Bakının Səbayıl rayonu, Badamdar şosesi adlanan ərazidə torpaq qatı yenidən sürüşüb. Buradakı yolda əvvəllər iki dəfə sürüşmə baş verib. Sakinlər deyirlər ki, ərazidə yaşayış zonasının olması təhlükəni artırır. Avtomobillə ərazidən mütəmadi keçən şəxslər bildirirlər ki, əvvəlki illərdəki böyük sürüşmə zamanı yol bağlanmışdı. Yenidən belə hadisənin baş verməməsi üçün işlər görülməlidir. Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdik. Lakin zənglərə cavab verilmədi. Fövqəladə Hallar Nazirliyindən isə bildirildi ki, quruma sürüşmə ilə bağlı heç bir müraciət daxil olmayıb.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!