək. "H" qrupunda Ukraynanın "Şaxtyor", "İ" qrupunda isə Almaniyanın "Şalke" komandası adını növbəti mərhələyə yazdırıb.
Növbəti mərhələyə çıxan komandalarla yanaşı qitə turniri ilə vidalaşan bir neçə komandada məlumdur. "A" qrupunda Ukraynanın "Zorya" və "C" qrupunda "Qəbələ" Avropa Liqasında mübarizəni davam etdirə bilməyəcək.
Avropa Liqası, qrup mərhələsi, V tur
24 noyabr
A qrupu
20:00. "Fənərbağça" (Türkiyə) - "Zorya" (Ukrayna)
00:05. "Mançester Yunayted" (İngiltərə) - "Feyenoord" (Hollandiya)
Qrupda vəziyyət: "Fənərbağça" - 7. "Feyenoord" - 7. "Mançester Yunayted" - 6. "Zorya" - 2.
B qrupu
20:00. "Astana" (Qazaxıstan) - "Apoel" (Kipr)
00:05. "Olimpiakos" (Yunanıstan) - "Yanq Boyz" (İsveçrə)
Qrupda vəziyyət: "Apoel" - 9. "Olimpiakos" - 7. "Yanq Boyz" - 4. "Astana" - 2.
C qrupu
20:00. "Qəbələ" (Azərbaycan) - "Anderlext" (Belçika)
00:05. "Sent-Etyen" (Fransa) - "Maynts" (Almaniya)
Qrupda vəziyyət: "Sent-Etyen" - 8. "Anderlext" - 8. "Maynts" - 5. "Qəbələ" - 0.
D qrupu
20:00. "Zenit" (Rusiya) - "Makkabi" (Təl-Əviv, İsrail)
00:05. "Dundalk" (İrlandiya) - AZ (Hollandiya)
Qrupda vəziyyət: "Zenit" - 12. "Dundalk" - 4. "Makkabi" - 4. AZ - 2.
E qrupu
00:05. "Austriya" - "Astra" (Rumıniya)
00:05. "Roma" (İtaliya) - "Viktoriya" (Çexiya)
Qrupda vəziyyət: "Roma" - 8. "Avstriya" - 5. "Astra" - 4. "Viktoriya" - 3.
F qrupu
00:05. "Atletik" (İspaniya) - "Sassuolo" (İtaliya)
00:05. "Genk" (Belçika) - "Rapid" (Avstiya)
Qrupda vəziyyət: "Genk" - 6. "Atletik" - 6. "Rapid" - 5. "Sassuolo" - 5.
G qrupu
22:00. "Ayaks" (Hollandiya) - "Panatinaikos" (Yunanıstan)
22:00. "Selta" (İspaniya) - "Standart" (Belçika)
Qrupda vəziyyət: "Ayaks" - 10. "Standart" - 5. "Selta" - 5. "Panatinaikos" - 1.
H qrupu
22:00. "Gent" (Belçika) - "Braqa" (Portuqaliya)
22:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Konyaspor" (Türkiyə)
Qrupda vəziyyət: "Şaxtyor" - 12. "Braqa" - 5. "Gent" - 4. "Konyaspor" - 1.
İ qrupu
22:00. "Şalke" (Almaniya) - "Nitsa" (Fransa)
22:00. "Krasnodar" (Rusiya) - "Zalsburq" (İsveçrə)
Qrupda vəziyyət: "Şalke" - 12. "Krasnodar" - 6. "Zalsburq" - 3. "Nitsa" - 3.
J qrupu
22:00. "Slovan" (Çexiya) - "Qarabağ" (Azərbaycan)
22:00. "Fiorentina" (İtaliya) - PAOK (Yunanıstan)
Qrupda vəziyyət: "Fiorentina" - 10. "Qarabağ" - 7. PAOK - 4. "Slovan" - 1.
K qrupu
22:00. "Sparta" (Çexiya) - "Soutqempton" (İngiltərə)
22:00. "Hapoel" (Beer Şeva, İsrail) - "İnter" (İtaliya)
Qrupda vəziyyət: "Sparta" - 9. "Soutqempton" - 7. "Hapoel" - 4. "İnter" - 3.
L qrupu
22:00. "Sürix" (İsveç) - "Vilyarreal" (İspaniya)
22:00. "Seaua" (Rumıniya) - "Osmanlıspor" (Türkiyə)
Qrupda vəziyyət: "Osmanlıspor" - 7. "Sürix" - 5. "Vilyarreal" - 5. "Steaua" - 3.
Qrup mərhələsinin son turunun oyunları dekabrın 8-də keçiriləcək.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!