“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 26-01-2016, 07:49
Rusiya iqtisadiyyatının Azərbaycan iqtisadiyyatından fərqləri


Qubad İbadoğlu


Hansı ölkə böhrana qarşı daha dayanıqlıdır?

Neft qiymətləri həm Rusiya və həm də Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərib. Bu şübhəsizdir. Məhz bu və digər səbəblərdən Rusiyada ötən il iqtisadiyyat 4 faizə qədər kiçilsə də əhalinin güzəranında ciddi dəyişikliklərbaş vermədi. Azərbaycanda isə ötən il 1,1 faiz iqtisadi artım qeydə alınıb, amma əhalinin dolanışığı əhəmiyyətıi dərəcədə pisləşib. Rusiya iqtisadiyyatını Azərbaycandan fərqləndirən bir çox cəhətlər olsa da onların yalnız biri üzərində fikrimi aydınlaşdırmaq üçün paralellər aparmaq istərdim. Rusiyada azad və rəqabətli biznes mühiti idxalı əvəz edən yerli istehsal qurulmasında əhəmiyyətli rol oynadı. Onlar hazırda fəaliyyətlərini ugurla davam etdirir, hətta bəziləri istehsal etdikləri məhsulların bir qismini də xaricə göndərir, valyuta qazanırlar. Bunun nəticəsidir ki:
1) Rusiya mağazalarının piştaxtalarında olan mallarının 95 faizi yerli məhsullardır, ona görə də rublun devalvasiyası onların qiymətində ciddi dəyişiliklərə səbəb olmadı. Rusiyada demək olar ki, mövsüm dövründə asılı olaraq meyvə və tərəvəzdən kənar bütün ərzaq məshulları daxildə istehsal olunur. Ona görə də ruslar üçün xüsusilə də ərzaq məhsullarının qiyməti ucuz və dəyiməz olaraq qalır.
2) Rusiyada işsizlıik bizdəki kimi kütləvi deyil, yerli müəssisələr həmişəki kimi tam istehsal gücü ilə fəaliyyətlərini davam etdirirlər. Dövlət idarəetməsində çalışanlar təminatlı əmək haqqı alırlar. Özəl biznes daha azaddır və yüksək əmək haqqı təklif edir. Biz sözlə, orda həm iş yerləri var, həm də bir qrup deyil, bütün işləyənlər normal yaşayış təminatına malikdirlər.
3) Nəhayət, Rusiyada rubl kəskin devalvasiya uğrasa da yenə də əsas ödəniş vasitəsi kimi qalır. Xüsusilə də regionda yaşayan əhali dolların nə olduğunu bilmirlər. Orda dollara olan tələbatı əsasən biznes əməliyyatlarında xarici valyutadan istifadə edən müəssisələr yaradırlar. Orda bizdəki kimi əhali həm bank yığımlarını və həm də cari vəsaitlərini dollarda saxlamır. Yuxarıdakı 3 xüsusi fərq Rusiya iqtisadiyyatını və əhalisini böhrana qarşı daha dayanıqlı edir.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!