Yanğına görə 2 nəfər tutuldu .....                        Köhnə tikililər söküləcək - Yeni detallar AÇIQLANDI .....                        Danışıqlar 6-7 saat davam edə bilər .....                        Onlara da əsgərlikdən möhlət verilir - SİYAHI .....                        Tramp Lukaşenko ilə danışıqlar apardı .....                        Şərurlu İsfəndiyarın avtomobillərinə həbs qoyulub? .....                        Şəhid mayorun anası vəfat etdi .....                        Putinlə ərazi mübadiləsini müzakirə edəcəm! - Tramp təsdiqlədi .....                        Qərbi Azərbaycan İcması buraxılır? - Əziz Ələkbərli CAVAB VERDİ .....                       
Tarix : 28-12-2015, 10:28
“Manatın bu durumunun günahı...” - İqtisadçıdan islahat təklifi


“Manatın hazırki durumunun günahı “xəstə” iqtisadiyyatımızdır”.


Butov.az AzNews.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu bildirib: “Hesab edirəm ki, son illərdə ən böyük yalnışlığımız da milli iqtisadiyyatımızı bütünlüklə neft gəlirlərinin yaratdığı tez əriyən “sabun köpüyü”nün üzərində qurmağımız oldu. Çünki, Azərbaycan qədər makroiqtisadi göstəriciləri, ÜDM-u, büdcəsi, ixracatı neftə sıx bağlı olan ikinci oxşar iqtisadiyyatlı ölkəni bizim regionda tapmaq mümkün deyil. Hətta Rusiya və Qazaxıstanın böhrana giriş mövqeyi bizimlə müqayisədə daha yaxşıdır”.

Ekspert vurğulayıb ki, 2014-cü ilin yekunlarına görə, neft-qaz sektorundan gələn gəlirlərin ÜDM-da xüsusi çəkisi Azərbaycanda 43,4 faiz təşkil etdiyi halda, Qazaxıstanda müvafiq göstərici 25 faiz, Rusiyada isə 18 faiz olub: “Bu sektordan büdcəyə daxil olmalar Azərbaycanda 65,8 faiz olduğu halda Qazaxıstanda 55 faiz, Rusiyada 52 faiz təşkil edib. İxracata gəlincə, müvafiq göstərici Azərbaycanda 93,4 faiz, Qazaxıstanda 65,1 faiz, Rusiyada isə 63,1 faiz olub. Sözügedən hər 3 ölkənin iqtisadiyyatının ən böyük problemi onun sağlam və dayanıqlı olmaması, gəlirlərin və ixracatın şaxələnməməsidir. Göründüyü kimi, bu üç oxşar problemli iqtisadiyyat arasında ən ağır xəstəliyə Azərbaycan düçar olub”.

Q.İbadoğlu çıxış yolu kimi islahatlar aparılmağı məsləhət görüb: “Bunun üçün ilk növbədə tələb olunan islahatlar aparmaq qabliyyətinə və proqramına malik olan şəffaf, hesabatlı və islahatçı komandanın formalaşdırılmasıdır. Çünki, indiki durumda iqtisadiyyatı idarəetmək və böhrandan çıxarmaq əvvəlki kimi neft satıb əldə edilən gəlirləri şişirdilmiş layihələrə xərcləmək qədər asan deyil”.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!