İranın lazımi addımlar atmasını gözləyirik - Rəsmi Bakı .....                        Rusiyadan Ermənistana XƏBƏRDARLIQ .....                        Əməkdar artist xəstəxanaya yerləşdirildi .....                        3 kəndi birləşdirən yol yararsız vəziyyətə düşüb - FOTO .....                        Ukrayna “Şahed”lərə qarşı belə mübarizə aparır .....                        “Azərbaycanfilm”də əvvəl də partlayış olubmuş .....                        Arxiyepiskop İstintaq Komitəsinə getdi .....                        Qusarda ağır qəza: yaralılar arasında əcnəbilər də var .....                        10-cu sinif şagirdi kanalda batdı .....                       
Tarix : 17-09-2015, 15:19
Samir Şərifov: "Bu reallığı qəbul etməliyik"


İqtisadi məntiqə zidd olan siyasi oyunların aparılması neftin qiymətlərinin kəskin aşağı düşməsinə səbəb olub.

Butov.az xəbər verir ki, bunu Azərbaycan Televiziyasının (AzTV) efirində maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, ötən illə müqayisədə neftin qiyməti 2 dəfədən çox azalıb: "Söhbət təxminən 60%-lik ucuzlaşmadan gedir. Bu, yalnız nefti hasil edən ölkələrin iqtisadiyyatına deyil, təəccüblü görünsə də, neft idxal edən ölkələrin iqtisadiyyatına da mənfi təsir edir. Bildiyimiz kimi, neftin ucuzlaşması neftin hasilatının kəskin artımı ilə əlaqələndirilir. Söhbət ABŞ-da neft hasilatının artımından gedir. Son dövrlər ABŞ-da neft hasilatı gündəlik 2 milyon barreldən 3 milyon barrelə qaldırılıb. Və bu ilin sonuna gözlənilir ki, bu göstərici 13 milyon barrel səviyyəsinə qaldırılsın. Bununla yanaşı, OPEC-ə daxil olan ölkələr hasilatı azalmayıb. Əksinə, burada da artım müşahidə olunur. Onların strategiyası budur ki, ənənəvi hasilatla məşğul olan ölkə və ya şirkətlər öz bazar payını qorumalıdır. Bunun nəticəsində bazarda tələb təklifi üstələyir. Bu isə neftin kəskin ucuzlaşmasına səbəb olub. Eyni zamanda, burada heç bir iqtisadi məntiqə zidd olan siyasi oyunların olmasını da biz istisna etmirik. Lakin reallıq budur ki, neftin qiyməti kəskin ucuzlaşıb və biz bu reallığı qəbul etməliyik, öz iqtisadi modelimizi bu reallığa uyğun qurmalıyıq".

S.Şərifov bildirib ki, çox güman, neftin hazırkı qiyməti bir neçə il bu səviyyədə qalacaq, bundan sonra isə qiymətlər artacaq.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!