Şiviloğulları ocağının yurd həsrətli .....                        Özbəkistandan gətirilən arı ailələri təhlükəlidir - XƏBƏRDARLIQ .....                        Rusiya Azərbaycan XİN-ə cavab hazırlayır .....                        Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında - FOTO .....                        Hörmüzdən keçən gəmilər İrana ödəniş edəcək .....                        Qətər İrandan kompensasiya tələb etdi .....                        Hörmüz boğazının açıq olduğuna inanırıq - Pentaqon .....                        “Azərbaycan Nəşriyyatı”nda işlər başlayır .....                        Atəşkəs sonrası ilk zəng: Azərbaycanın İrana verdiyi siyasi mesaj .....                       
Tarix : 17-02-2026, 19:38
“Yığılan rüşvət Vasib Talıbovun göstərişi ilə Seymur Talıbova verilib”


“Yığılan rüşvət Vasib Talıbovun göstərişi ilə Seymur Talıbova verilib”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Şərur rayon şöbəsinin sabiq rəisi Həsən Məmmədovun başa çatan məhkəməsində bir sıra maraqlı məqamlar üzə çıxıb.
7 il 2 ay müddətinə azadlıqdan məhrum edilən polkovnik-leytenantın ümumillikdə 223 nəfərdən 505.730,00 manat rüşvət aldığı müəyyənləşb.
Maraqlıdır ki, Həsən Məmmədov məhkəmədə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mirzə Cəlilovun adını çəkib. O, Mirzə Cəlilovun tapşırığına uyğun olaraq, 3 illik möhlət almış çağırışçılardan təkrar tibbi müayinə zamanı 3000 manat, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılar üçün hərbi biletin verilməsindən ötrü 5000 manat, möhlət hüququ almaq istəyən çağırışçılardan 1800 manat məbləğində rüşvət alınaraq xidmət rəsinə çatdırıldığını bildirib.
Ən maraqlı məqam odur ki, Mirzə Cəlilov da öz ifadəsində Ali Məclisin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbovun adını çəkib: “Möhlət hüququ verilmiş çağırışçılardan ümumilikdə təxminən 800-900 min manat rüşvət toplayaraq Ali Məclisin sabiq sədri Vasif Talıbovun göstərişi əsasında Seymur Talıbovun sürücüsü Həsən adlı şəxsə vermişəm. Seymur Talıbova verdiyim 900 min manat puldan mənə 10 faiz, təxminən 80 min manat çatıb. 7 faiz isə rayon şöbə rəisinin idi”.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Mirzə Cəlilov da Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri təqsirləndirilib. O, 10 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Həsən Məmmədov 2018-2023-cü illərdə, Mirzə Cəlilov isə 2024-cü ilədək vəzifədə olub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!