SEPAH generalı Pezeşkianın oğlunu hədəf aldı: “Pantürkist kimi hərəkət edir” .....                        Putindən jurnalistlərə qeyri-adi REAKSİYA .....                        Sabahın hava proqnozu .....                        Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI .....                        Prezident onlara ali hərbi rütbələr verdi - SƏRƏNCAM .....                        Hərbi təyyarələrimiz havaya qaldırıldı - VİDEO .....                        Orbandan Tramp-Putin görüşünə REAKSİYA .....                        “Putin çox ağıllı oğlandır” - Tramp .....                        Tramp-Putin dialoqunun davam etməsi Azərbaycanın maraqlarına cavab verir .....                       
Tarix : 24-05-2016, 11:20
Neft eksperti: “OPEK ölkələri arasında gizli mübarizə gedir”


“Yaxın dövr üçün neftin dünya bazarlarındakı qiymətlərində ucuzlaşma davam edəcək”.
Butov.az xəbər verir ki, bu haqda Modern.az saytına Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

Ekspert brokerlərin neftin dünya bazarlarındakı qiymətinə pessimist yanaşmasının səbəblərini açıqlayıb:

“İyun ayının 2-də Vyanada OPEK-in növbəti konfransında hər bir ölkə üçün yeni neft kvotaları müəyyənləşdiriləcək. Həmin kvotalara əməl ediləcəyinə isə 100 faizlik ümid yoxdur. Çünki, OPEK ölkələri arasında bazarların bölüşdürülməsi, bazarlara nəzarət uğrunda gizli mübarizə gedir. Bu gün 32 milyondan artıq neft istehsal edən OPEK-in hasilatı 1 milyon barel aşağı salması gözlənilir. Ancaq reallıqda buna əməl edilib-edilməyəcəyi bilinmir. Bu səbəbdən də iyun ayı üçün neftin qiymətləri aşağı düşməyə başlayacaq”.

Ekspertin sözlərinə görə, hesabatlar açıqlananda bazarlardakı vəziyyəti öyrənmək mümkün olacaq:

“Bazarın özünə gəlməsi üçün təqribən 2 ay vaxt lazım olacaq. Avqustun sonundan etibarən bazar normallaşmağa və qiymətlərin artımı başlayacaq. Sentyabrdan sonra neftin qiymətləri 50 dollar və ondan yuxarı olan psixoloji həddi keçəcək.

Ümumilikdə isə cari ildə neftin orta qiymətinin 41 dollar olması gözlənilir. Ötən illə müqayisədə hansı ki, brent markalı neftin qiyməti 52 dollar olmuşdu, bu, təqribən 22 faizlik ucuzlaşma deməkdir. İqtisadiyyatı neftdən asılı olan ölkələr üçün bu yaxşı hal deyil”.

İ.Şaban neftin hansı həddə qədər ucuzlaşacağı proqnozlarını da verib:

“Neftin qiyməti 35-40 dollar civarına qədər ucuzlaşa bilər. 30 və ondan aşağı olan bədbin proqnozlar yoxdur. Ümumilikdə qiymətlər 40 dollar ətrafında dəyişəcək”.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!