Rubinyandan sərt cavab: Solovyov itdir! .....                        İranda saxlanılan etirazçı edam ediləcək .....                        Deputat öz yerinə onu təyin etdi .....                        Ermənistan Solovyova görə Rusiyaya nota verdi .....                        Xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqləndi .....                        İrandakı bu etirazçılar çərşənbə günü EDAM EDİLƏCƏK .....                        Yeni gömrük yığımları tətbiq ediləcək .....                        Xaricdə təhsil üçün universitetlərin siyahısı AÇIQLANDI .....                        Kuba lideri Trampa cavab verdi .....                       
Tarix : 23-06-2016, 11:51
“100 dollar 180 manat olacaq” - Deputatın proqnozu


“100 dollar 180 manat səviyyəsinə qədər qalxa bilər. Hazırda bu real görünür”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. İqtisadçı deputat bildirib ki, manat gec-tez öz real bazar dəyərini almalıdır.

Onun sözlərinə görə, manatı təzyiq altında qoruyub saxlamaq düzgün deyil: “İxracda müəyyən qədər artım olsa da, bu kifayət qədər deyil. Bununla bərabər idxal müəyyən qədər artıb. Həmçinin neftin qiyməti də manata ciddi təsir edir. Son iki həftədə müşahidə edirəm ki, Mərkəzi Bank manatı yumşaq devalvasiya prinsipi ilə buraxır. Bu da yavaş-yavaş davam etməlidir. Düşünürəm ki, ilin axırına kimə bu səviyyədə davam etsə, manat real bazar dəyərini tapa bilər. Bunu etmək lazımdır. Manatı qoruyub saxlamağa ehtiyac yoxdur. Dünyada və ölkəmizdə gedən iqtisadi proseslər imkan verir ki, manat real dəyərini alsın. Manatın qorunub saxlanması üçün vəsaiti çox da xərcləməyə ehtiyac yoxdur. Həmin vəsaiti kənd təsərrüfatı, sənaye və turizmə yönəltmək lazımdır”.

Millət vəkili hesab edir ki, 100 dollar 170-180 manat səviyyəsinə qədər qalxa bilər: “Düşünürəm ki, 100 dollar 170 və 180 manata qədər qalxa bilər. Ola bilər ki, bu qiymət çox və ya az olsun. Hər bir halda yumşaq devalvasiya prinsipi doğru addımdır”.

Qeyd edək ki, son günlər Azərbaycanda dolların bahalaşması müşahidə edilir. İyunun 23-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5301 manat təşkil edir.


Azvision.az


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!