"UNUTSAQ, UNUDULARIQ!.." .....                        Latviya rus diplomatə ölkədən xaric edir .....                        Rusiyada törədilən terrorda ölənlərin sayı artdı .....                        Sabiq milli təhlükəsizlik naziri vəfat etdi .....                        Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova .....                        İran prezidenti HƏMAS lideriylə görüşdü .....                        Şəhid bacısı müdir vəzifəsinə təyin olundu .....                        Latviya da Rusiya ilə sərhədi bağlayır .....                        Elçin Babayev BDU-nun rektoru təyin edildi .....                       
Tarix : 1-12-2016, 20:33
Neftin qiyməti nə qədər arta bilər? – ŞƏRH

Noyabrın 30-da Vyanada OPEC-in Nazirlər Şurasının 171-ci iclasında kartel üzrə neft hasilatının gündəlik səviyyəsinin 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrel səviyyəsinə salınmasına qərar verilib. OPEC-in bu qərarından sonra dünya bazarlarında neftin qiyməti 9 faizə qədər bahalaşıb. İclasda, həmçinin, dekabrın 9-da OPEC-in kartelə üzv olmayan ölkələrlə görüşünün keçirilməsi qərara alınıb.

Bəs, neftin hasilatının azaldılmasına dair qərar “qara qızıl”ın qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilərmi? OPEC-lə qeyri-OPEC ölkələrinin dekabrın 9-da keçirilməsi nəzərdə tutulan qərarından nə gözlənilir?

Butov.az xəbər verir ki, bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, OPEC-in noyabrın 30-da baş tutan iclası 2008-ci ildən sonra keçirilən iclaslar içərisində ən yaddaqalanı olub. O öz fikirlərini bununla əsaslandırıb ki, OPEC-in 2008-ci ilin dekabrında keçirilən iclası tarixi iclas idi: “Sözügedən iclasda hasilatın 2,2 milyon barrel azaldılmasına dair qərar qəbul olunmuşdu. Həmin kvotaya bütün OPEC ölkələri qeyd-şərtsiz əməl etmişdilər. Qərar qəbul edilərkən neftin qiyməti 40 dollar idi. Bir il sonra qiymət 90 dollara yüksəldi. İndi isə hasilatın 2,2 milyon barreldən 1 milyon barrel az – 1,2 milyon barrel azaldılmasına dair qərar qəbul olunub. Ümid edək ki, budəfəki qərar da OPEC ölkələri tərəfindən 2009-cu ildəki məsuliyyətlə icra olunacaq və neftin qiymətinin artırılması istiqamətində addımlar atılacaq”.

İ.Şaban qeyd edib ki, neftin qiymətinin 2009-cu ildəki kimi artacağını gözləmək çox böyük yanlışlıq olardı: “Ona görə ki, o zaman dünyada iki faktor mövcud deyildi. Söhbət şist neftdən və alternativ energetikanın dünya enerji balansındakı payından gedir. Şist neftin o zaman – 2009-cu ildə maya dəyəri 189 dollar idi. İndi isə şist neft 40 dollardır. Şist neft yataqlarından əldə edilən neft sayəsində ABŞ son 4 ildə hər il hasilatı 1 milyon barrel artırmaq gücündə olub. Yəni, bu, fantastik bir şeydir. Amerikada şist neft quyularının sayı 2016-cı ilin may ayından başlayaraq gündən günə artır. Yəni, qiymətlər artdıqca şist neft onu balanslaşdırmaq gücündədir. Digər tərəfdən inkişaf etmiş, yəni neft idxal edən ölkələrin özlərinin enerji balansında alternativ enerjinin payı xeyli dərəcədə yüksəlib. Elə ölkələr var ki, onlar 2020-ci ilədək alternativ enerjinin payını 40 faizədək artırmağı planlaşdırmışdılar. Ancaq 2016-cı ilin əvvəlində artıq onların enerji balansında alternativ enerjinin payı 40 faizi keçib. Bu kimi faktorlar təbii ki, neftin qiymətinin 7 il əvvəlki templə artmasının qarşısını alacaq”.

Ancaq ekspert onu da bildirib ki, istənilən halda əgər bazardan izafi neft həcmləri yığışdırılırsa və ya buna cəhd edilirsə, bu, müəyyən vaxtdan sonra neftin qiymətlərində müəyyən artıma gətirib çıxarmaq şansı verir: “Bu il “Brent” markalı neftin orta qiyməti təxminən 43,5 dollar civarında gözlənilir. Amma gələn il üçün proqnozlar 50 dollardan yüksəkdir. Hətta, optimistlər 55 dollar deyirlər. Ancaq 55 çox yüksək göstəricidir. Çünki bu, neftin qiymətinin 25 faizdən artıq bahalaşması demək olar. Dünya bazarında nə baş verməlidir ki, belə bir artım olsun. Bunun üçün ya gərək 21 faizlik nefti azaldasan, ya da bazarda o qədər neftə tələbat yarana. Əgər bunların ikisindən biri baş verməsə demək, deyilənlər özünü doğrultmayacaq. Ancaq əgər OPEC ölkələri hasilatı 1,2 milyon, qeyri-OPEC ölkələri isə 600 min barrel azalda bilsələr, bunun özü böyük bir töhfə ola bilər. Güman etmək olar ki, həqiqətən də neftin qiyməti 50 dolları aşmaq gücündə olacaq. Bunun özü artıq neftin qiymətində 20 faizlik artım deməkdir və iqtisadiyyatları neftdən asılı olan ölkələr üçün əlavə 20 faiz qazanc deməkdir. Bu, hasilatçı şirkətlər üçün də normal bir gəlirdir”.

Dekabrın 9-da OPEC və qeyri-OPEC ölkələri arasında keçiriləcək görüşdən gözləntilərə dair sualımızı cavablandıran mərkəz rəhbəri noyabrın 30-da Vyanada baş tutan görüşün gərgin keçdiyini xatırladıb: “Hətta son anadək kvotalarla bağlı səhih məlumat yox idi. Ona görə də dəqiq heç nə söyləmək olmaz. Təsəvvür edin, noyabrın 30-da görüşdür, noyabrın 29-da isə görüşlə bağlı təzadlı məlumatlar o qədər çox idi ki, neftin qiyməti 3 faiz aşağı düşmüşdü. Yəni, bazar iştirakçıları müəmma qarşısında idilər. Bunun özü OPEC ölkələrinin görüşünün gərgin keçməsinin bariz nümunəsidir. Artıq bu gün 10 faiz artım var. Məsələ bundan ibarətdir”.

İ.Şaban qeyd edib ki, qeyri-OPEC ölkələri arasında əsas oyunçu Rusiyadır. Rusiyanın hasilatın 400 min barrel azaldılmasına reallıqda gedib-getməyəcəyi həqiqətən çətin məsələdir. Ola bilsin, ilin birinci yarısında hasilatı azaltsın, ilin ikinci yarısında proseslər tamam başqa məcraya yönəlsin. Çünki Rusiya bu ilin oktyabrın 31-də Xəzər dənizində “Vladimir Filanovski” kimi böyük neft yatağını istismara verdi. Digər tərəfdən Rusiya 2017-ci ilin martınadək Arktik zonaya yaxın 4 yatağın istismarına başlayacaq. Beləliklə, Rusiyada hasilat get-gedə artacaq. Düzdür, qeyd edirlər ki, köhnə yataqlarda hasilat düşür və bu, köhnə yataqların hasilatının bərpası üçündür. Ancaq yeni yataqlar fontan içindədir. Bunlarda hasilat tez bir zamanda artır”.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!