Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 18-05-2017, 11:20
"QOLAT CUP"da gizlin müsahibələr..

“QOLAT CUP” mini futbol turnirinin açılış mərasimində də qeyd etdiyimiz kimi, biz çalışacağıq ki turnirdə iştirak edən bütün komandalar çempionatdan xoş futbol xatirələriylə ayrılsınlar. Bildiyiniz kimi çempionatımızın əsas sloganı “Öz Futbolunu Yaşa” şüarı altındadır. Elə buna görədə, öz rəqiblərinizi analız etmək üçün aşağıdakı müsahibələri oxumağınızı tövsiyyə edirik.

İkinci turda komandalardan alınan müsahibələri olduğu kimi sizlərə təqdim edirik.

Bilal ( “Armada”) : Məncə biz qələbəyə daha layiq idik.

S: Bundan öncəki görüşdə “Paşa İnşaat”ı 11-0 məğlub etmişdiniz. Bu gün isə, “Vəhdət”lə görüşdə çətinliklə 3-2 qələbə qazandınız. Sizcə “Armada”ın gücü on bir sıfırlıq qələbə idi ya bu günki 3-2 ?

B : Oyunlara baxır o. Keçən dəfə ki, rəqib bir az zəif idi. Bu günki rəqibimiz isə həqiqətən güclü idi. Məncə hesab oyuna görə oldu. Məncə biz qələbəyə daha layiq idik. Rəqibin də, bizim də təhlükəli epizodlarımız çox oldu.

S: Sizcə bu qrupdan hansı komandalar növbəti mərhələyə çıxa bilər ?

B: Məncə “Come Back”lə biz çıxacağıq qrupdan.

S: Qrup mərhələsindən sonra sizcə hansı mərhələyədək irəliləyə bilərsiz ?

B: Bizim gücümüz çempionluğadək getməyimizə bəs edəcək məncə.



Emin (“Azwestgroup”) : “Ajax Baku Team”ə iki qol vurmaq belə bizim üçün uğurdu.

S: Bu dəfəki oyunda da məğlub oldunuz…

E: Biz bombardirləri seçmək üçün yığılmış komandayıq ( gülür). Əslində belə deyim ki, oyunda biz də pis oynamadıq. Rəqib çox güclü və tanınmış komandadı. Ancaq bu oyunda deyim ki, bəxt amilinin də böyük rolu oldu. Bir çox topumuz dirəkdən döndü. Belə bir rəqiblə bu mübarizlik və əzmkarlıqla oynamağımız da bizim üçün yaxşı nəticədi. Çünki biz yeni qurulan komandayıq və daha təcrübəsizik. Biz bu çempionat üçün yığılmış komandayıq. Bizim bura gəlməyimizdə əsas səbəb o idi ki, komandanı yoxlayıb növbəti turnirlər üçün heyətimizi müəyyənləşdirək. Yəni məqsədimiz heç də qrupdan çıxmaq deyil. Rəqibimizə də gələn oyunlarda uğurlar arzulayıram. Onlar çempionluğa hədəflənmiş komandadır.

S: Bütün bunlara baxmayaraq sizcə qrupdan çıxa biləcəksiz ?

E: Ümid sonda ölür (gülür)



Fərid (“Futbol Planet”) : Qrupumuzdakı hər komanda güclüdür

S: Oyun necə alındı ?

F: Şükür. Yaxşı alındı. Oyunun əvvəlində uşaqlar arxaya nəzarət etmirdi. Sağ olsunlar sonradan üstünlüyü əlimizə aldıq. Hesab da bizi qane edən hesabdır. 10-3 qələbə qazandıq. Birinci oyun uduzmuşduq 6-8. Bizə növbəti mərhələyə çıxmaq üçün top fərqi lazım olacaq. Ona görə də çalışırıq qapımızda az top görüb çox qol vuraq. Bu oyun istədiyimizə nail olduq.

S: Sizcə gələn qarşılaşmada da oyunu belə əlinizdə saxlaya biləcəksiz ?

F: İnşallah. Biz elə onunçün oynayırıq. Biz çempionluq üçün oynayırıq. İlk növbədə qrupdan çıxmalıyıq. Ona görə gələn oyunlarımıza da daha ciddi yanaşacağıq.

S: Sizcə qrupdan kimlər çıxa bilər ?

F: Qrupdakı dörd komandanın dördü də güclü komandadır. O baxımdan bir söz deməyə çətinlik çəkirəm. İnşallah güclü olan qrupdan çıxacaq.



Kamal (“Favorit”) : Gələn oyunda heç-heçə də bizi qane edir

S: Oyun necə alındı ?

K: Oyunumuz yaxşı alındı. Amma nədənsə qələbə qazana bilmədik. Hərdən futbolda belə də olur. Keçən tur qələbə qazanmışdıq. Bu tur da qələbəyə layiq oynadıq. Nə bilim ? Belə alındı.

S: Sizcə qrupdan çıxa biləcəksiz ?

K: İnşallah. Qismət. Bilmirəm. Qrupumuzda “Kolonya” AZAL-ı məğlub etdi. Məncə bu nəticələrdən sonra AZAL-dan başqa hər üç komandanın şansı var. Əslində “Soccer Team Jerseys” bu gün bizlə heç-heçə edərək qrupdan çıxdı. Gələn oyun “Kolonya” ilə oynayacağıq. Gərək onları məğlub edib qrupdan çıxaq. Əslində həmən oyunda heç-heçə də bizi qane edir. İnşallah özümüzü növbəti mərhələdə görmək istəyirik.

Munis (“Diabet”) : Qol vurduqdan sonra bizdə bir az arxayınlıq oldu

S: Oyun haqqında nə deyə bilərsiz ?

M: Oyun çox gözəl keçdi. Allah təşkilatçıların da canını sağ eləsin. Yaxşı təşkil edilib hər şey. Yaxşı ki, təşkil ediblər. Gənclər oynayır. Asudə vaxtlarını keçirir. Özü də futbol bir fəaliyyətdir. Bizim komandamız çox güclü kollektivdir. Məncə komandamız hələ çox uzağa gedəcək, irəliləyəcək.Bu günki rəqibimiz də çox güclü komanda idi.

S: Niyə heç-heçə ?

M: Qol vurduqdan sonra bizdə bir az arxayınlıq oldu. Məncə ona görə.

S: Qrup çətin qrupdu. Səncə adlaya biləcəksiz növbəti mərhələyə ?

M: Bir qalibiyyətimiz bir də heç-heçəmiz var. Bir də oyunumuz qalıb. Sonuncu oyunun nəticəsindən çox şey asılıdır. Yəqin ki, həmən oyunu udsaq çıxarıq qrupdan. Ondan sonra da rəqiblərimizi uda-uda getmək fikrimiz var.

Nahid ( Balkan): Rəqibin zəifliyindən istifadə etdik

S: Oyun haqqına fikirlərin necədir ?

N: Oyun yaxşı keçdi. Gərginlik olmasaydı daha yaxşı olardı. İnşallah oyunumuzu gələn qarşılaşmalarda daha da artıracağıq

S: Keçən oyunla müqayisədə rəqibinizə daha çox qol vurduz və qapınızda cəmi bir qol gördünüz. Bunu nə ilə əlaqələndirərdin ? “Balkan” daha da güclənib ya rəqib zəif idi ?

N: Rəqib qapıçısını itirdiyinə görə bir az zəifləmişdi. Biz də bundan istifadə etdik.



Nicat (“Roma”) : Gələn oyun qrup liderliyi üçün oynayacağıq

S: Oyun haqqında fikirlərin necədir ?

N: Oyun çox çətin keçdi. Bir top fərqi ilə 3-2 udduq. Mən özüm də bir qol vurub bir də məhsuldar ötürmə etdim. Əlimdən gələni etdim. Ancaq öz oyunumdan razı qalmadım. Lakin komandamızın oyunu gözəl alındı. Arada bir-birimizi başa düşmürük. O da yəqin ki, növbəti mərhələlərdə düzələcək.

S: Qrupu lider kimi bitirə biləcəksiz ?

N: Gələn oyun qrup liderliyi üçün oynayacağıq. Özümüzdə həmən gücü görürəm.

Nicat (“Pullman”) : Məqsədimiz futboldan zövq almaqdır

S: Oyun haqqında nə deyə bilərsiz ?

N: Maraqlı oyun oldu. Hər iki komanda qələbəyə layiq oynadı. Sadəcə bir az daha çox qaçmaq və meydanda daha çox əziyyət çəkmək qələbəni bizə gətirib çıxardı. Digər komanda da gözəl oynadı. Şəxsən bizim üçün əsas bu oyunlarda bir-birimizi tanımaqdır. Məqsədimiz futbolun bütün gözəlliyini ortaya qoyaraq ondan həzz almaqdır.

S: Sizcə qrupun lideri ola biləcəksiz ?

N: İki oyundan iki qələbəmiz var. Növbəti oyunda isə ən azı bərabərlik bizi qrup llideri kimi növbəti mərhələyə çıxaracaq.

S: Demək olar ki, bu gün meydanda iki eyni səviyyəli komanda var idi ?

N: Bəli. Təbii ki. Elə ona görə də 1-3 geri düşdüyümüz oyunu 5-3 hesabı ilə xeyrimizə başa vura bildik.



Qəni (“Coffee-Moffee”) : Biz fiziki cəhətdən rəqibdən zəif idik

S: Oyunla bağlı nə deyə bilərsiz ?

Q: Oyun bizim üçün çox ağır oldu. Çünki digər komanda ilə müqayisədə fiziki cəhətdən zəif idik. 2-3 məğlub olduq. Hesab meydanda mübarizə getdiyini göstərir.

S: Sizcə qrupdan çıxa biləcəksiz ?

Q: İndi nəsə demək çətin olar. Ancaq bacardığımızı edəcəyik ki, qrupdan çıxaq. Növbəti oyun qalib gəlmək üçün meydana çıxacağıq.

S: Keçirdiyiniz iki uğursuz oyunu nə ilə əlaqləndirərsən ?

Q: Baxır nə mənada uğursuz deyirsiz. Hesab baxımından bəli uduzmuşuq. Ancaq iki görüşümüzdə də meydanda mübarizə aparıb bacardığımızı etmişik.Uduzsaq da mübarizə aparıb məğlub oluruq. Bunun özü bizim üçün uğur sayıla bilər.

Rahid (Abşeron): Rəqib həddindən artıq güclü idi

S: Oyun haqqında nə deyə bilərsiz ?

R: Oyun gözəl alındı. Heç-heçə etdik. Rəqibimiz də çox güclü kollektiv idi. Onları da gözəl oyuna görə təbrik edirəm.

S: Demək olar ki, qrupdan çıxmısız. Qrup mərhələsindən sonra hansı komanda ilə qarşılaşmaq istəyərsiz ?

R: Rəqiblərin hamısını tanımıram. Onlarla qarşılaşmamış bir söz deyə bilmərəm.

S: Niyə heç-heçə etdiniz ?

R: Rəqib həddindən artıq güclü idi.



Rövşən ( “Böyükşor”) : Qrupdan çıxacağımıza əminəm

S: Oyun necə keçdi ?

R: Qəşəng oyun keçdi. Turnirin də təşkilatçılarına təşəkkür edirəm. Gözəl çempionat gedir.

S: Bu gün qələbə qazanmağa sizə nə mane oldu ?

R: Bu gün təəssüf ki, qələbə qazanmaq bizə nəsib olmadı. Heç-heçə etdik. Ancaq buna da qaneyik. Oyunumuzdan məmnunam.

S: Sizcə qrupdan növbəti mərhələyə hansı komandalar çıxacaq ?

R: Mən öz adımdan deyim ki, əminəm qrupdan çıxacağımıza. Bir də “Romalılar” da qrupdan çıxacaqlar mənim fikrimcə.



Ülvi (AZAL) : Belə oyunla çətin qrupdan çıxaq

S: Oyun haqqında nə deyə bilərsiz ?

Ü: Hakim bizə haqsız yerə penalti verdi. Top oyunçumuzun əlinə yox çənəsinə dəymişdi. Həmin penalti belə deyək ki, komandamızı məyus etdi. Bu oyun bizim bəxtimiz gətirmədi.

S: Sizcə komandanız qrupdan çıxa biləcək ?

Ü: Açığı mən buna inanmıram. Çünki belə oyunla çətin çıxaq



Xəyal (Baku Holiday Travel) : Turnirin favoriti “Balkan” komandasıdı

S: Bu günki oyun haqqında fikirlərin necədir ?

X: Belə deyim ki, oyunda hesabın böyük olmağına baxmayaraq başabaş mübarizə getdi. Düzdü 1-7 uduzduq ancaq bizim də bir xeyli epizodlarımız oldu. Bunu deyə bilərəm biz birinci hissə onlardan daha yaxşı oynadıq. Sadəcə “Balkan”da uşaqların qapıya zərbələri daha kəskin və dəqiq idi. Yəni peşəkarcasına oynayan uşaqlar idi. Düzdü oyunda bir az qanqaraçılıq oldu. Ancaq futboldu da belə şeylər olur.

S: Keçən mərhələdə “Abşeron”la qarşılaşmışdınız həmən oyunda hesabda ara bu qədər açılmamışdı. Demək olar ki, “Balkan” “Abşeron”dan daha güclü komandadır ?

X: Biz keçən dəfə azlıqda oynayırdıq. “Abşeron”u bu günki heyətlə məğlub edə bilərdik. Ancaq mənə deyə bilərəm ki, turnirin favoritlərindən biri də elə “Balkan” komandasıdır.

S: Sizin üçün növbəti mərhələ şanslarının bitdiyini deyə bilərik ? Ya möcüzə olacaq ?

X: Gələn turda da oynayacağıq Həmən oyunda rəqibimiz udsaq ən yaxşı üçüncü olacaq iki komandadan biri kimi çıxmaq şansımız var. Ən başlıcası biz bura dincəlməyə gəlmişik. Ancaq hər halda çalışacağıq axıra qədər mübarizə aparaq.



Zaur ( “Ajax Baku Team”) : Açığı rəqib bir az zəif idi

S: Bu gün daha böyük hesablı qələbə qazandınız...

Z: Oyuna rahat, özümüzdən arxayın çıxdıq. Açığı rəqib də bir az zəif idi. Düzü bir az çətin anlar yaşadıq. Amma yenə də rahat qələbə qazandıq.

S: Artıq komandanızın qrupdan çıxdığını deyə bilərik. Sizcə qrupdan çıxdıqdan sonra hara qədər irəliləyə biləcəksiz ?

Z: İnşallah niyyətimiz finala çıxmaq yox çempion olmaqdır. Turnirə “Ajax Baku”u çempion etmək üçün qatılmışıq.



Biz inanırıq ki, hər növbəti həftə oyunlar daha maraqlı və fairplay əsas olacaqdır, çünki müsahibələrdən də göründüyü kimi komandalar qalib və ya məğlub olsalar da rəqiblərini də göstərdikləri oyunlara görə təbrik etməyi unutmurlar. Bizim də təşkilatçılar olaraq əsas məqsədimiz daha etik futbol oyunlarını təşkil etməkdir. Bu bizi çox sevindirir...

Hazırladı: Səbuhi Allahverdizadə


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!