Qubad İbadoğlu
Hansı ölkə böhrana qarşı daha dayanıqlıdır?Neft qiymətləri həm Rusiya və həm də Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərib. Bu şübhəsizdir. Məhz bu və digər səbəblərdən Rusiyada ötən il iqtisadiyyat 4 faizə qədər kiçilsə də əhalinin güzəranında ciddi dəyişikliklərbaş vermədi. Azərbaycanda isə ötən il 1,1 faiz iqtisadi artım qeydə alınıb, amma əhalinin dolanışığı əhəmiyyətıi dərəcədə pisləşib. Rusiya iqtisadiyyatını Azərbaycandan fərqləndirən bir çox cəhətlər olsa da onların yalnız biri üzərində fikrimi aydınlaşdırmaq üçün paralellər aparmaq istərdim. Rusiyada azad və rəqabətli biznes mühiti idxalı əvəz edən yerli istehsal qurulmasında əhəmiyyətli rol oynadı. Onlar hazırda fəaliyyətlərini ugurla davam etdirir, hətta bəziləri istehsal etdikləri məhsulların bir qismini də xaricə göndərir, valyuta qazanırlar. Bunun nəticəsidir ki:
1) Rusiya mağazalarının piştaxtalarında olan mallarının 95 faizi yerli məhsullardır, ona görə də rublun devalvasiyası onların qiymətində ciddi dəyişiliklərə səbəb olmadı. Rusiyada demək olar ki, mövsüm dövründə asılı olaraq meyvə və tərəvəzdən kənar bütün ərzaq məshulları daxildə istehsal olunur. Ona görə də ruslar üçün xüsusilə də ərzaq məhsullarının qiyməti ucuz və dəyiməz olaraq qalır.
2) Rusiyada işsizlıik bizdəki kimi kütləvi deyil, yerli müəssisələr həmişəki kimi tam istehsal gücü ilə fəaliyyətlərini davam etdirirlər. Dövlət idarəetməsində çalışanlar təminatlı əmək haqqı alırlar. Özəl biznes daha azaddır və yüksək əmək haqqı təklif edir. Biz sözlə, orda həm iş yerləri var, həm də bir qrup deyil, bütün işləyənlər normal yaşayış təminatına malikdirlər.
3) Nəhayət, Rusiyada rubl kəskin devalvasiya uğrasa da yenə də əsas ödəniş vasitəsi kimi qalır. Xüsusilə də regionda yaşayan əhali dolların nə olduğunu bilmirlər. Orda dollara olan tələbatı əsasən biznes əməliyyatlarında xarici valyutadan istifadə edən müəssisələr yaradırlar. Orda bizdəki kimi əhali həm bank yığımlarını və həm də cari vəsaitlərini dollarda saxlamır. Yuxarıdakı 3 xüsusi fərq Rusiya iqtisadiyyatını və əhalisini böhrana qarşı daha dayanıqlı edir.